Sual: Bir qadın boşanma haqqı öz əlində olması şərtilə nikahlanmaq üçün nə etməsi lazımdır?
CAVAB
Tam Elmihal Səadəti-Əbədiyyədə deyir ki:
Qadın, boşanmaq mənim əlimdə olmaq üzrə səninlə evləndim deyər və kişi də bunu qəbul etdim deyərsə, qadının boşanması öz əlində olar. Kişi xanımına “İşin sənin əlində olsun” və ya “Özünü sən boşa” yaxud “İstəsən boşsan” kimi cümlələrdən birini deyərsə, qadın ancaq o məclisdə özünü boşaya bilər. Əri, “Nə vaxt istəsən özünü boşa” deyərsə, o məclisə məxsus olmaz. Qadın istədiyi vaxt özünü boşaya bilər.
Özünə boşanmaq haqqı verilən qadın, ərinə “Səni boşadım” deyərsə, boşanma gerçəkləşməz. “Özümü boşadım” deməsi lazımdır. Nikah edilərkən qadın, “Nə vaxt istəsəm, özümü səndən boşamaq üzrə...” deyərək şərt edərsə, kişi də nikah edilərkən, bu şərti qəbul etdim deyərsə, belə şərtli nikah səhih olar və qadın da boşanmaq haqqına sahib olar. Kişi boşanma haqqını versə, qadın “Mən boşanma haqqını istəmirəm” desə də haqqını rədd etmiş olmaz. Dilədiyi zaman özünü boşaya bilər. Kişi nikah edərkən, “Boşanmaq sənin əlində olmaq üzrə səni nikah etdim” deyərsə, nikah səhih olub, boşanmaq haqqı qadının əlində olmaz. Lakin əvvəl qadın, “İstədiyim vaxt, boşanma haqqı əlimdə olmaq üzrə sənə nikahlandım” deyər, kişi də, “qəbul etdim” deyərsə, həm nikah səhih olar, həm də boşanmaq qadının əlində olar.
Sual: Nikah kəsilərkən qadın öz boşanma haqqını almasını tövsiyə edərsinizmi?
CAVAB
Təcrübələrimizə istinadən söyləyə bilərik ki, ümumiyyətlə qadınlar kişilərə görə daha həssasdır, hadisələrdən tez təsirlənirlər, hisslərinə məğlub olurlar. Zəruri hallar istisna olmaqla, qadınların öz boşanma haqqını almasını tövsiyə etmirik.
В корзине: 0 шт.
на сумму: 0