Facebook Twitter WhatsApp

Nikah necə təzələnir

Sual: Nikah necə təzələnir?

CAVAB

Nikahı təzələmək demək, yenidən nikah qıymaq deməkdir. Bunu bir mollanın iştirakı ilə etməyə ehtiyac yoxdur. Yalnız, birinin nikahı təzələməsi yetişməz. Kişi ilə xanımının iki kişi və biri kişi ilə iki qadın şahidin yanında nikahı təzələmələri lazımdır. Asan olmaq üçün nikahını yeniləmək üçün xanımından vəkalət alması lazımdır. 

Nikah təzələmək üçün xanımdan vəkalət aldıqdan sonra iki kişi şahid yanında, “Əvvəldən bəri, nikahlım olan xanımımı, onun tərəfindən vəkalətən və tərəfimdəm asalətən (öz adıma) özümə nikah etdim” deyilərsə, nikah təzələnmiş olar. Əgər əvvəlki nikah səhih deyil isə bu nikah səhih olar. Kişi xanımından vəkalət almadan öz-özünə şahidlər hüzurunda nikah təzələyə bilməz.

Qadının nikah təzələmək üçün həyat yoldaşına “Nikahımızı qıymaq üçün səni vəkil etdim” deməsi yetər. Vəkillikdən alınmaqdıqca ömür boyu bu vəkalət etibarlıdır. Vəkalət verərkən şahid lazım deyildir.

Xanımdan vəkalət alaraq, təcdidi-iman və təcdidi-nikah duası fasiq də olsa iki Müsəlman şahid yanında oxunarsa, o iki adam da bu duanın nikah təzələmək duası olduğunu bilsələr, nikah yenə təzələnmiş olar. İki kişi və ya bir kişi ilə iki qadın şahid olmadan yalnız bu duanı oxumaqla nikah təzələnməz.

Kişi və qadın şahidlərin müsəlman, ağıllı və yetkin olmaları şərtdir. Şahidlərin nikahı təzələnəcək kişi və qadını tanımaları lazımdır. Baba, nənə, ata, ana, əmi, bibi, dayı, xala, övlad, nəvə, qardaş, qardaş uşağı da şahid ola bilər.

Məsciddə imam əfəndi təcdidi-iman və nikah duasını camaatla birlikdə oxuyarsa, camaat bir-birinə şahit olmuş, nikahları da təzələnmiş olar.

Təcdidi-iman və təcdidi-nikah duası belədir:

“Allahümmə innî ürîdü ən ücəddidəl îmânə vənnikâha təcdîden bi-qavli lâ ilâhə illallah Muhammədün rasûlullah.

Vəkalətən nikah təzələmək

Sual: Evli olan ər-arvadın ikisinin də vəkalətini alan adam, onlar yoxkən necə nikah təzələyər?

CAVAB

Nikah təzələmək yenidən nikah qıymaq deməkdir. Vəkil, nikahları təzələnəcək ər-arvadı tanıyan, iki kişi Müsəlman şahid yanında, “Vəkili olduğum filan qadını, vəkili olduğum filan kimsəyə təzvic etdim”  deyərsə, nikahları təzələnmiş, yəni yenidən nikahları qıyılmış olar.

Şafii də nikah təzələmək

Sual: “Şafii məzhəbində nikah təzələməsi yoxdur” deyilir. Şafii də insan küfrə düşməzmi? Nikahını yeniləməzsə nikahsız qalacaq?

CAVAB

Şafidə də nikah təzələməsi vardır. Şafiiə nikah qıymaq, Hənəfidən fərqli olduğu kimi, nikah təzələmək də fərqlidir. Fərqlidir deyə, “Nikah təzələmək yoxdur” deyilməz. Nikah təzələmək, yenidən nikah qıymaq deməkdir. Şafidə nikah, Hənəfidəkindən fərqlidir. Dinə zidd bir iş edərək və ya söz söyləyərək küfrə düşən Hənəfi, tövbə edib təcdidi iman etdikdən sonra xanımından vəkalət alaraq xanımını tanıyan iki şahidin yanında, “Əvvəldən bəri, nikahlım olan xanımımı, onun tərəfindən vəkalətən və tərəfimdən asalətən özümə nikah etdim” deyərsə, nikahı təzələnmiş olar. Şafiidə isə qadın ərinə, nikah təzələmək üçün vəkalət verməz. Nikah təzələmədə, kişinin qayınatasının yəni zövcəsinin atasının olması şərtdir. İki saleh kişi yanında nikahını təzələyə bilər. Yəni nikah qıya bilər. Bir də Şafidə, küfrə səbəb olan şeyə iddət vaxtı içində tövbə edərsə, təcdidi nikah lazım olmaz.