Facebook Twitter WhatsApp

İman və dində səbat duaları

Sual: Küfrə düşməmək üçün tövsiyyə edəcəyiniz dualar varmı?
CAVAB
Küfrə düşməmək üçün səhər axşam oxunacaq dua: 
“Allahümmə inni ə'uzü bikə min ən-üşrikə bikə şəy-ən və ənə a'ləmü və əstağfirü-kə li-mə lə-a'ləmü innəkə əntə alləmülğuyüb”
Dində səbat və son nəfəsdə iman ilə ölmək üçün bu dua hər zaman oxunmalıdır: 
“Allahümmə ya mukallibəl qulüb səbbit qalbi alə dinik” 
[Ey böyük Allah’ım! Qəlbləri yaxşıdan pisə, pisdən yaxşıya çevirən ancaq Sənsən. Qəlbimi dinində sabit qıl, yəni dinindən döndürmə, ayırma!] 
Hədisi-şərifdə buyuruldu ki: 
“Dünya və axirət səadəti istəyən, Allahümmə Rabbənə ətinə fiddünyə hasənətən və fil axirəti hasənətən və qına azəbənnər. Birahmətikə ya Ərhamərrahimin duasını oxusun.”
Bu dua da hər zaman oxunmalıdır: 

“Allahümmə inni əs'əlükəssıhhatə vəl-afiyətə vəl-əmanətə və hüsnəl-xulqı vərrıdaə bilqadəri birəhmətikə ya Ərhamərrahimin” 
[Ey mərhəmətlilərin ən mərhəmətlisi Allahım, mərhəmətin haqqı üçün səhhət, afiyət, əmanətə riayət, gözəl əxlaq və qədərə razı olmağı mənə nəsib eylə.]
Doğru etiqada sahib olub haramlardan qaçan və ibadətləri yerinə yetirən iman ilə ölər. Namaz qılan hər kəsin bu duanı oxuması yaxşı olar:
“Ya hayyü ya qayyum ya zəl cəlali vəl ikram. Allahümmə inni əsəlükə ən tuhyiyə qalbi bi nuri marifətikə əbədən ya Allah, ya Allah, ya Allah cəllə cəlalüh” 
“Bu duanı sübh namazının sünnəti ilə fərzi arasında oxuyan imanla ruhunu təslim edər.” [Tirmizi] 
Hənəfi məzhəbində sünnəti ilə fərz arasında heç bir şey oxunmaz. Bu dua namazdan sonra dua edərkən oxunur. (Ey Oğul Elmihalı) 
Çox vacib qeyd
Kişi olsun, qadın olsun, hər Müsəlmanın, hər sözündə, hər işində, Allahü təalanın əmrlərinə, yəni fərzlərə və qadağan etdiklərinə, yəni haramlara riayət etməsi lazımdır. Bir fərzin əməl olunmasına, bir haramdan çəkinməyə əhəmiyyət verməyənin imanı gedər. İmansız kəs qəbirdə əzab çəkər. Axirətdə Cəhənnəmə gedər. Cəhənnəmdə sonsuz yanar. Əfv edilməsinə, Cəhənnəmdən çıxmasına imkan və ehtimal yoxdur. 
Küfrə düşmək çox asandır. Hər sözdə, hər işdə küfrə düşmək mümkündür. Küfrdən qurtulmaq da çox asandır. Küfrün səbəbi bilinməsə də, hər gün bir dəfə, “Ya Rəbbi, bilərək və ya bilməyərək küfrə səbəb olan bir söz söylədim və ya bir iş gördümsə  peşman oldum. Məni bağışla” deyərək tövbə etsə, Allahü təalaya yalvarsa, mütləq əfv olar. Cəhənnəmə getməkdən qurtular. Cəhənnəmdə sonsuz yanmamaq üçün hər gün mütləq tövbə etmək lazımdır. Bu tövbədən daha mühüm bir vəzifə yoxdur. Qul haqqı olmayan günahlara tövbə edərkən, bu haqları ödəmək və tərk edilmiş namazlar üçün tövbə edərkən bunları qəza etmək lazımdır. (S. Əbədiyyə)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину