Facebook Twitter WhatsApp

Qarabasma üçün dua

Sual: Qarabasma nədir və qarabasmadan qurtulmaq üçün nə etmək lazımdır?
CAVAB
Tibbdə qarabasmaya yuxu iflici deyilir. Həkimlər qan dövranının pozulmasından və psixoloji gərginliklərdən qaynaqlandığını bildirərək belə bir faktı irəli sürürlər: Yuxu əsnasında fizioloji bir iflic vəziyyəti olur, əzələlər işləmir. İnsan yuxudan oyandıqda hərəkət edə bilmir, səs çıxara bilmir. Sanki üstümüzdə bir ağırlıq varmış kimi üstümüzə biri yüklənmiş kimi olur. Bir müddət sonra öz-özünə keçir.
Qarabasmadan qurtulmaq üçün yatarkən yatağa dəstəmazlı girmək, Əuzü Bəsmələ oxuyaraq sağ yanı üzərində qibləyə qarşı uzanıb sağ ovucu sağ yanağın altına qoymalıdır. Ayətəl kürsi, üç İxlas, sonra Fatiha və hər birini bir dəfə iki Qul Əuzü’nü oxumalıdır. Sonra üç dəfə “Əstəğfirullahəl azım əlləzi la ilahə illa hü” oxuyub, üçüncüsünə “əl-hayyəl qayyumə və ətubü ileyh” əlavə etməlidir. Daha sonra da on dəfə “La havlə və la quvvətə illa billah” oxuyub, onuncusuna “hil aliyyil azim əlləzi la ilahə illa hü” əlavə etməlidir.
Li ilafi [Qureyş surəsi] gecə yatarkən 11 dəfə oxunmalıdır.
Aşağıdakı hədisi- şəriflərdə bildirilən dualar oxunmalıdır:
Bismilləhilləzi la yədurru mə’asmihi şəy’ün fil ardı və la fissəməi və hüvəs-səmi’ul alim duasını səhər 3 dəfə oxuyana, axşama qədər; axşam oxuyana da, səhərə qədər heç bir bəla gəlməz.” [İbni Macə]
Əuzü bikəlimətilləhittəmməti min şərri mə xaləqa duasını oxuyana o yerdən qalxıncaya qədər heç bir şey zərər verə bilməz.” [Müslim]
Ayəti-hirzi də qırx gündən çox oxumalı və hər zaman yanında gəzdirməlidir.
Bir həkimə gedərək anksiolotik [qorxu] həbləri qəbul etmək də faydalıdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину