Facebook Twitter WhatsApp

Qəbul olmayacaq dua vardırmı?

Sual: “Qəbul olmayacaq duaya amin deyilməz” demək küfrə səbəb olarmı?
CAVAB
Əvvəlcə qəbul olmayacaq dua varmı, yoxmu ona baxmaq lazımdır. Məsələn, “Ya Rəbbi, məni Peyğəmbər et” demək qəbul olmayacaq bir duadır. Belə dua etmək Allahü təalanın əmrinə ziddir və belə duaya amin deyilməz.
Bundan başqa, Allahü təalanın adətinə zidd olan dualara da amin deyilməz. Məsələn, “Məni öldürmə, Məni mələk et, Məni qadın eylə” demək belədir. Bununla yanaşı, ibadət etmədən Cənnətə girmək üçün dua etmək də günahdır. (İslam Əxlaqı)
Deməli qəbul olmayacaq və amin deyilməyəcək dualar vardır. Bu baxımdan, “Qəbul olmayacaq duaya amin deyilməz” demək küfrə aparmaz. Ancaq belə sözlər deməmək yaxşı olar.