Sual: Heyz günlərimizdə nələri oxuyub, nələri oxuya bilmərik? Daha doğrusu bu günlərimizdə qadağan olan-olmayan şeylər hansılardır?
CAVAB
Heyzli və Zahıya qadağan olanlar:
1- Namaz qıla bilməz.
2- Oruc tuta bilməz.
3- Quran oxuya bilməz.
4- Müshafa əl vura bilməz.
5- Məscidə girə bilməz.
6- Kəbəni təvaf edə bilməz.
7- Cinsi əlaqəyə girə bilməz.
Heyzliyə sərbəst olanlar
Qadağan edilənlərdən başqa hər şeyə icazə vardır. Məsələn; bunları etmək olar:
Heyzli qadın Bəsmələ, salavatı-şərifə, kəliməi-tövhid, istiğfar və bütün duaları oxuya bilər, təsbeh çəkər, zikr edə bilər. Fatihə, Rabbənə ətinə.., Rabbənəğfirli... və daha başqa dua ayələrini dua niyyətilə əzbərdən oxuya bilər. Heyzli ikən qəbir ziyarətinə gedilə bilər, dua niyyətiylə orada Fatihə oxunur. Hər namaz vaxtında dəstəmaz alıb, o namazı qılacaq qədər vaxt ərzində oturub zikr edib, təsbeh çəkərsə, ən yaxşı qıldığı namazın savabını qazanar.
Sual: Dəstəmazsız ikən dua, salavat deyilirmi?
CAVAB
Dəstəmazsız dua oxumaq, istiğfar çəkmək, salavatı-şərifə gətirməkdə bir zərər yoxdur. Boş oturarkən də, iş görərkən də bunları oxumaq çox yaxşı olar. Dəstəmazlı olarsa daha çox savab olur. Dəstəmazsız olarsa da, hətta heyzli, üzrlü ikən də zərəri olmaz.
Qeyd: Ətraflı məlumat üçün, Heyz və Nifas Bilgiləri maddəsinə baxın.
В корзине: 0 шт.
на сумму: 0