Facebook Twitter WhatsApp

Dilək duası adlanan xürafə

Sual: Dilək duası adlanan bir məktub 1984-cü ildə Amerikada tapılmışdır. Kimin əlinə keçib və 7 nəfərə göndəribsə zəngin olubmuş. Göndərməyənin başına fəlakət gəlibmiş. Bunun əsli vardırmı? 
CAVAB
Bu bir xristian xürafəsidir. Müsəlmanlar arasında da bu cür xürafələri yaymaq istəyirlər. Əlimizə düşərsə məhv etməli, başqalarına göndərilməməlidir. Onların uydurduğu xürafələr haqqında, Cadu, Sehrbazlıq və Batil İnanclar maddəsində məlumat vardır.