Facebook Twitter WhatsApp

Ən dəyərli təsbeh hansıdır

Sual: Ən dəyərli təsbeh, yəni zikr hansıdır?
CAVAB
Ən dəyərli təsbeh, namazlardan sonra çəkilən Sübhanallah, Əlhəmdülillah və Allahü əkbərdir. 

Bu təsbehdən sonra ən qiymətli təsbeh və zikr La ilahə illallah deməkdir. 
Hədisi-şəriflərdə buyuruldu ki: 
“Ən üstün təsbeh Sübhanallahi vəlhəmdülillahi və la ilahə illallahü vəllahü əkbərdir.” [Müslim]
“La ilahə illallah demək 99 bəlanı dəf edər, ən aşağısı sıxıntıdır.” [İ.Əsakir]
“Təmcid, yəni La havlə və la quvvətə illa billah, 99 dərdə dəvadır. Bunların ən yüngülü sıxıntıdır.” [Hakim]
“Zikrdə “La ilahə illallah”dan, yüksəyi yoxdur.” [Tabərani]
“Zikrin ən yüksəyi, La ilahə illallah, duanın ən yüksəyi də əlhamdülillahdır.” [Tirmizi] 
“Allah dərgahında ən qiymətli söz, “Sübhanallahi və bihamdihi”dir.” [Müslim]
”Sübhanallah”deyən Uhuddan daha böyük savaba qovuşar. “La ilahə illallah” və “Allahü əkbər” demək də belədir.” [Beyhəqı]
“Hər kimə ki, gecə ibadəti çətin gəlir, xeyrə mal sərf edə bilmir və ya düşmənlə döyüşməyə qorxur, çoxlu Sübhanallahi və bihamdihi desin. Bu, Allah yolunda xərcləyəcəyi bir qızıl dağdan daha qiymətlidir”. [Tabərani]
“Çətin bir vəziyyətə düşən, “Bismillahirrahmanirrahim və la havlə və la quvvətə illa billahil aliyyil azim” deyərsə, Allahü təala, onu hər cür bəla və müsibətdən qoruyar.” [Deyləmi]
“Cənnət xəzinəsi olan, “Sübhanallahi vəlhamdülillahi və la ilahə illallahü vəllahü əkbər, və la havlə və la quvvətə illa billah” deməyə davam edənin ağacdan yarpaq töküldüyü kimi günahları tökülər.” [Ramuz]
“Dildə yüngül, tərəzidə ağır və bağışlayıcı olan Allah qatında ən qiymətli iki cümlə: “Sübhanallahi və bihamdihi, Sübhanallahilazim” [Müslim]
“Bu beş şeyi dilinizdən düşürməyin: Sübhanallah, Əlhamdülillah, Allahü əkbər, La ilahə illallah və La havlə vəla quvvətə illa billah.” [Tabərani]
“Allahü təalanın dərgahında, təkbiri, təhmidi, təsbehi və təhlili səbəbiylə Müsəlman kimi qocalan bir mömindən daha yüksək kəs yoxdur.” [İ. Əhməd] 
Təkbir Allahü əkbər, 
Təhmid Əlhamdülillah, 
Təsbeh Sübhanallah, 
Təhlil La ilahə illallah, 
Təmcid La havlə vəla quvvətə illa billah deməkdir.
Qurani-kərimdə, Bakıyat-üs-saləhat [davamlı qalan yaxşı işlər] keçməkdədir. Rəsulullah buyurdu ki: “Bakıyat-üs-saləhatı, çox söyləyin. Bunlar; təsbeh, təhlil, təhmid, təkbir və təmciddir.” [Tabərani]
Hər gecə yatarkən yüz dəfə “Sübhanallahi vəlhamdülillahi və la ilahə illallahü vəllahü əkbər” oxuyan yüz dəfə təsbeh, təhmid və təkbir söyləmiş olar. Beləliklə, mühasibə etmiş, özünü hesaba çəkmiş sayılar.
Bir kəs, Sübhanallahi vəlhamdü lillahi və la ilahə illallahü vəllahü əkbər və la havlə və la quvvətə illa billahil aliyyil azim” deyərsə, həm təsbeh [sübhanallah], həm təkbir [Allahü əkbər], həm təhmid [həmd] , həm təhlil [la ilahə illallah], həm təmcid [la havlə və la quvvətə illa billahil aliyyil azim] söyləmiş olmaqla, ən qiymətli təsbehi oxumuş olar.
Zül-cəlal vəl-ikram
Qurani-kərimdə məalən buyurulur ki:

“Ancaq cəlal və ikram sahibi Rəbbinin zatı baki (qalıcı) qalacaqdır.” [Rəhman 27]
“Cəlal və ikram sahibi Rəbbinin adı çox ucadır.” [Rəhman 78]
[Cəlal, Allahü təalanın qəhr və qəzəb sifətlərindəndir, əzəmət, böyüklük, heç bir şeyə möhtac olmamaq deməkdir.]
Ayəti-kərimədə keçən zül-cəlal vəl-ikram ifadəsinin ismi-əzəmdən olduğu bildirilmişdir. Bu baxımdan xüsusilə dualarda bunu çoxlu söyləmək lazımdır. Peyğəmbər əfəndimiz bir kəsin “Ya zəl-cəlali vəl-ikram” deyərək dua etdiyini eşitdikdə, “Allahdan nə istəyirsən istə, duan qəbul olar” buyurdu. (Tirmizi)
Başqa bir hədisi-şərif də belədir:
“Ya zəl-cəlali vəl-ikramı çox söyləyin, onu çoxlu, davamlı deyin.” [Tirmizi]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину