Sual: Bəzən içimdən dua etmək istəyi gəlir. Hər dəfəsində dua etməkdə bir zərər varmı?
CAVAB
Dua etməkdə bir zərəri yoxdur. İmam Rəbbani həzrətləri buyurur ki:
İstəmək qovuşmağın müjdəcisidir. Yanıb-yaxılmaq da qovuşmağın başlanğıcı deməkdir. Böyüklər “Vermək istəməsəydi, istək verməzdi” buyururlar. (m.61)
Hədisi-şəriflərdə də buyurulur ki:
“Dua etmək istəyi gəldikdə, dua edin. Çünki bu, duanın qəbul olacağına əlamətdir.” [Tirmizi]
“Allahü təala birinə dua etməsini təqdir etmişdirsə, qəbul etməyi də təqdir etmişdir.” [Əbu Nuaym]
В корзине: 0 шт.
на сумму: 0