Sual: Bir kimsə, oğurlanmış və itkin şeylərin yerini mən bilirəm desə, bunun və buna inananın imanı gedərmi?
Cavab: Bir kimsə, mən oğurlanmış və itkin şeylərin yerini bilirəm desə, söyləyən və inanan kafir olur. Mənə cin xəbər verir desə də, yenə kafir olar. Peyğəmbərlər və cinlər belə qeybi bilməzlər. Qeybi, ancaq Allahü təala və Onun bildirdikləri bilir.
Sual: Günah işləyən kimsəyə, “tövbə et” deyildiyində, o da rədd edərsə, imanına bir zərər gələrmi?
Cavab: Bir insan kiçik günah işləsə, biri də ona “tövbə et” desə, o adam da, “nə etdim ki, tövbə edim” desə, imanı gedər.
Sual: Qeybət, dedi-qodu edən bir insana, “bunu etmə, günahdır” deyə xəbərdarlıq edildiyində, o da, “bu nədir ki” deyə cavab versə, bu kimsənin imanına bir zərər gələrmi?
Cavab: Bir kimsə birinin arxasınca bir şey söyləsə, dedi-qodusunu etsə, yanında olanlar da qeybət etmə desə, buna qarşı o kimsə də, bu nədir ki, nə etdim ki, desə, bunu söyləyənin imanı gedər. Çünki bu hərəkəti ilə harama barmaqarası baxmış, əhəmiyyət verməmişdir.
Milad gecəsini qeyd etmək
Sual: Xristianların və digər qeyri-müsəlmanların müqəddəs qəbul etdikləri gün və gecələri Müsəlmanların qeyd etmələrində bir zərər vardırmı?
Cavab: İslamiyyətdə, günəş ilinin ayları içərisində möhtərəm bir mübarək gün, bir gecə yoxdur. Novruz, Milad gecəsi, Müsəlman olmayanlar arasında dəyərli sayılır. “Dürrül-muxtar”da deyilir ki:
“Novruz və Mehrican günləri şərəfinə bir şey vermək caiz deyildir. Bu günlərin adlarını çəkərək və ya niyyət edərək bir şey hədiyyə etmək haramdır. Əgər bu günlərə dəyər verərək etsələr, kafir olarlar. Çünki bu günlərə müşriklər dəyər verirlər. Əbül Hafsı-kəbir deyir ki: Bir kimsə Allahü təalaya əlli il ibadət etsə, sonra bir müşrikə, Novruz günü şərəfinə yumurta hədiyyə etsə, kafir olar, etdiyi ibadətlərin savabları yox olar. Əgər bir Müsəlmana hədiyyə etsə və bu günə dəyər verməsə, adətə uyaraq versə, kafir olmaz. Lakin, təhlükədən xilas olmaq üçün bir gün əvvəlində və ya sonrakı günlərdə verməlidir. Başqa günlərdə almadığını, o gün satın alarsa, o günə dəyər vermişdirsə, kafir olar. Dəyər verməyib, yalnız yemək-içməyə niyyət etmişdirsə, kafir olmaz.”
İmam Rabbani həzrətləri buyurur ki:
“Kafirlərin adətlərini, kafirlik əlamətlərini təkrarlayırlar. Xüsusilə də, çiçək xəstəliyi vaxtı bu bəla yaxşılarında da, pislərində də görülür. Bu cür şirkdən qurtula bilən və kafirlik əlamətlərindən birini etməyən qadın çox azdır. Hinduların bayram günlərinə, atəşə sitayiş edənlərin Novruz günlərinə, xristianların Milad gecələrinə və digər pasxalarına hörmət etmək, onların adətlərini onlar kimi etmək, şirk sayılır, küfrə səbəb olur. Kafirlərin bayramlarında Müsəlmanların cahilləri kafirlərin etdiklərini təkrarlayır və kafirlər kimi bir-birlərinə hədiyyə göndərirlər. Bunların hamısı şirkdir, kafirlikdir. Surəyi-Yusifdəki ayəti-kərimədə məalən: “Biz, Allahü təalanın varlığına, söz birliyinə, hər şeyi yaradanın O olduğuna inandıq, Müsəlman olduq, deyənlərin çoxu başqalarına ibadət və itaət edərək və daha bir çox hərəkətləri və sözləri ilə müşrik olurlar” buyuruldu.”
Böyük Kostantin bütpərəst ikən xristianlığı qəbul etmiş və bütpərəstlikdən də bir çox şeyi xristianlığa əlavə etmişdir. Milad gecəsinin yeni il olmasını da qəbul etdirmiş, beləliklə yeni bir xristianlıq dini qurulmuşdur.
Sual: Din biliklərindən hər kəs üçün lazım olanları öyrənməməyin dinimiz cəhətdən hökmü nədir?
Cavab: İman ediləcək şeyləri və fərzlərdən, haramlardan məşhur olanları lazımı qədər öyrənmək hər Müsəlmana fərzdir. Bunları öyrənməmək haramdır. Bu bilgiləri eşidib, öyrənməyə əhəmiyyət verməmək isə küfrdür, imanı aparar.
Sual: Bir kimsə, dinin əmr və qadağalarını öyrənməz, öyrənməyə və bunlara əməl etməyə əhəmiyyət verməzsə imanı gedərmi?
Cavab: Kişi və ya qadın olsun, hər insanın, hər sözündə, hər işində Allahü təalanın əmrlərinə, yəni fərzlərə və qadağan etdiklərinə, haramlara riayət etməsi lazımdır. Bir fərzin əməl olunmasına, bir haramdan çəkinməyə əhəmiyyət verməyənin imanı gedər, kafir olar.
Sual: Bəzi insanlar, “get Allah babadan istə” deyir. Belə söyləmək imanı aparırmı?
Cavab: “Allah baba” deyənin imanı gedər, kafir olar.
Sual: İslamiyyətin hörmət göstərilməsini əmr etdiyi hər hansı bir əmrinə hörmətsizlik etmək insanın imanını apararmı?
Cavab: Bu mövzu haqqında “Birgivi vəsiyyətnaməsi” şərhində deyilir ki:
“Zünnar adlanan keşiş qurşağını bağlamaq, xaç, səlib adlanan bir-birinə dik kəsişən iki çubuğa sitayiş etmək, boynuna asaraq hörmət etmək və İslamiyyəti bildirən din kitablarından birini təhqir etmək, İslam alimlərindən birini ələ salmaq və küfrə səbəb olan bir söz söyləmək, yazmaq və hörmət etməyimiz əmr olunan bir şeyi təhqir edib və alçaltmağımız əmr olunan bir şeyə təzim etmək küfrdür, imanı aparır. Böyük günah işləyən bunun pis olduğunu düşünüb, əməlinə peşman olub, Allahü təaladan utanarsa, imanı getməz, kafir olmaz. Bu günahına tövbə edib, Allahü təaladan əfv diləsə, əfv olar. Tövbə etmədən ölsə, Allahü təala diləyərsə, yenə əfv edər, diləyərsə, günahı qədər əzab edib, sonra Cənnətə qoyar. Lakin imansız olaraq ölən, axirətdə heç əfv olunmayacaq, Cəhənnəmə gedəcəkdir.”
Sual: Haramlara əhəmiyyət verməyənlərin, haramlardan çəkinməyənlərin imanı gedər, Müsəlmanlıqdan çıxarlarmı?
Cavab: İslamiyyətin haram etdiyi şeylərdən çəkinmək hər Müsəlman üçün lazımdır. Haramın haram olmasına əhəmiyyət verməyən, yəni Allahü təalanın qadağan etməsinə diqqət yetirməyən və ya bunları bəyənən, nə gözəldir deyən kafir olar. Allahü təalanın haram etməsinə əhəmiyyət verib, qəbul edib, nəfsinə məğlub olaraq, aldanaraq, bunları edən və sonra ağıllarını başlarına toplayıb peşman olanlar kafir olmaz, imanlarını itirməzlər. Belə insanlara asi, fasiq, günahkar deyilir. Bunlar günahları səbəbilə, bəlkə Cəhənnəmə girib cəzalarını çəksələr də, Cəhənnəmdə sonsuz qalmayacaqlar, çıxıb Cənnətə qovuşacaqlar.
Sual: Bir müsəlman, imanının getməsinə səbəb olan bir şeyi bilmədən etsə və ya söyləsə, imanı gedərmi?
Cavab: Küfrə səbəb olan bir işi, bilərək etmək küfr olur. Bilməyərək etdikdə də küfr olur deyən alimlər çoxdur.
Sual: Allahın sevdiklərini sevməmək insanın imanını apararmı?
Cavab: Mövzu haqqında “Miftahul-Cənnət” kitabında deyilir ki:
“Allahü təalanın sevdiyi kimsəni sevməmək və İslamiyyəti pozmaq üçün çalışanları sevmək, son nəfəsdə imansız getməyə səbəb olur.”
Sual: Namaz qılmağın fərz olduğuna inanmaq imanın şərtidirmi, əgər elədirsə buna inanmayan bir kimsənin imanı gedərmi?
Cavab: Namaz qılmaq imanın şərti olmasa da, namaz qılmağın fərz olduğuna inanmaq imanın şərtidir. Bu səbəblə namazın fərz olduğuna inanmayanın imanı gedər.
Sual: “Allah göydən bizə baxır, mənim şahidimdir” və ya “Allah baba” deməyin imana bir zərəri olarmı?
Cavab: “Allahü təala göydən mənim şahidimdir” desə, imanı gedər, kafir olar. Belə ki, Allahü təalaya məkan, müəyyən bir yer təyin etmiş sayılır. Halbuki Allahü təala məkandan bəridir, uzaqdır. “Allah baba” deyənin də imanı gedər, kafir olar. Məxluqlar, yəni yaradılmışlar üçün istifadə olunan ata, ana, memar kimi kəlmələr, Allahü təala üçün söylənməz.
Sual: Din biliklərini və alimləri pisləmək də imanı aparırmı?
Cavab: İslam biliklərinə inanmamaq, bunları və din alimlərini alçaltmaq da, küfri- cühudi olar, yəni inad edərək inkar sayılır.
Sual: Fərzləri, sünnətləri bəyənməmək imanı aparırmı?
Cavab: Fərzləri, sünnətləri, bəyənməmək, küfr olur, imanı aparır.
Sual: Günah olan şeyləri sevmək, bəyənmək imana zərər verirmi?
Cavab: Küfrü, haramları, məkruhları sevmək, bəyənmək, imanı aparır.
Sual: Bir Müsəlman, imanı aparan bir sözü, heç bir zərurət olmadan söyləsə, imanı gedərmi?
Cavab: Allahü təalaya məxsus olan sifətlərə üluhiyyət, ilahlıq sifətləri deyilir.
Əqaid və fiqh kitablarının çoxunda, məsələn, Dürərdə deyilir ki:
“Bir kimsə, qəlbi iman ilə dolu olduğu halda, küfrə səbəb olan bir şeyi, zərurət olmadan, yəni istəyərək söyləsə, imanı gedər, kafir olar. Qəlbindəki imanın faydası olmaz. Çünki, bir kimsənin kafir olduğu sözündən aydın olur. Küfrə səbəb olan şeyi söylədikdə, insanlar arasında da, Allahü təala yanında da kafir olur.”
Sual: Qeyri-müsəlmanların ibadətlərini onlar kimi etmək, imanı aparırmı?
Cavab: Kafirlərin ibadətlərini, ibadət olaraq etmək, məsələn, kilsələrində çaldıqları arqan musiqisi kimi çalğıları və kilsə zənglərini məscidlərdə çalmaq və İslamiyyətin kafirlik əlaməti saydığı şeyləri, zərurət, məcburiyyət, zorlama olmadan istifadə etmək küfr olur, imanı aparır. Birgivi vəsiyyətnaməsində, “Kafirlərin ibadət olaraq etdiklərini təkrarlayan və istifadə edən kafir olur” deyilir.
Sual: “Allah göydə şahidimdir” deyənin, imanı gedərmi?
Cavab: Bir kimsə, “Allahü təala, göydə mənim şahidimdir” desə, kafir olar. Çünki Allahü təalaya, məkan təyin etmiş olur. Allahü təala, məkandan uzaqdır.
Sual: Din biliklərini öyrənməyə əhəmiyyət verməyənin imanı gedərmi?
Cavab: İmanı, halalı, haramı, fərzləri, gözəl əxlaq biliklərini, lazımı qədər öyrənmək fərzdir. Öyrənməyib cahil qalan fərzi tərk etmiş olur. Öyrənməyə ehtiyac görməyən, əhəmiyyət verməyənin imanı gedər.
Sual: Dəstəmazsız olduğunu bilərək namaz qılanın imanı gedərmi?
Cavab: Dəstəmazsız olduğunu bilərək namaz qılmaq və sünnət olan bir işi bəyənməmək də küfr sayılır.
Sual: Şərtlərinə uyğun olaraq oxunan azanı ələ salan adamın, imanı təhlükəyə girərmi?
Cavab: Sünnətə uyğun olaraq oxunan azanı ələ salan, bəyənməyən, söz ilə, hərəkət ilə, təhqir edənin imanı gedər.
Sual: Müsəlman olduğunu söyləyən bir kimsə, dinin əmr və qadağaları haqqında “mən elə şeyləri bilmirəm, öyrənmək də istəmirəm” desə imanı gedərmi?
Cavab: “Miftahul-Cənnət” kitabında, “İslamiyyəti bilmirəm və ya istəmirəm desə, imanı gedər, kafir olar” deyilir.
Sual: Təfsir və fiqh kitablarına etibar etməyən, bunları məsxərəyə qoyan kimsənin imanı gedərmi?
Cavab: “Miftahul-Cənnət” kitabında, “Biri digərinə, gəl İslam aliminə gedək və ya fiqh, elmihal kitabını oxuyub öyrənək desə, o da, mən elmi nə edirəm, nəyimə gərəkdir, desə, imanı gedər, kafir olar. Çünki, elmi istihfafdır, əhəmiyyət verməməkdir. Təfsir və fiqh kitablarını təhqir edən, bunları bəyənməyən, pisləyən kimsənin imanı gedər, kafir olər” deyilir.
Sual: Bir kimsə, İslam alimlərindən hər hansı birini və ya övliyanı söysə, təhqir etsə, bu kimsənin imanına bir zərər gələrmi?
Cavab: Bu mövzu haqqında “Miftahul-Cənnət” kitabında deyilir ki:
“Bir kimsə, bir alimə qəzəblənsə və ya söysə, bu etdiyi səbəbsizdirsə, o kimsənin küfründən qorxulur.” Yəni imanı gedə bilər.
Sual: Özünün və ya başqasının kafir olmasını istəyən bir kimsənin, imanı gedərmi?
Cavab: Kafir olmağı istəyən bir kimsə, buna, kafir olmağa niyyət etdiyi anda, imanı gedər, kafir olar. Başqasının kafir olmasını istəyən kimsə, küfrü bəyəndiyi üçün istəyirsə, kafir olar. Pis, zalım olduğundan, zülmünün cəzasını Cəhənnəm atəşində çəkməsi üçün istəyirsə, kafir olmaz. Küfrə səbəb olduqlarını bilərək və arzusu ilə küfr kəlmələrini söyləyən kafir olar. Bilməyərək söyləyirsə, alimlərin çoxuna görə yenə kafir olur. Küfrə səbəb olmayan kəlmə söyləmək istəyərkən, çaşaraq, küfrə səbəb olanı deyərsə kafir olmaz.
Sual: Aralarındakı bir məsələni həll etmək üçün, gəl din kitablarına baxaq, orada necə bildirilibsə elə edək deyilən adam, mənim İslamiyyətlə əlaqəm yoxdur, desə, imanına zərər gələrmi?
Cavab: İslamiyyətə də müraciət edək, deyənə, İslamiyyətlə işim yoxdur deyənin, imanı gedər, kafir olar. İmanını və nigahını təcdid etməsi, yeniləməsi lazımdır.
Sual: Din bilgilərinə inanmamaq, alçaltmaq imanı aparırmı?
Cavab: İslam bilgilərinə inanmamaq, bunları və din alimlərini alçaltmaq da, küfr sayılır, imanı aparır.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0