Facebook Twitter WhatsApp

İnsan rəsminə, heykəlinə hörmət etmək

Sual: İnsan və ya heyvan rəsmlərinə, heykəllərə hörmət etmək imanın getməsinə səbəb olarmı?
Cavab:
 İnsan rəsminə, heykəlinə hörmət, təzim etmək, dəyər vermək, onu yüksək yerə qoyub, qarşısında durmaq, əyilmək, səcdə etmək, mədhedici şeylər söyləmək, tərifləmək, yalvarmaq iki səbəblə olur:

1- Müəlliminin, atasının, müdirinin, bir peyğəmbərin, vəlinin, dinə və millətə xidmət edənin rəsmi olduğuna inanaraq hörmət edir. O şəxsdə üluhiyyət sifətlərindən, yəni Allahü təalaya məxsus olan sifətlərdən birinin olduğuna inanmaz. Onu məxluq, yaradılmış hesab edir. Onu sevdiyini bildirmək, onu sevindirmək üçün başqalarının sözü ilə hörmət edir. Belə hörmət edən kafir olmur, haram işləmiş olur. Haram olduğuna inanmayanın imanı gedər.

2- Rəsmin, heykəlin sahibində və səlibdə, xaçda və ya ulduz, günəş, inək kimi hər hansı bir şeydə, üluhiyyət sifəti olduğuna inanaraq, məsələn, istədiyini yaradar, hər istədiyini edər, xəstəyə şəfa verər deyərək təzim etmək, küfr, şirk olur. Bu şəxs müşrik olur. Təzim etməsi ibadət, sitayiş etmək sayılır. Bu rəsmlər, heykəllər və əşyalar sənəm, büt olur. Xristianlar, İsa əleyhissalam haqqında Allahın oğludur, mələklər qızlarıdır deyərək, kişi və qız rəsmlərinə və heykəllərə hörmət etdikləri üçün müşrik olurlar. Barnabas və Arianlıq məzhəbində olanları, belə azğın formada inanmadıqları üçün müşrik deyil, Əhli-kitabdırlar. Lakin, Muhamməd əleyhissalama inanmadıqlarına görə, kafirdirlər.

 

Sual: Dinimizdə, daşdan düzəldilmiş heykəllərə və divarlara çəkilən rəsmlərə sitayiş etməyin hökmü eynidirmi?
Cavab:
 Bu mövzu haqqında Tahtavinin İmdad şərhində deyilir ki:

“Odundan, qızıldan, gümüşdən hazırlanmış insan heykəlinə Sənəm deyilir. Daşdan hazırlanmış insan heykəlinə Vəsən deyilir. Parçaya, divara və başqa yerlərə çəkilmiş canlı və cansız rəsmlərinə, Surət və ya Təsvir deyilir. Yalnız canlı rəsmlərinə Timsal deyilir. Sənəmə, vəsənə, surətə və timsala sitayiş etmək, onların fayda və zərər edəcəklərinə inanmaq, şirkin növlərindən biridir. Belə sitayiş edənlərə Bütpərəst və Müşrik deyilir.”


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину