Sual: Din kitablarında, “küfri-inadi” deyə bir ifadə keçir, bu nə deməkdir?
Cavab: Küfr, inkar olduğunu bilərək, inad edərək, kafir olmağı seçməkdir ki, buna küfri-inadi deyilir. Bu, təkəbbür səbəbilə malı, zövqlərini, vəzifə, rütbə sahibi olmağı sevməkdən və ya ayıblanmaqdan qorxmaq səbəbilə əmələ gəlir. Fironun və yoldaşlarının küfrləri, inkarları buna misal gətirmək olar. Musa əleyhissalamın möcüzələrini gördükləri halda iman etmədilər. Bizim kimi bir insana inanmarıq dedilər. Özləri kimi bir insanın Peyğəmbər olacağını qəbul etmədilər. Peyğəmbər mələkdən olur zənn etdilər. Halbuki, özləri kimi insan olan Firona ilah dedilər, ona sitayiş etdilər. Roma İmperatoru Herakl da, taxtından, səltənətindən ayrılmaq qorxusu ilə iman etmədi. Səltənətini əlindən çıxarmamaq üçün küfrü, inkarı, imana dəyişdirdi.
Sual: Din kitablarında "Küfri-cəhli" deyə bir ifadə keçir. Bu nə deməkdir və bu ifadə kimlər üçün nəzərdə tutulub?
Cavab: Küfr, inkar olduğunu hər kəsin bildiyi bir şeyi, eşitmədiyi, düşünmədiyi üçün kafir olmaq, inkar etməkdir ki, buna Küfri-cəhli deyilir. Belə insanlar cahil olduqlarını bilirlər, amma öyrənmək istəməzlər. Bunlar heyvan kimidirlər. Çünki, insanı heyvandan ayıran fərq, elm və idrak, yəni anlamaqdır. Bu cür insanlar bu hallarına görə heyvandan da alçaqdırlar. Çünki heyvanlar yaradıldıqları şeydə irəlidədirlər. Özlərinə faydalı şeyləri anlayır və onlara yaxınlaşırlar. Zərərli olanları da anlayıb, onlardan uzaqlaşırlar. Halbuki bunlar bilməz olduqlarını bildikləri halda, bu çirkin haldan uzaqlaşmır, elmə, öyrənməyə, anlamağa yanaşmırlar, yaxın durmurlar.
Sual: Ayə və hədislərdə keçən şirk, hər növ küfr, inkar mənasındadırmı?
Cavab: Küfrün, inkarın növləri vardır. Hamısından ən pisi, ən böyüyü şirkdir. Bir pisliyin hər çeşidini vurğulamaq üçün, çox vaxt bunların ən pisi söylənir. Buna görə də, ayəti-kərimə və hədisi-şəriflərdə olan şirk kəlməsindən hər növ küfür mənası anlaşılır. “Nisə” surəsinin qırx səkkiz və yüz on altıncı ayəti-kərimələrində, müşrikin heç əfv edilməyəcəyi bildirildi.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0