Sual: Bu Osmanlıca şeirdə nə demək istənilir?
“Həp kəsbindəndir ki, bu bəlaları çəkərsən,
Sa’yin de ki nöqsanını ətfi qədər edərsən”
CAVAB
Başına gələn bəlalar, çəkdiyin sıxıntılar, daima dinə uyğun olmayan yanlış işlərindəndir. Yəni işlədiyin günahlar səbəbilə bunlar başına gəlir. Sonra da qədər beləymiş deyirsən, qəbahətini qədərə yükləyirsən.
Taleh və uğur
Sual: Tale, uğur kimi şeylər həqiqətən vardırmı? İslami nöqtəyi-nəzərdən bu kimi şeylərə inanmaq olarmı?
CAVAB
Tale, qədər deməkdir. İnanmayan Müsəlman olmaz.
Uğur da dinimizdə vardır. Uğursuzluq yoxdur. Bir hadisəni xeyrə yozmağın bir zərəri yoxdur. Lakin şərə, uğursuzluğa yozmaq uyğun deyil. Dinimizdə uğursuzluq yoxdur. Bir şeyin, bir yerin uğursuz olması, yəhudilikdə, xristianlıqda vardır.
Keçmişdə, Ərəbistanda səfərə çıxarkən, bir quş uçurardılar. Quş sağa uçarsa, uğurlu sayıb yola davam edərdilər, quş sola uçarsa, uğursuz sayıb geri qayıdardılar. Peyğəmbər əfəndimiz bunu qadağan edib buyurdu ki:
“Quşlara toxunmayın, yuvalarında qalsınlar!” [İ. Maverdi]
Həzrəti İqrimə rəvayət edir:
Bir quş ötüb keçəndə, oradakılar yozardılar. İbn Abbas həzrətləri, “Nə xeyrə, nə də şərə əlamət deyil” buyurdu. Bir hadisəni xeyrə yozmağın zərəri yoxdur. Çünki Peyğəmbər əfəndimiz, gördüyü şeyləri xeyrə yozardı. Heç bir şeyi uğursuz saymazdı. (İ. Əhməd)
Taleyimə küsdüm
Sual: Taleyimə küsdüm demək caizdirmi?
CAVAB
Caiz deyil. Tale, Allahü təalanın təqdir etdiyi alın yazısıdır.
Yazdısa pozsun
Sual: “Allah yazdısa, pozsun” demək caizdirmi?
CAVAB
Caiz deyil, lakin dua şəklində olsa caizdir. Bir insana təqdir edilən bəla, qəzayi-muallaqdırsa, yəni, o insanın dua etməsi də, təqdir edilibsə, dua edər, qəbul olduqda, bəlanın qarşısını alar. “Əcəli-qəza”nı da yaxşılıq etmək gecikdirir, lakin “Əcəli-müsəmma” dəyişməz.
Allahü təala bilir
Sual: Tam elmihaldakı, “Bəlli bir kafirin kafir qalacağını, Allahü təalanın bildiyini heç kim söyləyə bilməz” ifadəsindən sanki “Allah bilməz” kimi anlaşılmır?
CAVAB
O mövzu, hətta o paraqraf tamamilə oxunarsa elə bir şey anlaşılmaz. Tək cümlə götürüldükdə yanlış anlaşıla bilər. Ondan bir öncəki cümlə isə belədir: “Bəlli bir kafirin əbədi kafir qalıb-qalmayacağını Allahü təala bilir.”
Deməli, Allahü təala bilir ki, bu kafir əbədi kafir qalacaq deyə heç kim söyləyə bilməz, çünki Allahın təqdirini heç kim bilə bilməz. Yəni Allah qatında, o insan kafir olaraq öləcək, yoxsa imanlı öləcək, bunu heç kim bilə bilməz demək istənir.
Hər kəs əcəli ilə ölür
Sual: “Əcəlin mənim əlimdən olacaq” demək caizdirmi?
CAVAB
Əcəl, təqdir edilən ölüm zamanı deməkdir. Başqası tərəfindən öldürülən də, intihar edən də, yəni hər kəs əcəli ilə ölür. “Əcəlin mənim əlimdən olacaq” sözünü, “Ölümünə mən səbəb olacağam, bir əngəl çıxmasa səni mən öldürəcəyəm” mənasında söyləmək caizdir, lakin “Ölüm zamanını mən müəyyən edəcəyəm” mənasında söyləmək caiz deyil.
Diləyərsə yaradar, diləməzsə yaratmaz
Sual: Savab və ya günah olan bir işi bir insan istəyərsə edə bilər, istəməzsə etməyə bilər? Yəni Allahü təala o işi etməyə bizə izn verir, yoxsa etməyə mane olur?
CAVAB
İmam Rabbani həzrətləri buyurur ki: Allahü təala qullarına iradə vermiş, bu iradələrini, istəmələrini işləri yaratmasına səbəb qılmışdır. Bir qul bir şey etmək istədikdə, Allahü təala da istəsə, o işi yaradır. Qul istəməsə, Allahü təala da istəməz və o şeyi yaratmaz. Görünür ki, insan öz istəkli işlərini, istəyirsə edir, istəmirsə etmir. (1/286)
Qul içki içilən yerə getmək istəsə, Allahü təala da bunu istəsə, qul gedər. Qul, məscidə getmək istəsə, Allahü təala da diləsə, o qul məscidə də gedər. Qul içki içilən yerə getmək istəməsə, Allahü təala da diləməz və qul oraya getməz. Yəni Allahü təala zorla günah işlətməz. Günah işləyənin, qədərim beləymiş deyərək qəbahəti qədərə yükləməsi düzgün deyil, yanlışdır.
Bu işin qədəri
Sual: “Bu işin qədərində bu var” demək, dinə ziddirmi? Tədbirə manedirmi?
CAVAB
Xeyr, dinə zidd deyil, tədbirə də mane deyil. Hər işdə müəyyən hadisələrin olması təbii bir şeydir. Məsələn, döyüşdə qələbə qazanmaq var, həmçinin, tədbir alınmasına baxmayaraq uduzmaq var, qazi və ya şəhid olmaq var. “Döyüşün qədərində qazi və ya şəhid olmaq var” deyirlər, dinə zidd cəhəti də yoxdur. Ov heyvanını ovlamaq olar. “Gözü dəndə olan quşun, ayağı tələdən qurtulmaz” deyirlər. Belə quş tələyə düşə bilər. Yetişmiş meyvə ağacın dibinə düşər demək, təcrübəylə əldə edilən bir məlumatdır. Dənizə düşən islanar demək də bunlardandır. Dənizə düşənin qədərində islanmaq var demək, yanlış olmaz.
Avtomobillərin hərəkəti dayana bilər, tıxac ola bilər. Yola çıxanın bunu nəzərə alması lazımdır. Yolun qədərində, tıxanmaq ola bilər. Od düşdüyü yeri yandırar deyirik. Odun düşdüyü yeri yandırması qədərində var deyirlər. Tədbir alınsa da, çox yağış yağsa düzənlik yerləri sel basa bilər. Binalar çox möhkəm olsa da, şiddətli bir zəlzələ çox yeri dağıda bilər. Dənizdə üzən boğula bilər. Tədbir alınsa da, yer altında çalışan, dağıntılar altında qala bilər. Hər sənətin qədərində belə şeylərin olması təbiidir. Bunların hamısı normal olsa da, istismarı normal deyil.
Qədərin cilvəsi demək
Sual: Qədərin cilvəsi demək küfürdür?
CAVAB
Xeyr.
Pis hava şərtləri
Sual: “İnsana və ya heyvana çirkin demək caiz olmadığı kimi, “pis hava şərtləri” demək və ya qədərə də “pis” demək caiz deyil. Çünki bunların yaradıcısı Allahdır. Allah, çirkin şeylər yaradır demək caiz olmaz” deyirlər. Allah'ın yaratdığı pis şey ola bilməz? Pisə pis demək olmaz?
CAVAB
Əlbəttə pisə pis, çirkinə çirkin deyilir. Yaxşı-pis, gözəl-çirkin hər şeyi yaradan Allahdır. Hava pis olduqda, “Pis hava şərtləri” deyilir. Qədərimiz pisdirsə pis deyilir. Buradakı incəlik budur:
Bir insanın başına pis işlər gəlirsə, “Qədərim belə miş” və ya “Bu alnımın qara yazısıdır, nə qədər pis qədərim varmış” deməsində zərər yoxdur. Burada niyyət mühümdür. “Qədərim pis imiş” demək küfür olmaz, çünki günahlarımıza görə qədərimiz pis olub. Yəni qədərimizin pis olmasına özümüz səbəb olmuşuq. Öz arzumuzla etdiyimiz yaxşı və ya pis işlər qədərimizdir. Günahlarımızın vəziyyətinə görə, bu pis də ola bilər, yaxşı da ola bilər. Amma “Pis işlərimizi pis olaraq yazmamalıydı” deyərək, əməllərimizə görə qədərimizi müəyyənləşdirən Rəbbimiz təqsirləndirilsə, o vaxt əlbəttə küfür olur.
Qəza və qədərə razı olmaq
Sual: Başımıza gələn yaxşı və ya pis hər şeyə razı olmamaq, qəza və qədərə razı olmamaq mənasına gəlir?
CAVAB
Başımıza gələn hər şey, Allahü təalanın təqdirilə olduğuna görə, bunlara üsyan etmək qədərə razı olmamaq mənasına gəlir. İmam Rabbani həzrətləri buyurur ki:
Hər gün insanın qarşılaşdığı hər şey, Allahü təalanın diləməsi və yaratmasıyla var olur. Bunun üçün, iradələrimizi Onun iradəsinə uyğunlaşdırmalıyıq! Qarşılaşdığımız hər şeyi, axtardığımız şeylər kimi görməliyik və bunlara qovuşduğumuz üçün sevinməliyik! Qulluq belə olur. Quluqsa, belə olmalıyıq! Belə olmamaq, qulluğu qəbul etməmək və sahibinə qarşı çıxmaq sayılır. Allahü təala hədisi-qüdsidə buyurur ki:
“Qəza və qədərimə razı olmayan, bəyənməyən və göndərdiyim bəlalara səbir etməyən, Məndən başqa Rəbb axtarsın! Yer üzündə qulum olaraq gəzməsin!” [3/59 Tabərani]
Başa gələn hər şeyin, Allahdan gəldiyinə inanıb, səbir edib gözəl qarşılayan insan dünyada da çox xoşbəxt olur. Bunun, təcrübə ilə də sabit olduğu kitablarda yazılmışdır. Bunun üçün dua edərkən, “Ya Rəbb, qəza və qədərinə razı olan qullarından eylə!” deyə dua etməliyik.
Qədərə inanmaq, çalışmamaq deyil
Sual: Bəzi insanlar, din qədərçiliyi müdafiə üçün inkişaf etməyi deyil, geri qalmağı təşviq edir, deyirlər. Yəni İslamiyyət qədərə inanmağı əmr etdiyi üçün çalışmağa, irəli getməyə mane olmuş olur?
CAVAB
Peyğəmbər əfəndimiz, “Elm sahibi olan, Müsəlman olur. Cahil olan din düşmənlərinə aldanır” buyuraraq savadlı olmağı tövsiyə buyurur. İslamiyyət, qədərə inanmaq və qənaət etməkdir. Lakin qədər, bəzi cahillərin zənn etdiyi kimi çalışmamaq, daha çoxunu istəməmək deyil. Qədər, insanların nə edəcəyini Allahü təalanın əzəldən bilməsi deməkdir. Allahü təala çalışmağı əmr edir, çalışanları tərifləyir. “Nisə” surəsinin 94-cü ayəsində məalən; “Cihad edənlər, çalışanlar, zəhmət çəkənlər, oturduğu yerdə ibadət edib cihad etməyənlərdən daha üstündür, daha dəyərlidirlər” buyuruldu. Rəsulullah əfəndimiz, “Çalışıb qazananları Allahü təala sevər” buyurur. İslam alimlərinin hazırladığı kitabları diqqətli bir şəkildə oxuyanlar, İslamiyyətin çalışmaq, qazanmaq dini olduğunu daha yaxşı anlayarlar. Rəsulullah əfəndimiz, “İki gün bir dərəcədə qalan, inkişaf etməyən, aldandı”, “İşlərinizi sabaha saxlamayın. Sonra yox olarsınız!” və “Xarici dil öyrənin. Düşmənin şərindən beləcə qurtularsınız!” buyuraraq, çalışmağı, hər gün irəli getməyi, yüksəlməyi əmr edir.
Sual: Yaxşı, pis nə varsa hamısını yaradan Allahü təaladır?
CAVAB
Allahü təala insanları yaratdığı kimi, insanların işlərini də O yaradır. Yaxşı və pis şeylərin hamısı Onun təqdiri, diləməsi ilədir. Lakin, yaxşı işlərdən razıdır, bəyənir, pislərdən razı deyil, bəyənməz.
Sual: Hər hansı bir insan, özünün hələ həyatda ikən səid, yoxsa şəqi olduğunu bilmə, öyrənmə şansı vardırmı?
CAVAB
Bu mövzuda Əhməd ibn Yəhya Müniri həzrətləri “Məktubat” kitabında buyurur ki:
“Səadət, cənnətlik olmaq deməkdir. Şəqavət, cəhənnəmlik olmaq deməkdir. Səadət və şəqavət, Allahü təalanın iki xəzinəsi kimidir. Birinci xəzinənin açarı, taət və ibadətdir. İkinci xəzinənin açarı masiyət, yəni günahlardır. Allahü təala hər insanın səid və ya şəqi olacağını əzəldə bilir. Bu bilgisinə qədər deyilir. Səid olacağı əzəldə bilinən insan Allahü təalaya itaət edər. Əzəldə, şəqi olacağı bilinən insan daima günah işləyər. Dünyada hər kəs səid və ya şəqi olduğunu, əməlindən anlaya bilər. Axirəti düşünən din alimləri hər kəsin səid və ya şəqi olduğunu beləcə anlayırlar. Dünyaya dalmış olan din adamı isə bunu bilməz. Hər izzət və hər nemət Allahü təalaya ixlasla itaət və ibadət etməkdədir. Hər pislik və sıxıntı da günah işləməkdən əmələ gəlir. Hər kəsə dərd və bəla günah yolundan gəlir. Rahatlıq və hüzur isə, itaət yolundan gəlir. Allahü təalanın adəti belədir. Bunu heç kim dəyişdirə bilməz.
Nəfsə asan və şirin gələn şeyi səadət zənn etməməliyik. Nəfsə çətin və acı gələnləri də şəqavət və fəlakət sanmamalıyıq...
Qüdsdə Məscidi Əqsada ömrünü illərlə təsbeh və ibadətlə keçirən bir nəfər ibadətin şərtlərini və ixlası öyrənmədiyi üçün, bir səcdəni tərk etdikdə, elə bir zərərə düşdü ki, həlak oldu. Əshabı-Kəhfin iti isə, murdar olduğu halda, siddiqlərin arxasında bir neçə addım getdiyi üçün, elə yüksəldi ki, heç düşmədi. Bu vəziyyət heyrət edicidir. Əsrlər boyu alimlər bu sirri aça bilməmişlər. İnsan ağlı bunun hikmətini anlaya bilmir...
Adəm əleyhissalama buğdadan yemə dedi və yeyəcəyini əzəldə bildiyi üçün, yeməsini dilədi... Şeytanın Adəm əleyhissalama səcdə etməsini emr eylədi və səcdə etməməsini dilədi. Məni axtarın buyurdu. Lakin ixlası olmayanın qovuşmasını diləmədi. İlahi yolun yolçuları, 'Heç anlaya bilmədik' deməkdən başqa bir şey söyləyə bilmədilər...
Bizə nə demək düşər. Allahü təalanın insanların iman etmələrinə, Ona ibadət etmələrinə ehtiyacı yoxdur. Kafir olmalarının və günah işləmələrinin də Ona heç zərəri yoxdur. Onun məxluqlarına heç ehtiyacı yoxdur.”
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0