Facebook Twitter WhatsApp

Qədər və qənaət

Sual: Bir nəfər pis insanla evlənir, o pis insan da pislik etdikdə, Nə edə bilərəm, qədərim belə imiş” deyir. Bir nəfər də qaza basır, yüksək sürətlə gedərkən qəzaya düşür. n nə edim, alnımın yazısı belə imiş. Tədbir, təqdiri poza bilməz” deyir. Digəri oğurluq edir, məhkum olur. “Nə edim, mənim qədərim belə pis imiş” deyir. Başqa birisi də, zərərli şeylər yeyib-içir, xəstələnib iflic olur. “Nə edək, qədərin qarşısına keçmək olmur, olacaqla öləcəyə çarə yoxdur, biz təvəkkül edirik deyir. Bunlar dinə uyğundurmu?


CAVAB
Söylənilən sözlərin hamısı doğrudur, lakin burada səhv olan şey, tədbir almamaqdır. Tədbir almadan qəbahəti qədərə yükləmək səhvdir. Bəli, qədərində bunlar var idi, amma bunlara özü səbəb oldu.

Rəsulullah əfəndimiz bir kəndliyə, Dəvəni neylədin?” deyə soruşduqda, o da, “Allaha təvəkkül edib, özbaşına buraxdım” dedi. Kəndliyə, Dəvəni bərk bağla və sonra təvəkkül et!” buyurdu. (İbni Asakir)
Qəza və qədərimizi, başımıza gələcəkləri bilmədiğimiz üçün, tədbir almaq lazımdır. Tədbir almaq, səbəblərə bağlanmaq dinimizin əmridir. (Dürər)
Pis adamlarla oturub-durub, pis işlər gördükdən sonra, “Qədərim pis imiş” deyərək qəbahəti qədərə yükləmək, cahillikdən, axmaqlıqdan başqa bir şey deyil.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину