Sual: Aşağıdakı ifadələr Əhli-sünnətə zidd deyilmi?
“Qula bəla gəlməz Haqq yazmadıqca,
Allah bəla verməz qul azmadıqca.”
CAVAB
Əhli-sünnətə uyğundur. Birinci misra mötəziləyə cavab, ikinci misra cəbriyyəyə cavabdır. Bir daşla iki quş vurulmuşdur. Xülasə, iki sətirlə Əhli-sünnət etiqadı bildirilmişdir.
Mötəzilə, “Qədərini hər kəs özü müəyyənləşdirir” deyir. Birinci misra buna cavabdır. “Allahü təala diləmədikcə insan bir şey edə bilməz” deyilir.
Cəbriyyə isə, “Allah dilədiyini hidayətə qovuşdurur, dilədiyini azğınlıqda qoyur” ayəti-kəriməsini yanlış anladığı üçün, “Hər şeyi bizə zorla etdirən Allahdır” deyirlər. İkinci misrada, “Allahın təqdiri insanların əməllərinə görədir” deyilir.
İmam Rabbani həzrətləri buyurur ki:
Qəza və qədər biliyini insanların çoxu anlaya bilmədiyinə görə doğru yoldan ayrılmışdırlar. Bunlardan bir qismi insanların istəyərək etdiyi işlərinin zorla olduğunu zənn etmişdir, çoxları da insanların hər işi yaradaraq etdiyini, istəyərək görülən işlərə Allahü təalanın qarışmadığını söyləmişdirlər. Üçüncüsü isə doğru yoldakıların, İslamiyyəti yaxşı anlayanların sözüdür ki, bunlar Firqəyi-naciyyə adıyla müjdələnmiş Əhli-sünnət vəl-camaat alimləridir. Onlar, birinci və ikinci qisimdə olanlar kimi həddi-aşmamış, orta yolu seçmişdirlər.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0