Facebook Twitter WhatsApp

Qədər nədir?

Sual: Alnımıza yazılan qədər, bizim yaxşı və ya pis iş görməyimizi əngəlləyirmi?
CAVAB
Xeyr əngəlləmir. Qədər, bizim öz istəyimizlə edəcəyimiz işlərin və ya başımıza gələcək hadisələrin Allahü təala tərəfindən bilinməsi deməkdir. Allahü təala, “Bu qul, öz istəyi ilə bu işləri edəcək və ya filan yerdə bu hadisələr başına gələcək, yaxud bu səbəblə öləcək” deyə qədərinə yazır. Yəni, yaxşı və ya pis işi öz iradəmizlə edirik, yaxud əməlimizlə o işə məruz qalırıq. Hər hansı bir səbəblərlə avtomobil qəzasında və ya zəlzələdə öləcəyiksə, bir quldurun gülləsinə tuş gələcəyiksə, bunlar da əvvəlcədən qədərimizə yazılmışdır. Qədərimizdə olduğu üçün ölmürük, öləcəyimiz bilindiyi üçün qədərimizə yazılır. Həmçinin bunun kimi pis adam qədərində yazılı olduğu üçün o pis işləri etmir. Əksinə, o pis işləri edəcəyi bilindiyi üçün qədərinə yazılır. Bu incəliyi yaxşı anlamaq lazımdır. Bunu bilməyən və pis işlərlə məşğul olan adamlar, “Nə edək, alın yazımız belə imiş” deyərək özlərini təmizə çıxarmaq üçün qədəri təqsirləndirməyə çalışırlar. Qədərin təqsiri yoxdur. Qədər, olacaq hər şeyin Allahü təala tərəfindən bilinməsi və təqdir edilməsidir. Vaxtı gəldikdə bu şeylərin meydana çıxmasına da qəza deyilir. Xeyir və ya şər də, əlbəttə, Allahü təala tərəfindən yaradılır. Pis şeyləri o yaratmaz demək səhvdir. Tək yaradıcı Allahdır, başqa yaradıcı yoxdur.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину