Facebook Twitter WhatsApp

İnsana, seçim haqqı verilmişdir

Sual: İnsan əməllərində məcburdur, əgər məcburdursa etdiklərindən niyə hesaba çəkiləcək?
Cavab: İnsanların məxluq, yaradılmış olması ilə yanaşı, bütün işləri, hərəkətləri də Allahü təalanın məxluqudur. Çünki Ondan başqa heç kim bir şey edə bilməz, yarada bilməz. Özü yaradılmış olan, başqasını necə yarada bilər? Yaradılmaq möhürü, qüdrətin az olduğunun əlamətidir və elmin nöqsan olduğuna işarədir. Biliyi, qüvvəsi az olan, yarada bilməz. İnsanın işində özünə düşən pay, öz kəsbidir. Yəni o iş, öz qüdrəti və iradəsi ilə olur. O işi yaradan, edən Allahü təaladır, kəsb edən, yəni icra edən, quldur. Demək ki, insanların istəyərək etdikləri şeylər, insanın kəsbi ilə Allahü təalanın yaratmasından əmələ gəlir. İnsanın etdiyi işdə öz kəsbi, ixtiyarı, yəni bəyənməsi olmasa, o iş, titrəyiş şəklini alır. Mədənin, ürəyin hərəkəti kimi olur. Halbuki, ixtiyari, istəkli hərəkətlərin, bunlar kimi olmadığı meydandadır. Hər ikisini də Allahü təala yaratdığı halda, ixtiyari, istəkli hərəkətlə, titrəyiş hərəkəti arasında görülən bu fərq, kəsbdən irəli gəlir. Allahü təala qullarına mərhəmət edərək, onların işlərinin yaradılmasını, onların arzularına tabe qılmışdır. Qul istədikdə, qulun işini yaradır. Buna görə də qul məsuliyyət daşıyır. İşin savabı və cəzası qula olur. Allahü təalanın qullarına verdiyi istək və seçim, işi görüb-görməməkdə birdir. Hər işi görməyin və görməməyin yaxşı və ya pis olduğunu, Peyğəmbərləri ilə qullarına açıq bildirmişdir. Qul, hər işində, edib-etməməkdə sərbəstdir, ikisindən birində, əlbəttə, seçim edəcək, iş yaxşı və ya pis olacaq, günah və ya savab qəzanacaqdır. Allahü təala qullarına əmrlərini və qadağalarını yerinə yetirəcək qədər qüdrət, yəni enerji və bəyənmək, seçmək haqqı vermişdir. Daha çox verməsinə ehtiyac yoxdur və zatən lazımi qədər vermişdir. Buna inanmayan asan şeyləri anlaya bilməyən adamdır. Qəlbi xəstə olduğuna görə İslamiyyətin hökmlərinə tabe olmamağa bəhanə axtarır.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину