Facebook Twitter WhatsApp

Nəfsimiz şər etdirir

Sual: Şərləri, yəni pislikləri nəfsimiz etdirdiyinə görə, “Xeyir də, şər də Allahdandır” demək, nə dərəcədə düzgündür?
CAVAB
Səbəb olmaq cəhətdən şər, yəni pislik, əlbəttə, nəfsdəndir, amma yaratmaq cəhətdən xeyir də, şər də Allahdandır. Nəfs pisliyi istəyir, səbəb olur, Allahü təala da yaradır. Yəni pislikləri də Allahü təala yaradır, O iradə edir. Allahü təala iradə etməsə, yaratmasa, milçək qanadını tərpədə bilməz. Başımıza gələn hər cür pislik Allahın iradəsilə və yaratmasıyla əmələ gəlir. Haşa, nəfsimiz yaradan deyil, şəri də, xeyri də yarada bilməz. Hər şeyin yaradıcısı yalnız Allahü təaladır. Qurani-kərimdə məalən buyurulur ki:
“Sizi də, işlərinizi də yaradan Allahdır.” [Saffat 96]
Qul bəlaya müstəhəq olsa, Allahü təala ona bəla göndərəcək. Bu mövzu haqqında bir ayə məali:
“Başınıza gələn bir bəla, öz əllərinizlə etdiklərinizə görədir. [Buna baxmayaraq] Allah çoxunuzu əfv edir” [Şura 30]. (Deməli, bəla, günahlarımıza görə göndərilir, amma göndərən yenə Allahdır. Ayənin davamında, Allah çoxunu əfv edir deyilir. Demək ki, bəlanı göndərən Odur, çoxunu da əfv edir).
“Sənə gələn hər yaxşılıq Allahdan [bir ehsan olaraq] gəlir, hər pislik isə [günahlarına qarşılıq olaraq] özündən gəlir.” [Nisə 79]
Demək ki, bu ayədə günahlarınıza görə pislik gəlir buyurulur, amma pisliyi yaradan yenə Allahü təaladır. Bundan əvvəlki ayədə şəri də Allahın yaratdığı bildirilir. O ayəti-kərimənin məali:
“Onlara bir yaxşılıq toxunsa, “Bu Allahdandır” deyirlər, başlarına bir pislik gəldikdə də “Bu sənə görədir” deyirlər. “Küllün min indillah” [Hamısı Allahdandır] de!” [Nisə 78]
Xeyri də, şəri də Allahü təalanın yaratdığına inanmaq imanın şərtidir. Bir hədisi-şərif məali belədir:
“Qədərin, xeyrin və şərin Allahdan olduğuna inanmayan mömin deyil.” [Tirmizi]
Bidət əhlinin bəzisi qədəri, bəzisi də xeyrin və şərin Allahü təaladan olduğunu inkar edir. İmanın şərtini altıdan aşağı endirənlər olduğu kimi, yeddiyə çıxaranlar da var. Hətta İslamın şərti deyə bir şey olmadığını söyləyənlər də var. Bunlar, keçmiş alimləri günahlandıraraq, onları əzərək yüksəlmək xəstəliyidir. Bu çox çirkin bir işdir. Dində reform etmək istəyən törəmələrin keçmiş alimləri günahlandırmaq kimi əməllərinin qiyamət əlaməti olduğu hədisi-şəriflə bildirilmişdir. Həmçinin, Peyğəmbər əfəndimiz, “Alimlər, Rəsulullahın varisləridir” buyurur. Rəsulullaha varis olan keçmiş alimləri təqsirləndirmək, varisin sahibi olan Rəsulullahı incitməzmi? Keçmiş alimləri təqsirləndirmə xəstəliyindən qurtulmaq lazımdır.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину