Facebook Twitter WhatsApp

Mələklər niyə yaradıldı?

Sual:  Hər hansı bir yardıma ehtiyacı olmadığı halda, Allah, mələkləri niyə yaratdı? Özü bir ol deməklə yarada biləcəyi şeyləri, niyə mələklərə etdirir?
CAVAB
Bəli, Allahü təalanın heç kimin yardımına ehtiyacı olmadığı halda, hər şeyi yoxdan bir ol deməklə yarada bilər. Bir ayəti-kərimə məali belədir:

“Allah bir şeyi yaratmaq istədikdə, ol deyir, o da dərhal olur.” [Bəqərə 117]
Ancaq, adəti-ilahi belədir ki, Allahü təala hər şeyi bir səbəblə yaradır. Məsələn, Cəbrayıl əleyhissalamı Peyğəmbərlərə vəhy göndərməklə, Əzrayıl əleyhissalamı insanların ruhunu almaqla vəzifələndirmişdir. Diləyərsə, Cəbrayıl əleyhissalam olmadan da Peyğəmbərlərinə vəhy göndərə bilərdi, belə ki, onların mübarək qəlbinə ilham edərək göndərdiyi də vaqe olmuşdur. Əzrayıl əleyhissalam olmadan da canımızı ala bilər. Buludsuz da yağış yağdırar. Uşağın dünyaya gəlməsi üçün ana-atanı səbəb yaratmışdır. Hər nə qədər adəti səbəblərlə yaratmaq olsa da, diləyərsə səbəbsiz də yaradar. Belə ki, Həzrəti İsanı atasız, Həzrəti Adəmi də həm anasız, həm də atasız yaratmışdır.
Allahü təala çörəyi doyurmağa səbəb etdiyi kimi, dərmanları da xəstəlikləri sağaltmağa səbəb etmişdir. Bütün səbəbləri yaradan, bunlara təsir qüvvəsi verən Allahü təaladır.

Musa əleyhissalam, belə bir sual soruşdu:
— Ya Rəbb, xəstəliyi əmələ gətirən kimdir, xəstəliyi sağaldan kimdir?
Cənab Haqq buyurdu ki:
— Hər ikisini də Mən edirəm.
— O halda həkimə nə ehtiyac var?
— Həkimlər şəfa üçün yaratdığım səbəbləri bilirlər və qullarıma verirlər. Mən də onlara bu yoldan ruzi və savab verirəm. (Kimyayi-səadət)

Bu halda, mələklər niyə yaradıldı demək, Allah dərmanlara niyə faydalı təsir qüvvəsi verdi deməyə bənzəyir. Ona görə atalarımız, “Hikmətindən sual olunmaz” demişlər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину