Sual: Qonşuma dedim ki, “Evdə it saxlama! İt olan evə mələk girməz”. O da “Lap yaxşı, o zaman Əzrayıl mələyi də gəlməz, çox yaşayaram” dedi. Belə danışması düzgündür?
CAVAB
Əlbəttə çox səhvdir. Din ilə lağ etmək üçün deyilirsə, küfür də sayılır. Rəhmət mələkləri ilə Hafaza mələkləri və ölüm mələyi ayrıdır. Vəzifələri də ayrıdır. İt olan evə sadəcə rəhmət mələkləri girməz. İnsanların günah və savabını yazan kiramən katibin mələkləri isə girir. Bu mələklər insandan ayaq yolunda ayrılır. Ayaq yolunda işlənən günah və ya savabları Allahü təala mələklərə bildirir. (Rədd-ül-muxtar)
Deməli, mələk girməsə belə günahları gizləmə imkanı yoxdur. Mələk görməsə belə, haşa Allah da görmür?
Rəhmət mələkləri, bu yerlərə girməz:
1- İçində canlı rəsm və ya heykəli olan otağa,
2- Spirtli içki içilən və içki olan yerə,
3- Qumar oynanan və ya qumar aləti olan yerə,
4- Günah işlənən yerə,
5- İt olan yerə,
6- Cünub olan otağa,
7- Çalğı alətləri olan otağa,
8- Qonaq gəlməyən evə,
9- Övrət yeri açıq duranın olduğu yerə,
10- Ana-ataya asi olunan evə. (Nisabül-əhbər)
Mələk girməyən evə şeytan girər. Şeytan da pislik etdirməyə çalışır. Rəhmət mələkləri bir evə girməsə, onların faydalarından və edəcəyi dualardan məhrum qalarıq. Hədisi-şəriflə bildirilən bir neçə xüsus belədir:
1- “Mələk girməyən evə şeytan girər.” Şeytan da hər cür pisliyi etdirmək üçün vəsvəsə verir. [Buralarda, mələk deyərkən rəhmət mələkləri nəzərdə tutulur.]
2- “Bir evə qonaq gələndə, mələklər süfrədə ev sahibinə dua edirlər.” [Tabərani] Mələklər girmədikdə, o duadan məhrum qalırıq.
3- “Süfrədə sirkə yeyənə, mələklər dua edər.” [İ.Əsakir] Mələklər girmədikdə, sirkə də yeyilsə, duadan məhrum qalırıq.
4- “Mələklər sahura qalxana dua edər.” [İ. Əhməd] Mələklər girmədikdə, o insan mələklərin edəcəyi bu duadan məhrum qalır.
5- “Salavat gətirən insanın günahlarının əfv olması üçün mələklər dua edirlər.” Mələklər gəlməsə bu duadan məhrum qalırıq.
6- “Allahü təalanın zikr edildiyi yerlərə mələklər rəhmət saçar.” [Əbuşşeyx] Mələklər girməsə, bu rəhmətdən də məhrum qalırıq.
7- “Quranı xətm edənə 60 min mələk dua və istiğfar edir.” [Deyləmi] Mələklər gəlməsə bu duadan məhrum qalırıq.
8- “Bir şəxs namaz qıldığı yerdən uzaqlaşana qədər mələklər, “Ya Rəbb, buna rəhmət et” deyə dua edirlər.” [Nəsai] Mələk girməsə bu duadan məhrum qalırıq. Rəhmət mələklərinin girməsinə əngəl olan şeylər varsa, namazımız da məkruh olur.
9- “Mələklər yaxşılıq öyrədənə dua edirlər.” [Tirmizi] Mələk gəlməsə, bu duadan məhrum qalırıq.
10- “Din qardaşının bir işini görənə, minlərlə mələk dua edir.” Mələklər gəlməsə, bu duadan məhrum qalırıq.
11- “Yatağa dəstəmazlı girən şəxs üçün bir mələk səhərə qədər, “Ya Rəbb, bunu əfv et” deyə dua edər.” [Hakim] Mələk gəlməsə, bu duadan məhrum qalırıq.
12- Ölüm xəstəsinin olduğu otaqda mələk girməsinə mane olan başqa şey olmamalıdır. Mömin, ruhunu təslim edəcəyi vaxt, rəhmət mələklərini görüb, can vermə acısını hiss etməz. Oraya rəhmət mələkləri girməsə, o kimsə ölərkən sıxıntılara məruz qala bilər. Ona görə rəhmət mələklərinin girməsinə mane olacaq iş görməmək lazımdır.
Ölüm mələyinin can alması
O şəxsin, “Mələk evə girməsə canımı alan olmaz, 250 il yaşayaram” deməsi çox səhv bir sözdür. Niyə 250 il, o zaman min il yaşasın, hətta heç ölməsin. Ölməmək mümkündürmü? Ölməmək mümkün olmadığına görə ölüm mələyi harda olursan ol canımızı alır. Dünyanın müxtəlif yerlərində eyni anda ölən insanların canlarını da, eyni anda alır. Bir şəhərin elektrik lampalarını eyni anda söndürməyə bənzəyir.
İbrahim əleyhissalam Əzrayıl əleyhissalamdan soruşdu:
— Dünyanın müxtəlif yerlərində zələzələ, müharibə, xəstəlik kimi səbəblərlə eyni anda ölən çox insan olur. Eyni anda bunlara necə çatırsan?
Əzrayıl əleyhissalam dedi ki:
— Əcəli gələnləri çağırıram dərhal hamısı ovcumun içinə gəlirlər.
Hikmət əhlindən bir şəxs, “Yer üzü ölüm mələyi üçün qarşısındakı bir ləyən kimidir. Əcəli gələni götürür” buyurdu.
Süleyman əleyhissalam ölüm mələyinə dedi ki:
— Canını aldığın insanların, kimi gənc, kimisi uşaq olur. Bu necə olur?
— Əcəlləri mən təqdir etmirəm. Əlimə əcəli gələnlərin siyahısı verilir. Mən də çağırıram gəlirlər.
Müsəlmanların ruhunu Əzrayıl əleyhissalam alır, kafirlərin canını isə Əzrayıl əleyhissalamın əmrindəki mələklər alır. Yəni fasiq və kafirlərin ruhunu digər mələklərə əmr verərək aldırır.
Uşağın tualet güvəcini təmizləməmək
Sual: Körpənin tualet güvəcinə etdiyi sidiyi, gecə orada saxlamaq olarmı?
CAVAB
Tualetə boşaldıb güvəci yuyub, gecə saxlamamaq lazımdır. Bir hədisi-şərif məalı belədir:
“Evdə qabın içində sidik saxlamayın! Rəhmət mələkləri bu otağa girməz.” [Tabərani]
Zibili belə evdə saxlamaq uyğun deyil. Bir hədisi-şərif məalı belədir:
“Bir evdə zibil olarsa, o evdən bərəkət çəkilər.” [Deyləmi]
В корзине: 0 шт.
на сумму: 0