Facebook Twitter WhatsApp

Qəbirdən qalxarkən

Sual: İnsanlar qəbirdən necə qalxacaq?
CAVAB
Həzrəti Muaz, Hamınız dəstə-dəstə gələcəksiniz məalindəki ayənin təfsirini soruşduqda, Peyğəmbər əfəndimiz belə buyurmuşdur:
Qiyamətdə ümmətimdən 12 sinif insan aşağıda bildirildiyi şəkildə həşr olacaqdır:
1-
Zəkat verməyən, qəbrindən qarnı ilan və əqrəblərlə dolu olaraq,
2-
Namazda səhlənkarlıq göstərən, donuz surətində,
3-
Alış-verişdə yalan söyləyib aldadan, ağzından qan gələrək,
4-
Qonşularına əza edən, əl və ayaqları kəsik olaraq,
5-
Allahü təaladan qorxmayıb, gizlin günah işləyən, leşdən daha pis iylənmiş halda,
6-
Yalan söyləyən, yalançı şahidlik edən, dili kəsik olaraq,
7-
Haqlı bir şahidliyi etməyən lal vəziyyətdə,
8-
Zina edən, övrət yerindən irin axaraq,
9-
Haqsız yerə yetim malı yeyən, qarnı odla dolu halda,
10-
Alkoqollu içki içən, üzləri qızarmış, gözləri yerindən çıxmış, dişləri öküz buynuzu kimi sivrilmiş, dodağı qarnına, qarnı da ayağına sallanmış vəziyyətdə,
11-
Ana-atasına asi olan, cüzzamlı, baras xəstəsi olaraq,
12-
Yaxşı işlər görən, namazı camaatla qılan və günaha tövbə edib ölən isə, üzü dolunay kimi həşr olar, Siratı şimşək kimi keçər.” [Tibyan]


Yuxarıda yazılanlar, günahlarına tövbə etmədən ölənlərə aiddir. Tövbə edən və ya savabı günahından çox olan kimsə, o şəkildə həşr olmaz. Yenə bir hədisi-şərifdə buyuruldu ki: “Söz gəzdirən, meymun; haram yeyən donuz şəklində; faizçi başı üstü sürünərək; haqsız höküm verən kor olaraq; ucbədən, yəni əməllərini bəyənən, lal və kar olaraq; işləri sözlərinə uyğun gəlməyən alim, dili sinəsinə sallanmış halda; təkəbbürlü kimsə isə, qətrandan paltar geyinərək həşr olar.” [Tibyan]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину