Facebook Twitter WhatsApp

Necə həşr olacaqlar?

Sual: İnsanlar necə həşr olacaqlar?
CAVAB
Hər kəs əməlinə görə həşr olacaq. Bir kimsə, salehlər kimi əməl işləsə, lakin günahkarlarla oturub-dursa, saleh əməlləri boşa gedər, Qiyamətdə pislərlə birlikdə həşr olar. Bir kimsə də, pislər kimi əməli olsa, lakin salehləri sevsə, onlarla birlikdə olsa, günahları yaxşılığa çevrilər, yaxşılarla birlikdə həşr olar. (Kab-ül-Əhbər)

İki ayəti-kərimə məali belədir :
“Qiyamətdə onları [kafirləri] kor, lal və kar bir halda üzü üstə həşr edərik. Onların gedəcəyi və qalacağı yer Cəhənnəmdir.” [İsra 97]

Məni anmayan sıxıntılara düçar olar, Qiyamətdə də kor halda həşr olar.” [Taha 124]

Bu mövzuda hədisi-şəriflərdən bəziləri də belədir :
“Əməllərini etməsə belə, bir millətin adətini sevən, onlarla həşr olar.” [Hatib]

“İnsan sevdiyi ilə həşr olar. Kafirləri sevən kafirlərlə birlikdədir. Yaxşı əməli ona heç bir fayda verməz.” [Tabərani]

“Dəstəmazdan sonra “Qədir” surəsini bir dəfə oxuyan siddiqlərdən, iki dəfə oxuyan şəhidlərdən yazılar. Üç dəfə oxuyan peyğəmbərlərlə həşr olar.” [Deyləmi]

“Ailəsi geniş və ruzisi az olan, namazlarını şərtlərinə uyğun olaraq qılan və müsəlmanları qeybət etməyən mənimlə birlikdə həşr olar.” [M. Məsumiyyə]

“Mehr verməmək niyyəti ilə evlənən adam, Qiyamətdə oğrularla birlikdə həşr olar.” [R. Nasıhin]

“Allahü təalanın rızası üçün halalı və haramı açıqlayan qırx hədisi ümmətimə bildirən, alim olaraq həşr olar.” [Əbu Nuaym]

“Beş vaxt namazı camaatla qılmağa davam edən Sirat körpüsünü ilk və şimşək kimi keçənlərdən olar. Allah, o şəxsi salehlərlə həşr edər, namazına davam etdiyi hər gün və gecə üçün də min şəhid savabı alar.” [Tabərani]

“Malı çoxalsın deyə dilənən Qiyamətdə üzünün əti yeyilmiş vəziyyətdə həşr olar və Cəhənnəmdə yeyəcəyi də qızğın daş olar.” [Tabərani]

“Ölü arxasından ağlamağı özünə sənət edən qadınlar, ölmədən əvvəl tövbə etməsələr, üstlərində qətrandan paltarla qotur halda həşr olarlar.” [Müslim]

“Qəbirdən qalxdıqda, [hər kəs əməlinə görə] miniklə, gəzərək, sürünərək və ya üzü üstə həşr olacaqdır.” [Hakim]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину