Facebook Twitter WhatsApp

Hesaba çəkilməyənlər

Sual: Ənbiya və övliyalardan başqa hesabat vermədən Cənnətə gedəcək kəslər vardırmı?

CAVAB

Muhamməd əleyhissalamın ümmətindən əhli-sünnət etiqadında olan möminlərin çoxu hesabat vermədən Cənnətə girəcəklər. Rəsulullah əfəndimiz, Allah rızası üçün və səmimi-qəlbdən namazını qılan, orucunu tutan, həccini əda edən, zəkatını verən, hesabatsız və əzabsız Cənnətə girər buyurdu.

 

Qiyamətdə incidən hazırlanmış minbərlər üzərində oturan, üzləri nur kimi parıldayan şəxslər görüləcək. Onlara Peyğəmbərlər və şəhidlər belə qibtə edəcəklər. Onların kim olduğu soruşulduğunda Peyğəmbər əfəndimiz, Müxtəlif ölkələrdən olduqları halda, bir yerdə olan, Allah rızası üçün bir-birini sevən və Allahü təalanı anan kimsələrdir buyurdu.

 

Deməli, qohumluq, həmşəhərli olmaq kimi yaxınlıqları olmadığı halda, sırf Allah rızası üçün bir-birini sevən kəslər nə bəxtiyardırlar.

 

“Qiyamətdə bir qrup insan külək kimi məhşər xalqının üzərindən keçib Cənnətə girəcək. Onlar hər an ölümə hazır olan kəslərdir hədisi-şərifi üzərində qalan qul və haqq borclarını ödəyib hər an ölümü hazır gözləyən məsud kimsələrdən xəbər verir. Peyğəmbər əfəndimiz Qiyamətdə müxtəlif sıxıntıların olacağını bildirdikdə, Əshabı-kiram bundan qurtulmanın çarəsini sual etmişlər. Rəsulullah əfəndimiz buyurur ki:

Dünyada alimlərin ətəyinə yapışmaqdır. Qiyamət günü Allahü təala alimlərlə zahidləri toplayar. Zahidlərin Cənnətə girmələrini əmr edər. Zahidlər Cənnətə gedər. Alimlər qalar. Allahü təala alimlərə buyurar ki: “Sizləri burada saxlamaq, həbs etmək məqsəd deyildir. Zahidlər dünyada yalnız özlərini düzəltməklə məşgul oldular. Axirətdə də yalnız özlərini bağışladım. Lakin sizlər dünyada özünüzdən başqa, digər insanlarla da məşğul oldunuz, onlara qurtuluş yolunu göstərdiniz. İndi sizə tabe olanlarla birlikdə Cənnətə girin!” Alimlər də yoldaşlarıyla birgə Cənnətə gedərlər.” [Əl-Ənvar]

 

“Qiyamətdə nurdan kürsülər üzərində üzləri ay kimi parıldayan şəxslər

görüləcək. Hər kəs hesabat verməklə məşğul ikən onlar çox sevincəklər. Mələklər onlara “Hansı əməl sayəsində bu dərəcələrə yüksəldiniz?” deyə soruşarlar. Onlar da, “Bizim elə çox əməlimiz yoxdur. Ancaq beş vaxt namazımızı doğru qılardıq, Rəsuli-əkrəmin adı çəkildikdə ona olan sevgimizdən ağlayardıq, Allahü təalanın verdiyinə şükür edər, yoxsulluğumuza səbir edərdik. Allahü təalanın bizə olan bu mükafatı iki şeyin qarşılığıdır. Biri dünyaya könül bağlamadığımız, digəri də Həbibullahı sevdiyimiz üçündür” deyərlər.” [Əl-Ənvar]

 

Hesaba çəkilmədən Cənnətə girəcək şəxslər haqqında hədisi-şəriflərdən bir neçəsi bunlardır:

“Cəhənnəmlik 70 min nəfər Osmanın şəfaəti ilə hesabat vermədən Cənnətə girəcəkdir.” [İ.Əsakir]

“Günahlarını xatırlayıb ağlayan, hesabat vermədən Cənnətə girər.” [İ.Qazali]

“Elm öyrənən tələbə, ərinə itaət edən qadın, ana-atasına yaxşılıq edən övlad Peyğəmbərlərlə birlikdə hesaba çəkilmədən Cənnətə girər.” [İ.Rafii]

“Halal olmaq şərtilə oruc tutub iftar edən, sahur yeməyi yeyən və Allah yolunda keşik çəkən şəxslərə yediklərindən ötrü hesabat yoxdur.” [Bəzzar]

“Qul sahur, iftar və dostları ilə yediyi yeməkdən məsuliyyət daşımır.” [İ.Qazali]

 

Əslində hər kəs hesabat verəcəkdir. Lakin kiminin hesabı elə bəsit olacaq ki, buna hesabat deyilməz. Məsələn, şəhidlərin, Əshabı-kiramın hesabatları çox asan olacaq. “Sən səhabədənsənmi, sən şəhidsənmi?” deyiləcək, o da “Bəli” deyəcək, heç bir sıxıntı görmədən Cənnətə gedəcəklər.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину