Sual: Hənbəlidə namaz qılmayan kafir sayılır. Allahü təala axirətdə Hənbəli məzhəbinə görə hökm versə, namaz qılmayan hər kəsə kafir kimi davranılacaq?
CAVAB
Allahü təala, istəsə elə hökm verə bilər, heç kim buna mane ola bilməz. Ancaq alimlərimizin bildirdiyi belədir:
Hər kəsə öz məzhəbindəki hökmə görə davranılacaq. Lakin küfür mövzusunda, öz məzhəbi küfür desə də, başqa məzhəb hətta bir alim, “Bu küfür deyildir” desə, o hökmə görə qul küfürdən qurtulacaq. Məsələn, namaz qılmamış Hənbəli olan bir kimsə, zərrə imanı varsa, keçərli sayılacaq və kafir qəbul edilməyəcək.
Məzhəblərin hökmlərinin fərqli olmalarının rəhmət olduğu, buradan da anlaşılır. Əgər dinimizdə “Namaz qılmayan kafirdir” deyə tək hökm olsaydı, namaz qılmayanlar kafir olardı. Digər məsələlər də bunun kimidir. Əgər hər məsələdə tək hökm olsaydı, qiyamətə qədər hər coğrafiyada, hər iqlimdə yaşayan, hər yaşda olan Müsəlmanların işi çox çətinləşərdi. Haram və ya küfrə düşməkdən qorunmaq çətin olardı.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0