Facebook Twitter WhatsApp

Heyvanlara sual olmayacaq

Sual: “Buynuzsuz qoç buynuzlu qoçdan haqqını alacaq” hədisi-şərifinə görə heyvanlara da axirətdə hesab və sual vardırmı?

CAVAB
Xeyr, yoxdur. Bu hədisi-şərif məcazi mənadadır. Hər kəsin haqqını alacağı bildirilir. Məzlum zalımdan haqqını alar, yəni güclülər gücünə arxalanıb zülüm etsələr, gücsüzlər sabah axirətdə haqlarını alarlar, zalımın zülmü yanına qalmaz deməkdir.

Savablar günahları yox edər

Sual: “İslam Əxlaqı” kitabında oxuduğuma görə, axirətdə mizan qurulacağını, əməllərin ölçüləcəyini, savabı çox olanın Cənnətə gedəcəyini söylədiyim zaman anam, “Xeyr, zərrə qədər günah olsa, Cəhənnəmdə cəzasını çəkmədən, yəni günahları təmizlənmədən Cənnətə heç kim girməz” dedi. Günahı olan cəzasını çəkəcəksə, günahla savabı niyə ölçürlər?

CAVAB
Müsəlmanın yaxşılıqları pisliklərini, yəni savablar günahları silər. Bir ayədə məalən, “Əlbəttə həsənat, seyyiatı yox edər” buyuruldu. (Hud 114)

Həsənat, hər cür yaxşılıq, seyyiat isə hər cür pislik deməkdir. Savab günahı yox etdikdə, artıq o günah silinir. Əgər günahlar çoxdursa, onlar da savabları aparır. Ona görə də çox savab iş görmək lazımdır. Bir hədisdə, “Bir günah işlədikdə, arxasından bir yaxşılıq et, bir savab işlə ki, onu yuyub-aparsın!” buyuruldu. (Beyhəqı)

“Günahsız insan olmaz” hədisi göstərir ki, hər kəs günah işləyə bilər. Əgər günahın cəzası Cəhənnəm olsaydı, istisnasız hər kəs Cəhənnəm əzab çəkərdi. Halbuki günah işlədiyi halda, Cəhənnəmə girmək bir yana dursun, hesab görmədən Cənnətə gedəcək çox adam var. Bir hədisdə, “Cəhənnəmlik olan 70 min günahkar Osmanın şəfaətiylə sorğusuz-sualsız Cənnətə girər” buyuruldu. (İbni Əsakir)

Bir hədisi-şərif məali:

“Ümmətim üç sinifdir. Bir qismi sorğusuz-sualsız Cənnətə girər. Bir qismi yüngül hesaba çəkilərək girər. Bir qismi də günahlardan təmizlənərək girər.” [Tabərani]

Şərtlərinə uyğun tövbə edən də, günahının cəzasını çəkməz. Bir hədisdə, “Günaha tövbə edən, günahsız kimidir” buyuruldu. (Beyhəqı, Hakim, İbni Əsakir, İbni Əbid-Dünya)

Tövbə edilən və ya savab işləyərək sıfırlanan günahlar tamamilə silinəcək, heç kimə göstərilməyəcək, hətta insanın özünə belə unutdurulacaq, beləcə utanıb xəcalət çəkməyəcək. Bir ayəti-kərimə məali belədir:
“Allah, o möminlərin keçmişdə etdikləri ən pis əməlləri [hər cür günahı] belə örtüb bağışlayacaq.” [Zümər 35]

Hər kəs Qiyamətdə dünyada etdiyi yaxşı-pis əməllərinin qarşılığını görəcək. Əhli-sünnət olan möminin dünyadaykən tövbə etdiyi günahları əfv olunub, yaxşılıqlarına savab veriləcək. Kafirlərin və bidət əhlinin, yəni etiqadı pozulmuş olan möminlərin yaxşılıqları rədd ediləcək, şər əməlləri üçün də cəza görəcəklər. (Cavab Verəmədi kitabı)

Axirətdə günahla savabın ölçülməsi möminlər üçündür. Kafirlərinki ölçülməz. Yəni, kafirin yaxşılıqlarına savab verilməz. Çünki bir ayədə, “Biz kafirlərin yaxşılıqlarını yox edərik. Yaxşılıqlarıyla pisliklərini hesablamarıq” buyurulur. (Kəhf 105)

Tövbəkar kimi, imana gələnin də günahları silinir. Bir ayədə, “Allahü təala

kafirkən tövbə edib imana gələn və saleh əməl işləyənlərin günahlarını savablara çevirir” buyurulur. (Furqan 70) Bir hədisdə də, “Allahı ananların günahları savaba çevrilir” buyuruldu. (İ. Əhməd)

Mömin olaraq, dağlar qədər günahımız olsa, tövbə etsək yenə hamısı silinər. Heç tövbə etməsək də, savablarımız günahlarımızdan çoxdursa, günahlarımızdan ötrü Cəhənnəmə girmərik. Ona görə savab gətirən əməllər etməliyik. Məsələn, namaz qılsaq günahlarımız əfv olar, zəkat versək, oruc tutsaq, həccə getsək, dinə xidmət etsək, günahlarımızın hamısı ağacdan yarpaq kimi tökülər. Heç bir günahın cəzasını çəkmərik. O halda hər günahdan çox çəkinməli, nəfsimizə tabe olub əməllərimiz üçün də, günahlarımıza kəffarət olacaq işlər görməliyik. Bu mövzuda bir neçə hədisi-şərif:
“Beş vaxt namaz qılanın bütün günahları təmizlənir.” [Buxari]

“Ramazan orucunu tutanın bütün günahları əfv olur.” [Nəsai]

“Həcc yolunda ölənin günahları əfv olur, hesaba çəkilmədən, əzab görmədən Cənnətə girər.” [İsfəhani]

“Cihad edənin bütün günahları əfv olur.” [Beyhəqı]

“Bir mömin günahını xatırladıqca məyus olarsa, Cənabı Allah, daha namaz və ya oruc kimi günahına kəffarə olacaq bir əməl etmədən belə onu əfv edər.” [İbni Əsakir]

Qiyamətdə çox günahkar bir Müsəlmanın savabları az olarsa, Allahü təala ona, “Get, insanlardan sənə savab verəcək birini axtar! Savab tapsan Cənnətə girərsən” buyurur. O kimsə gedər, heç kimdən savab tapa bilməz. Kimdən soruşsa, “Mən səndən daha çox möhtacam” deyər. Məyus halda  gəzərkən biri, “Nə istəyirsən?” deyər. O da, “Bir savaba ehtiyacım var. Minlərlə insandan istədim, heç biri vermədi” deyər. Bu adam, “Mənim bir tək savabım var. O da məni xilas etməyə çatmaz. Onu sənə verdim” deyər. O adam sevinib vəziyyəti danışdıqda, Allahü təala savabını verən qulu da çağırıb, “İmanlılara mənim kərəmim sənin kərəmindən, mənim ehsanım sənin ehsanından daha çoxdur. Din qardaşının əlindən tutub birbaşa Cənnətə gedin!” buyurur. (Qiyamət və Axirət)

Deməli, savabı günahından ağır gələn hər mömin, günahlarının cəzasını çəkmədən, Cəhənnəmə girmədən Cənnətə gedəcək. Elə olmasaydı, tərəzi qurulub savablarla günahların ölçülməsinin bir mənası olmazdı.

Rəsulullah əfəndimiz, belə dua edərdi:

“Allahım məni bağışla, şeytanımı zəlil et! Tərəzimin savab kəfəsini ağırlaşdır!” [Əbu Davud]

İmam Rabbani həzrətləri də, “Yaxşılıqların və günahların mizanda ölçülməsi haqdır, doğrudur. Orada savabı ağır gələn, Cəhənnəmdən qurtulacaq, az gələn, ziyana düşəcək” buyurdu. (2/67)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину