Facebook Twitter WhatsApp

Qiyamətdə hər kəs çılpaq olacaqmı?

Sual: “Qiyamət və Axirət kitabında deyilir ki: Peyğəmbər əfəndimiz, Xalq, qiyamət günü çılpaq həşr olunar buyurduqda, Aişə Siddiqə validəmiz, “O zaman hər kəs bir-birinə baxmayacaqmı?” deyə soruşdu. Peyğəmbər əfəndimiz, bu məaldəki ayəni oxudu: O gün hər kəsin özünə görə dərdi vardır.” [Abəsə 37] Yəni qiyamətin şiddəti ilə insanların bir-birlərinə baxacaq halları qalmayacaq.
Yuxarıda bildirilən hədisi-şərifə görə, övliya və ənbiya da çılpaq halda həşr ediləcək?
CAVAB
Eyni kitabın daha öncəki səhifələrində bu ifadələr keçir:

Peyğəmbər əfəndimiz, “Hər kəs paltarsız, hamısı çılpaq və sünnətsiz halda həşr olunar” buyurur. Lakin qürbətdə paltarsız vəziyyətdə vəfat edənlərə, Cənnətdən paltar gətirilib geyindirilər. Şəhidlər və sünnəti-səniyyəyə, yəni dinin əmr və qadağalarına tabe olaraq ölənlər paltarsız qalmazlar. Çünki hədisi-şərifdə, “Ölülərinizin kəfənlərini bol edin, çünki mənim ümmətim kəfənləri ilə həşr olunar. Digər ümmətlər isə çılpaqdır” buyuruldu.
Yuxarıdakı ifadələrdən şəhidlərin, dinimizin əmr və qadağalarına riayət edənlərin çılpaq olmayacaqları, geyimli olacaqları anlaşılır. Dinin əmrinə tabe olanlar çılpaq olmayacaqlarına görə, övliya və ənbiya əlbəttə geyimli halda həşr ediləcəklər. Şair deyir ki:

Məhşərdə insanların çoxu çılpaq olacaq,
Dinə uyğun yaşayan örtülü olar ancaq.


Peyğəmbər əfəndimiz də buyurdu ki:
“Qiyamətdə yalın ayaq, başı açıq və sünnətsiz həşr olunarlar. İlk paltar geyilmiş olan İbrahim əleyhissalamdır. Allahü təala, “Dostum İbrahim geyinsin ki, insanlar onun fəzilətini bilsinlər” buyuracaqdır. Ondan sonra digər insanlar, əməlləri nisbətində geyindiriləcək.” [Əbu Nuaym]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину