Facebook Twitter WhatsApp

Hər şey yox olacaqmı?

Sual: Qiyamətdə bütün məxluqlar yox olacaqmı?

CAVAB

İmam Rabbani həzrətləri buyurur ki: Alimlərdən bir neçəsi dedi ki, “Yeddi şey, yəni Ərş, Kürsi, Lövh, Qələm, Cənnət, Cəhənnəm və Ruh adlanan məxluqlar yox olmayacaq, sonsuz var olacaqlar”. Bu sözləri, “Bunlar yox ola bilməz demək” deyil. Allahü təala var etdiyi şeylərdən istədiyini təkrar yox edəcək, istədiyini də yalnız Özünün biləcəyi fayda və səbəblərdən ötrü heç yox etməyəcək, bunlar sonsuz var olacaqlar. (3/57)

Hər şey yox olacaq

Sual: Qiyamət günü Allahdan başqa hər şeyin yox olacağına inanmayanlar var. Qiyamət günü Allahdan başqa hər şeyin yox olacağına inanmaq da imanın gərəyi deyildirmi?

Cavab: Bu mövzu haqqında İmam Rabbani həzrətləri “Məktubat” kitabının 3-cü cildinin 57-ci məktubunda buyurur ki:

“Allahü təaladan başqa hər şey yox idi və hamısı yenə yox olacaq. Qiyamət qopacağı zaman ulduzlar yerlərindən çıxıb dağılacaq, göylər parçalanacaq, yer üzü və dağlar da parça-parça olacaq, hamısı yox olacaqlar. Belə olacaqlarını Qurani-kərim açıq-aşkar bildirir. Müsəlmanların bütün firqələri bunu söz birliyi ilə xəbər vermişdir. “Əl-haqqa” surəsində, bir ayəti-kərimədə məalən, “Sura bir dəfə üfürüldükdə, yer üzü və dağlar yerlərindən qaldırılıb silkələnəcəklər. O gün qiyamət qopacaq, göy yarılacaq və dağılacaq”, “Təkvir” surəsində, bir ayəti-kərimədə məalən; “Günəşin qaraldığı, ulduzların yerlərindən çıxıb töküldükləri və dağların dağılıb saçıldıqları zamana...  və “İnfitar” surəsində, bir ayəti- kərimədə məalən, “Göyün yarıldığı və ulduzların dağılıb yox olduqları zaman... və “Qasas” surəsinin son ayəsində məalən, “Hər şey yox olacaq. Yalnız O qalacaq!” buyurulmuşdur.

Qurani-kərimdə bunlar kimi daha neçə-neçə ayə vardır. Bunların yox olacaqlarına inanmamaq cahillikdir. Yaxud, Qurani-kərimə inanmayan fəlsəfəçilərin bəzəkli yalanlarına aldanmaqdır. Görünür ki, məxluqların yox olacaqlarına inanmaq, yoxdan var edildiklərinə inanmaq kimi imanın şərtidir. İnanmaq əlbəttə lazımdır.”

Qiyamətin qopması, məhşər haqdır.

Sual: Peyğəmbər Əfəndimizin qiyamətdən, məhşərdən, qəbir əzabından verdiyi xəbərlərin hamısı doğrudurmu?

Cavab: Muhamməd əleyhissalamın Qiyamətdən xəbər verdiyi şeylərin hamısı doğrudur. Qəbir əzabı, qəbrin ölünü sıxması, qəbirdə Münkər və Nəkir adlı iki mələyin sual soruşması, Qiyamətdə hər şeyin yox olacağı, göylərin yarılacağı, ulduzların yollarından çıxıb dağılacaqları, yer üzünün, dağların parçalanması və hər kəsin məzardan çıxması, məhşər yerinə toplanması, yəni ruhların cəsədlərə gəlməsi, qiyamət gününün zəlzələsi, o günün dəhşəti, qorxusu və Qiyamətdə sual, hesabat və dünyadakı əməllərə orada, əllərin, ayaqların və hər əzanın, orqanın şəhadət etməsi və yaxşılıq, pislik dəftərlərinin uçaraq sağ və ya sol tərəfdən verilməsi, yaxşılıqların və günahların, oraya məxsus bir tərəzidə ölçülməsi haqdır, doğrudur. Orada savabı ağır gələn, Cəhənnəmdən qurtulacaq, az gələn, ziyan, zərər edəcək. Oradakı tərəzi bilinməyən bir tərəzidir, ağır və yüngül gəlməsi dünya tərəzisinin əksinədir. Yuxarı çıxan kəfəsi ağırdır, aşağı enən yüngüldür. Orada yerin cazibə qüvvəsi yoxdur.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину