Sual: “Bir dində bir məsələ, məzhəbin birinə görə fərz, digərinə görə haram ola bilərmi? Mehdi gəldikdə bu ixtilaflara son verəcək. Mehdinin bir an öncə gəlməsinin əhəmiyyəti buradan da aydın olur” deyirlər. Əsrlərdir heç bir İslam alimi, dörd haqq məzhəbdəki fərqli hökmlərə etiraz etməmişdir. Mehdi niyə haqq məzhəbləri götürəcək?
CAVAB
Həzrəti Mehdi gəldiyi zaman, dörd haqq məzhəbi götürməyəcək. “Götürəcək, ləğv edəcək” demək, dörd haqq məzhəbin batil olduğunu iddia etmək sayılır. Bu da əsrlərdir gələn İslam alimlərini yalanlamaq olar. Hansı Əhli-sünnət alimi, dörd məzhəbin haqq olmadığını söyləmişdir?
Haqq məzhəblərdəki hökmlərin fərqli olması, Peyğəmbər əfəndimizin əmr etdiyi bir rəhmətdir. Allahü təalanın göndərdiyi dinlərin hamısı da, əməl cəhətdən fərqli idi. Adəm əleyhissalamın diniylə Nuh əleyhissalamın, Musa əleyhissalamın dinləri fərqli idi. Fərqli olmaları haqq din olmalarına mane deyil. Məsələn, şərab mübah ikən son göndərilən dində haram qılındı. Niyə dində və ya məzhəblərdə fərqli hökm var demək, Allahı təqsirləndirmək sayılır. Allahü təala elə istəmiş, elə hökmlər göndərmişdir. Fərqli ictihad da, yəni fərqli hökmlər də dinimizin əmridir.
Həzrəti Mehdi gəldiyi zaman, hər kəs dindən uzaqlaşmış, dörd haqq məzhəbin hökmləri unudulmuş, batil məzhəblər və bidətlər yayılmış olacaq. Həzrəti Mehdi haqq məzhəbləri və dinin hökmlərini deyil, bu bidətləri və batil məzhəbləri götürəcək və dinin hökmləri unudulduğu üçün ictihad edəcək və ictihadları Hənəfi məzhəbinə uyğun gələcəkdir. Həzrəti İsa da eyni şəkildə ictihad edəcəkdir.
Muhamməd Parisa həzrətləri, “Həzrəti İsanın yer üzünə endiyi zaman edəcəyi ictihadlar, Hənəfi məzhəbindəki hökmlərə uyğun olacaq” buyurur. (Füsuli-sittə)
Haqq dinlərdəki fərqli hökmlər əməldə olduğu kimi, dörd haqq məzhəb arasındakı fərqlər də, etiqadda deyil əməldədir. Bu isə Əshabı-kiramın fərqli ictihadı kimi rəhmətdir. İki hədisi-şərif məali:
“Ümmətimin [alimlərinin] ixtilafı [fərqli ictihadları] rəhmətdir.” [Deyləmi]
“Alim, ictihadında xətaya düşərsə bir, doğru çıxarsa iki savab alar.” [Buxari]
Səhabənin və ya digər müctəhidlərin ictihadlarında doğrunu tapmaq məcburiyyəti yoxdur. Doğrunu tapmasa da, düz çıxmasa da yenə savab qazanar. Bunlara tabe olan da savab qazanar. Fərqli ictihada dil uzatmaq, dini məhv etməkdən başqa şey deyildir.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0