Facebook Twitter WhatsApp

Həzrəti Mehdinin məzhəbi

Sual: Mövdudi, “Mehdi ortaya çıxdıqda, məzhəb deyə bir şey olmayacaq. Mehdi, həyatın əsas problemlərində dərin nüfuza sahib, modern bir reformcu olacaq. Məzhəbləri ləğv edəcək. Fiqh və təsəvvüf alimləri, onun gətirəcəyi yeniliklərə qarşı fəryad edəcəklər. O zaman bu dörd məzhəbdən qurtulacağıq” kimi şeylər söyləyirmiş. Onun heyranları da eynisini söyləyirlər. Dörd məzhəb haqq deyilmi? Haqq olan dörd məzhəbi Mehdi niyə ləğv edəcək?
CAVAB
Mövdudi məzhəbsizdir, onun sözü dində sənəd deyildir.

Haqq gedərsə yerinə batil gələr. Haqq olan məzhəb ləğv olunmaz. Məzhəbləri heç kim ləğv etməyəcək. Məzhəblər dinin və Peyğəmbər əfəndimizin əmri ilə ortaya çıxmışdır. Məzhəb imamı demək, Peyğəmbər əfəndimizin Qurani-kərimdən çıxardığı bilgiləri, Əshabı-kiramdan eşidərək toplayan, kitaba keçirən böyük alim deməkdir. Bu isə, Rəsulullaha və Quranı-kərimə tabe olmaq deməkdir. Əshabı-kiram Rəsulullahdan eşitdiklərinə tabe olardı. Öz tələbələrindən birinə tabe olmağa, yəni dörd məzhəbdən birində olmalarına ehtiyac yox idi. Onların hər biri bütün bilikləri həqiqi qaynağından alırdı. Bir-birlərindən soruşaraq da öyrənirdilər. Hamısı, məzhəb imamlarından daha çox alim və daha yüksək müctəhid, yəni məzhəb sahibi idilər. Bir müctəhidin məzhəbi öz məzhəbidir. Bir müctəhid olan Həzrəti Mehdinin məzhəbi də, öz məzhəbidir.
Həzrəti Mehdi gəldikdə, doğru İslam bilikləri unudulmuş olacaq. Həzrəti Mehdi Əhli-sünnət biliklərini təzələyəcəyi zaman, artıq İslam alimi qalmayacaq. Yəni fiqh və təsəvvüf alimləri artıq qalmamış olacaq. Nəticə etibarilə bu alimlər deyil, dövran məzhəbsizlərə qaldığı üçün, onlar Həzrəti Mehdiyə qarşı çıxacaqar, fəryad edəcəklər. Həzrəti Mehdi alimləri deyil, bu mənşəyi məlum olmayanları zərərsizləşdirəcək.
Həzrəti İsa da Həzrəti Mehdi kimi ictihad edəcək. İmamı Rabbani həzrətləri buyurur ki:
Muhamməd Parisa həzrətləri, “Fusuli-sittə” kitabında, “İsa əleyhissalam səmadan enib, İmam Əzəm Əbu Hənifənin məzhəbinə uyğun ictihad edəcək, onun halal dediyinə halal deyəcək, haram dediyinə haram deyəcək” buyurur. (3/17)
Həzrəti Mehdi İslamiyyəti yayacaq. Rəsulullahın sünnətlərini ortaya çıxaracaq. Bidət işləməyə və bidətləri Müsəlmanlıq adı altında yaymağa öyrəşmiş Mədinədəki din adamı, Mehdinin sözlərinə təəccüblənib, “Bu adam bizim dinimizi yox etmək istəyir” deyəcək. Həzrəti Mehdi bu din adamının öldürülməsini əmr edəcək. (1/255)
Göründüyü kimi Həzrəti Mehdi gəldiyində, haqq məzhəblərin hökmləri unudulmuş olacaq, bidətlər hər yeri bürüyəcək, ortada haqq bir məzhəb qalmayacaq. Həzrəti Mehdi də yayılmış bu batil məzhəbləri, bidətləri ləğv edəcək, məzhəbsizləri yox edəcəkdir. Bütün bu bildirilənlərə baxmayaraq, necə olur ki, Müsəlmanlar üçün rəhmət olan dörd haqq məzhəb və fiqh kitablarında bildirilən hökmlər, ictihadlar, cin-şeytan kimi qələmə verilib, “Mehdi gəldikdə bunlardan qurtulacağıq” deyə məzhəb düşmənliyi edilir?


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину