Sual: Bəzi insanlar açıq bildirilən ayə və hədisləri heç bir kitabda olmayan şəkildə təvil edirlər. Bunlar dinə zidd deyilmi? Təvil etmək nə deməkdir? Kimlərin təviletmə səlahiyyəti vardır?
CAVAB
“Təvil”, bir kəlmənin müxtəlif mənalarından İslamiyyətə uyğun olanını seçməkdir. Bunu hər kəs edə bilməz. “Üləmayi-rasihin” adlanan dərin Əhli-sünnət alimləri edə bilər. Təvillərin doğruluğu da təfsirlə ölçülərək anlaşılır. Təvil, təfsirə uyğun gəlməsə, qəbul edilmir.
Təvil elmi yüksək bir elmdir. Hər kəsin təvilə təşəbbüs etməsi, bidət və xürafələrin çıxmasına səbəb olur. Hər kəs təvil edə bilsəydi, Peyğəmbər əfəndimiz İbni Abbas həzrətləri üçün belə dua etməzdi:
“Ya Rəbb, İbni Abbası fəqih qıl və ona Quranın təvil elmini öyrət!” [Buxari]
Günümüzdəki səlahiyyətsiz kəslərin şəxsi fikirlərinə görə ayələri və hədisləri təvil etmələri dinə ziddir. Ayə və hədisləri inkar etmiş sayılırlar.
Sələfi-salehinin təvil etmədikləri nasları təvil etməyə cəhd etmək çox təhlükəlidir. Təvil elmindən xəbərsiz cahillərin təvil adı altında icmaya zidd fikir bildirmələrinin küfür olduğu din kitablarında yazılıdır. Bir hədisi-şərif məali belədir:
“Ümmətimə ən çox təhlükəli olacaq şəxs, Qurani-kərimi yersiz təvil edəndir.” [Tabərani]
Mənaları açıq və qəti olan ayəti-kərimələrə, hədisi-şəriflərə təvil yoluyla yanlış məna verərək dindən çıxana, yəni imanı pozulmuş olana “Mülhid” deyilir. (Rəddül-muxtar)
“Miləl-Nihal” kitabında deyilir ki:
Batiniyə firqəsindəkilər Qurani-kərimin açıq mənalarına inanmayıb, özlərinə görə başqa mənalar çıxarırlar. “Quranın zahir və batin mənaları vardır. Batin, yəni iç, öz mənası lazımdır. Qozun qabığı deyil, içi, özü işə yarayır” deyirlər. Bu isə küfür və ilhaddır, doğru yoldan çıxmaqdır. Bunlar İslam alimlərinin sözlərini inkar edirlər.
Səlahiyyətsiz şəxslərin etdiyi yersiz təvillərdən bəziləri bunlardır:
1- Mələk, cin və şeytan kimi görünməyən varlıqları təvil yoluyla inkara çalışıblar. Mələklər haqqında, “Külək və təbiət qüvvələridir” deyirlər.
2- “Cəbrayıl bir mələk deyil, proqramın adıdır” deyirlər.
3- “Cənnət və Cəhənnəm bu dünyadadır” deyirlər.
4- “Cəhənnəm əbədi deyildir” deyirlər.
5- “Quranda keçən salət, namaz deyil duadır, saləti məsciddə etməkdə məqsəd isə, qəlb məscidində Allaha duadır” deyən məalcı məzhəbsizlər namazı və məscidi inkar edirlər.
6- Merac möcüzəsinə, “Yuxu və ya ruhi bir haldır” deyirlər. Halbuki Rəsulullahın Məkkədən Qüdsə aparıldığına inanmayan kafir olur. Göylərə və bilinməyən yerlərə aparıldığına inanmayan isə sapqın olur. (Bəhr)
7- “Dabbətül-arz, heyvan deyil, QİÇS və ya telefondur” deyirlər.
8- Abduh, şeytan, cin kimi şeyləri qəbul etmir. Möcüzələr, onun fikrincə İslamiyyətin alnına sürülmüş qara ləkədirlər. Məsələn, Həzrəti Musanın dənizi yarma möcüzəsinə məd-cəzir hadisəsi deyir. (“Din təxribçiləri” s. 82)
9- Yenə Abduh, “Fil” surəsində bildirilən quşları ağcaqanad, atdıqları daşları da mikrob olaraq təvil edərək, möcüzəlikdən çıxarmağa çalışmışdır.
10- “Şaqqul-qəmər [Ayın iki yerə bölünməsi] feili deyildir. Peyğəmbər belə bir görüntü meydana gətirdi, yəni o anda zəlzələ olduqda elə zənn edilmişdir” deyirlər.
Məzhəbsizlər ümumiyyətlə möcüzələri təvil edirlər. Qiyamət əlamətlərini də buna görə təvil edirlər. Halbuki möcüzə təvil edilərsə, möcüzəlikdən çıxır, bəsit bir hadisə kimi olur. İmam Rabbani həzrətləri buyurur ki: “Möcüzə”, bir dövrdə baş verən və o dövrdəki insan gücüylə baş verməsi mümkün olmayacağını hər kəs tərəfindən qəbul edilən və bunu daha yüksək səviyyədə bacaran tapılarsa, bunun ancaq Allahü təala tərəfindən olduğuna inanılan şeydir. Belə olmayan şeyə möcüzə deyilmir. (İsbat-ün-Nübüvvə)
Əhli-sünnət alimlərinin təvil etmələrini vacib edən ayəti-kərimə və hədisi-şəriflər adətən Allahü təalanın zatı haqqında olanlardır. Açıq olanları təvil etmək inkar etməyin başqa şəklidir. Belə təvillərlə dini məhv etməyə çalışırlar.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0