Facebook Twitter WhatsApp

Axır zaman

                 

Sual: “Hicri min ildən sonra axır zamandır” deyirlər. Axır zaman Peyğəmbər əfəndimizin gəlməsi ilə başlamadımı?
CAVAB
Bəli. Muhamməd əleyhissalamdan sonra, başqa peyğəmbər gəlməyəcək, qiyamətə qədər Onun bildirdiyi İslam dini keçərli olacaqdır. “Min ilindən sonra axır zamandır” demək, axır zaman əlamətlərinin çoxalmağa başladığı zaman deməkdir. Bu əlamətlər getdikcə çoxalacaq, ən son böyük əlamətlər çıxacaq, ondan sonra da artıq qiyamət qopacaqdır.

Axır zaman fitnəsi
Sual: 
Axır zaman fitnəsi nədir?

CAVAB
Bidətlər, küfür, irtidat, anarxiya, bölücülük, müxtəlif qarışıqlıqlar, axır zaman fitnəsidir. Bir hədisi-şərif məali belədir:
“Qiyamət yaxınlaşdıqca fitnələr çoxalacaq. Gecə başlayarkən qaranlığın artması kimi olacaq. Səhər evindən mömin çıxan çox insan, axşam kafir olaraq qayıdacaq. Axşam mömin olanların, gecə imanları gedəcək. O dövrdə, evə qapanmaq fitnəyə qarışmaqdan yaxşıdır. Kənarda qalan, irəli çıxandan yaxşıdır. O gün oxlarınızı qırın, silahlarınızı yerə qoyun! Hər kəsi şirin dillə, gülər üzlə qarşılayın!” [Əbu Davud]

Pozulmuş əsrlər
Sual: 
Hədisi-şərifdə, “Hər əsr öncəki əsrdən daha çox pozulacaq. Beləcə qiyamətə qədər belə pozulacaq” buyurulduğu halda, dünyada İslami bir dirçəlişin görülməsi necə izah edilir?

CAVAB
Hədisi-şərif ümumi mənadadır. Yəni getdikcə insanların pozulacağını göstərir. İstisna olaraq bəzi bölgələrdə hər dövrdə İslamiyyətə sarılanların olması buna mane deyil.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину