Sual: Mehdi gəldikdə, Dəccalın da gəlməsi lazım olacaq. Bunun üçün Mehdi gəldi deyənlər, Dəccalı da bir şəklə, formaya salıblar. “Dəccal, hədisdə bildirildiyi kimi insan deyil, ateizmdir. Ateizmin elmi bir sübutu qalmadığı üçün, yəni öldüyünə görə, Dəccal da ölmüşdür” deyirlər. Dəccalı Həzrəti İsa öldürməyəcəkdi? Dəccalın bir çox vəsfləri var. Dəccal bir insan olacağına görə, ateizmə necə dəccal deyirlər?
CAVAB
Dəccalın gəldiyi də, öldüyü də doğru deyil. Mehdi gəldi dedikdə, Həzrəti İsa ilə Dəccalı da gətirmək lazım olduğu üçün, ağlasığmaz yozmalar edirlər. Kimi, Həzrəti İsanın özü gəlməyəcək, mənəvi bir şəxsiyyət, bir cərəyan formasında gələcək deyir. Kimi də, gələcək, amma hər kəs tanımayacaq deyir. Dəccal üçün isə, Mao, Lenin kimi diktatorları göstərən olduğu kimi, o bir sistemdir deyənlər çıxır. Dəccal Amerikadır deyənlər də oldu. Halbuki Dəccalın da, Həzrəti İsa və Həzrəti Mehdinin də hər birinin insan formasında gələcəyini və o dövrdəki Müsəlmanların bunları tanıyacağını Peyğəmbər əfəndimiz açıqlamağa ehtiyac qoymadan, açıq-aşkar bildirmişdir. Bu mövzuda bir neçə hədisi-şərif məalı:
“Dəccal, şərq tərəfdən çıxacaq.” [Müslim, Əbu Davud, Tirmizi, İ.Macə, İ.Əhməd, İ. Əbi Şeybə, Hakim]
“Dəccal, Məkkə və Mədinəyə girə bilməz.” [Buxari, Müslim, Tirmizi, İ.Əhməd]
“Dəccalın bir gözü kordur.” [Buxari, Müslim, Əbu Davud, Əbu Nuaym]
“Dəccalın boyu qısa, saçları qıvrımdır.” [Əbu Davud] (Bunu da, ateistlərin saçları qıvrımdır deyib yozacaqlar? Dəccal ateizmdir deyib yozulsa, yəni Dəccal insan deyil ateizm olduğuna görə, ateizmin saçları qıvrım olacaq?)
“Dəccalın övladı olmayacaq .” [İ.Əhməd]
“Dəccal çıxdıqda, tanrıyam deyəcək. Onun tanrılığına inanan kafir olacaq.” [İ.E.Şeybə]
“Dəccal, bir nəfəri öldürüb dirildəcək.” [Buxari, Müslim]
“Meracda Dəccalı da gördüm.” [Buxari, Müslim, İ.Əhməd]
“İsa səmadan endikdə, Dəccalı öldürəcək.” [Müslim, Əbu Davud]
“İsa, Dəccalı öldürdükdən sonra iki nəfər arasında belə düşmənlik qalmayacaq.” [Müslim] (Dəccal öldüsə, niyə hələ də düşmənliklər, müharibələr var?)
“Dəccalın dövründə yaşayan möminlərin qidası, mələklərin qidası kimi, təsbeh olacaq. Allahü təala o zaman təsbeh edənlərin aclığını aparacaq.” [Hakim] (Dəccal çıxdığına görə, Müsəlmanların acıması necə yozulmalıdır?)
Peyğəmbər əfəndimiz, “Dəccalın son günləri o qədər qısa olacaq ki, sizdən biriniz Mədinə qapısından çıxıb, təpəsinə çatana qədər, axşam olacaq” buyurduqda, “Ya Rəsulallah, o qısa günlərdə necə namaz qılacağıq” dedilər. Cavabında buyurdu ki:
“O uzun günlərdə təqdir etdiyiniz kimi təqdir edəcəksiniz.” [İbni Macə] (Dəccal öldü deyildiyinə görə, bu qısa günlər nə zaman gəlib keçdi?)
Bir ayəti-kərimə məali:
“Rəbbinin bəzi ayələri [əlamətləri] gəldiyi gün, əvvəlcə iman etməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə, o günkü imanı fayda verməz.” [Ənam 158]
Bu ayəti-kəriməni açıqlayan Peyğəmbər əfəndimiz buyurur ki:
“Bu üç şey ortaya çıxdıqda, iman etməmiş və ya imanından xeyir görməmiş olana, imanı fayda verməz, Günəşin qərbdən çıxması, Dəccal və Dabbət-ül-arz.” [Müslim, Tirmizi, Beyhəki]
Deməli, Dəccal ortaya çıxdıqda artıq hər kəs iman edəcək, amma fövqaladə əlamətlər görülməyə başladığı üçün, artıq iman qəbul olunmayacaq. Dəccal çıxıb öldürüldüsə, o halda niyə insanlar hələ iman etsin deyə çalışırıq? Yoxsa bu mövzudakı ayə və hədislər inkarmı edilir?
Dəccal ilə bağlı bir neçə hədisi-şərif məali daha belədir:
“Mədinə, odun dəmirin pasını çıxardığı kimi Dəccalı çıxaracaq.” [Buxari, Müslim]
“Hər Peyğəmbər ümmətini Dəccal ilə qorxutmuşdur.” [Buxari, Müslim]
“Ümmətimdən haqq üzrə davam edənlər, Dəccalla da döyüşəcəklər.” [Əbu Davud]
“İsa, Dəccalla döyüşərkən, Mehdi onunla birikdə olacaq.” [İ. Süyuti]
“On əlamət çıxmadan Qiyamət qopmaz. Biri Dəccaldır.” [Müslim, Əbu Davud, Tirmizi, İ.Macə]
“Adəm əleyhissalamdan Qiyamətə qədər, Dəccaldan böyük fitnə yoxdur.” [Müslim]
Muhamməd ibn Həsən Əskəri həzrətləri buyurdu ki:
Dəccal çıxmadan, onu gördüyünü söyləyən adam yalançıdır. (Şəvahid-ün Nübüvvə)
İbni Abbas həzrətləri də, Həzrəti Ömərin belə buyurduğunu bildirmişdir:
“Rəcmi, Dəccalı, günəşin şərqdən doğuşunu, qəbir əzabını, şəfaəti və möminlərin günahları qədər yandıqdan sonra, Cəhənnəmdən çıxarılmasını yalanlayan kimsələr çıxacaq” [İbni Abdilbrr, Kurtubi]
Dəccal gəlməyəcək və günəş qərbdən çıxmayacaq deyən olmasa da, bunları yozan, “Dəccal ateistlikdir, günəşin qərbdən çıxması da İslamiyyətin qərbdən yayılmasıdır” deyə təvil edənlər var. Həzrəti Ömər, bu sözüylə, belə yozanları bildirmişdir.
Dəccal gəldikdə
Sual: Hədis kitablarında, Səhabə, Dəccalın dünyada nə qədər qalacağını soruşduqda Rəsulullah, “Qırx gün qalacaq, lakin ilk günü bir il kimi, ikinci günü bir ay kimi, üçüncü günü bir həftə kimi, digər günləri də sizin günləriniz kimi olacaq” buyurur. Bu, ağla, məntiqə uyğundurmu? Heç, bir gün, bir il ola bilərmi? Dünyanın döngəsi bəllidir. Əlbəttə bunu təvil etmək lazımdır. Deməli, Mehdi və Dəccal mənəvi şəxsiyyətlərdir, insan formasında gəlməyəcəklər. Bunları təvilsiz yazmaq yanlış deyildirmi?
CAVAB
Yanlış deyildir. Bunlara təvil lazım deyil. Bu məqam Əshabı-kirama söyləndikdə, “Bunun təvili nədir?” deməmişlər, “Ya Rəsulallah! O zaman bu bir il kimi olacaq gündə, bir günün namazı bizə kifayət edəcəkmi ?” deyə soruşmuşlar. Cavabında, “Xeyr, günün miqdarını təqdir edəcəksiniz” buyurmuşdur. Deməli, bir gün bir il kimi uzun olacaq. Bəzi alimlərimiz, qütblər kimi, altı ay gecə, altı ay gündüz olan yerlərdə və ya daha qısa, daha uzun olan yerlərdə, belə təqdirlə namaz qılınması və oruc tutulmasının lazım olduğunu bildirmişlər. Yəni müəyyən saatlarda oruc tutulacaq, müəyyən saat aralığıyla namazlar qılınacaq. Bir gün bir il kimi uzun olmasaydı, “Namazı belə qılın” buyurmazdı.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0