Facebook Twitter WhatsApp

Həzrəti Mehdi gələcəkdir

Sual: Mehdi xürafədir deyənlər var. Nə cavab verə bilərik?
CAVAB
İbni Hacəri-Məkki, “Əlaməti-Mehdi”, imam Süyuti, “Əl-bürhan” və imam Şarani “Müxtəsəri-Təzkirəyi-Qurtubi” kitabında Həzrəti Mehdinin iki yüzə yaxın əlaməti bildirilmişdir. Həzrəti Mehdi haqqında xürafə demək, elmə xəyanətdir, qiyamət əlamətidir. Bu mövzudakı hədisi-şəriflərdən bir neçəsi bunlardır:

“Əshabı Kəhf Mehdinin köməkçiləri olacaq və İsa onun dövründə səmadan enəcək və Dəccal ilə müharibə edərkən, Mehdi onunla birlikdə olacaq.” [İ.Süyuti]

“Yer üzünə dörd nəfər malik oldu. İkisi mömin Zülqarneyn ilə Süleyman idi. İkisi kafir, Nəmrud ilə Buxtunnasar idi. Beşinci olaraq, mənim övladımdan biri yer üzünə malik olacaq.”
 [İ.Süyuti]


“Xorasan tərəfindən gələn qara sancaqlılara qoşulun. Onların içərisində Allahın xəlifəsi Mehdi vardır.”
 [Hakim, İ.Əhməd, Deyləmi]


“Bir ümmət necə həlak olar ki, başında mən, sonunda Məryəm oğlu İsa və ortasında da əhli-beytimdən Mehdi vardır.” [Hakim, İ.Asakir]

“Şərqdən çıxan bir qrup Mehdiyə yardım edəcəklər.”
 [İbni Macə, Tabərani]


“Mehdi çıxdıqda Allahü təala ona rəhmətini endirəcək.” [İ.Əhməd, Hakim]

“Mehdi məndəndir, yer üzünü haqq və ədalətlə dolduracaq.”
 [Əbu Davud]


“Dünyanı küfür bürümədikcə Mehdi gəlməz.” [Məkt.Rabbani 2/68]

“Mehdi gəldikdə bir bərəkət olacaq, ümmətim rahatlığa çıxacaq.”
 [İbni Əbi Şeybə]


“Mehdi əhli-beytdəndir. Allahü təala onu bir gecədə olğunlaşdıracaq.” [İbni Macə, İ.Əhməd]

“Dəccalın və ya Mehdinin gələcəyinə inanmayan kafir olur.” [Favaid-il Əhbar – Şərhis-Siyər]

“Mehdi Qüreyşdən və əhli-beytimdəndir.”
 [İ.Əhməd, Baverdi]


“Mehdi mənim soyumdandır.” [İbni Macə]

“Mehdi, övladı-Fatimədəndir.” [Əbu Davud, Hakim]

“Mehdi əmim Abbasın soyundandır.”
 [İ.Asakir, Darə Kutni]


“Ya Abbas, sənin soyundan bir gənc dünyanı ədalətlə dolduracaq, İsa ilə namaz qılacaq.” [Hatib, İbni Asakir, Darə Kutni]

Burada ziddiyyət yoxdur. Abdülqadir Geylani həzrətləri ana tərəfindən seyid, ata tərəfindən şərif idi. Həzrəti Fatimənin soyundan bir gənclə, Həzrəti Abbasın soyundan biri evləndikdə, Həzrəti Mehdi də hər iki soydan da gəlmiş olacaq.

Həzrəti Əli oğlu Həsəni göstərib, "Bu oğlumun nəslindən bir nəfər çıxacaq, dünyanı ədalətlə dolduracaq" buyurdu. (Əbu Davud)

Kütübi-sittədən Buxari, Müslim, Əbu Davud, İbni Macə, Tirmizi və digər hədis alimlərinin bildirdikləri bu hədisi-şərifləri və Əhli-sünnət alimlərinin izahlarını ağıl və iman sahibi olan heç kim inkar edə bilməz. Təvil etmək, yəni yozmaq da dinimizə ziddir. Hər kəs dinin hökmlərini təvil etməyə başlasa ortada din adlı bir şey qalmaz.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину