Facebook Twitter WhatsApp

Həzrəti İsa nə üçün gələcək?

Sual: İsa, qiyamətə yaxın təkrar gələcək demək, “Peyğəmbərimiz vəzifəsini yerinə yetirə bilmədi, İsa tamamlayacaq” anlamına gəlmirmi?
CAVAB
Bu çox çirkin bir iddiadır. Hər peyğəmbər vəzifəsini yerinə yetirmişdir. Musa əleyhissalam dinini yayarkən, qardaşı Harun əleyhissalamdan kömək etməyi istəmişdi. Allahü təala da ona köməkçi olaraq qardaşı Harun əleyhissalamı peyğəmbər olaraq göndərmişdi.


Əshabı-kiram dinimizin yayılmasına xidmət etdiyi kimi, qiyamətə qədər gələcək bütün alimlər də, dinimizə xidmət etməyə davam edəcəklər. Bu xidmət dinimizin əmridir. Haşa bu Peyğəmbər əfəndimizin, vəzifəsini yerinə yetirə bilmədiyini göstərmir. Hər Müsəlmanın əlindən gəldiyi qədər bunun üçün çalışması birinci vəzifəsidir. Bu xidmətə Həzrəti Mehdi və Əshabı-Kəhf də qoşulacaq. İsa əleyhissalam da Allahü təaladan Peyğəmbər əfəndimizə ümmət olmağı istəmiş və istəyi qəbul edilmişdir. Qiyamətə yaxın peyğəmbərlik vəzifəsi ilə deyil, bu ümmətin bir fərdi olaraq gələcək və İslamiyyətin yayılması üçün çalışacaq, xristianlıq daxil, digər bütün batil dinləri ləğv edəcək. Bir ayəti-kərimə məali:
“Əlbəttə o [İsa əleyhissalamın Qiyamətə yaxın göydən enməsi], Qiyamətin yaxınlaşdığını göstərən bilgidir. Əsla bunda şübhə etməyin! Mənə tabe olun, tək doğru yol budur.” [“Zuhruf” 61, Beydavi]

Rəsulullah əfəndimiz bu ayəti-kəriməni izah edərək buyurur ki:


“Allaha and içirəm ki, Məryəmin oğlu İsa adil bir hakim olaraq səmadan enəcək, xaçı qıracaq [xristianlığı ləğv edəcək], donuzu öldürəcək [donuz ətini qadağan edəcək], İslamdan başqa hər şeyi qadağan edəcək.” [Buxari, Müslim, Əbu Davud, Tirmizi, İ. Əbi Şeybə]

“İsa yerə endikdə evlənəcək, bir oğlu olacaq, təxminən qırx il yaşayıb öləcək və mənim yanıma dəfn ediləcək.” [Tirmizi, Məvahib]

İsa əleyhissalam, “Dəccalın çıxması Qiyamət əlamətidir. Mən göydən enib onu öldürəcəyəm” dedi. (Müslim, İ. Macə, Əbu Davud, İ. Əhməd, Tabərani, İ. Süyuti, İ. Münavi, İ. Nəvəvi, Kənzil ummal, Məcmul zəvaid)

Bu hədisi-şəriflərin heç birini, heç bir Müsəlman inkar edə bilməz.

İslam alimləri Nəbi kimidirlər

Sual: Peyğəmbər əfəndimizdən sonra bir peyğəmbər gəlməyəcəyinə görə, Həzrəti İsanın peyğəmbər gəlməsi Qurana zidd deyilmi? Keçmiş zamanlarda hər min ildən bir yeni bir din ilə bir rəsul göndərilirmiş. İndi aradan min il keçsə də, Peyğəmbərimizdən sonra peyğəmbər göndərilməməsinin hikməti nə ola bilər?
CAVAB
Həzrəti İsa yeni bir peyğəmbər kimi gəlməyəcək, İslamiyyəti qüvvətləndirmək üçün gələcək. Həzrəti Mehdi də eyni vəzifəylə gələcək. Keçmiş dövrlərdə nəbilər gəlirdi, Rəsulların gətirdiyi din qüvvətlənirdi. Muhamməd əleyhissalamdan sonra gələn alimlər bu işi edirlər. Ona görə Peyğəmbər əfəndimiz, “Ümmətimin alimləri Bəni İsrayıl peyğəmbərləri kimidir” buyurdu. (İmam Yafii, İmam Rabbani, Abdülqəni Nablusi, Nəşr-ül-məhasin)


İmam Rabbani həzrətləri buyurur ki:
İsa əleyhissalam səmadan enərək axır zaman Peyğəmbərinin dininə tabe olduqda, Onun həqiqəti öz dərəcəsindən yüksələrək Ona tabe olduğu üçün Muhammədi həqiqətinin dərəcəsinə çatır. Onun dinini qüvvətləndirir. Bunun üçün keçmiş dinlərdə ülül-azm Peyğəmbərdən sonra min il ərzində yeni bir peyğəmbər göndərilirdi. Bunlarla o peyğəmbərin dini qüvvətləndirilirdi. Onun dininin zamanı bitdikdə, başqa bir ülül-azm Rəsul ilə yeni bir din göndərilirdi. Muhamməd əleyhissalam Peyğəmbərlərin sonuncusu olduğu üçün və Onun dini heç dəyişdirilməyəcəyi üçün Onun ümmətinin alimləri nəbilər kimi oldu. İslamiyyəti gücləndirmək vəzifəsi onlara verildi. Rəsulullahın vəfatından min il keçdikdən sonra, gələcək alimlərin sayı az olsa da, İslamiyyəti tam qüvvətləndirmələri üçün, çox yüksək dərəcədə olacaqlar. Onlardan başqa, ülül-azm bir Peyğəmbərə də [Həzrəti İsaya da], Onun dinini qüvvətləndirmə vəzifəsi verildi. (1/209)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину