Facebook Twitter WhatsApp

Öldürülən adam ona bənzədildi

Əvvəlcə asan tapılması baxımından “Tibyan” təfsirinə nəzər yetirək:
“Nisə” surəsinin 157 və 158-ci ayəsi təfsir edilərkən, Həzrəti İsanın öldürülmədiyi, asılmadığı, öldürülənin ona bənzədildiyi və Həzrəti İsanın rəf edildiyi, yəni səmaya qaldırıldığı bildirilmişdir. (“Tibyan” c.1,s.365)

“Ali İmran” surəsinin 55-ci ayəsinin təfsirində isə belə buyurulur:
Həzrəti İsa diri olaraq səmaya qaldırıldı. “Buxari” və “Müslim”in rəvayət etdiyi hədisdə Həzrəti İsa qiyamətə yaxın yerə enəcək, İslamiyyətlə hökm edəcək, Dəccalı, donuzu öldürəcək və xaçı qıracaqdır. Yer üzündə 7 il, başqa bir rəvayətdə 40 il qalacaq və vəfat edərək cənazə namazı qılınacaqdır. 40 il dünyada ümumi olaraq qaldığı ömrü ola bilər. Səmaya qaldırılmadan əvvəl 33, göydən endikdən sonra da 7 il qalacaq, cəmi 40 il edir. (“Tibyan” c.1, s.233)

“Zuhruf” surəsi 61-ci ayəsinin təfsirində isə belə buyurulur:
İsa əleyhissalamın enməsi qiyamət əlamətidir. (“Tibyan” c.4, s.137)

Türkcə məallərin ən qiymətlisi hesab olunan Həsən Bəsri Çantayın məalində, “Nisə” surəsinin 157 və 158-ci ayəsində deyir ki:
Həzrəti İsa öldürülmədi, asılmadı, öldürülən adam ona bənzədildi və Həzrəti İsa səmaya qaldırıldı. Bu “Cəlaleyn” təfsirindən götürülmüşdür. (“Qurani-hakim və məali-kərim” c.1, s150)

“Ali İmran” surəsinin 55-ci ayəsinin təfsirində isə deyir ki:
“O zaman Allah belə demişdi: Səni öldürəcək olan onlar deyil, Mənəm. Səni yanıma yüksəldib qaldıracağam, yəni himayəmə götürəcəyəm.” Qeyd hissəsində isə, “Həzrəti İsa “Nisə” surəsinin 157 və 158-ci ayəsinə görə düşmənləri tərəfindən öldürülməmiş, Allah onu ruhu və cəsədi ilə birlikdə yüksəldib qaldırmışdır.” “Buxari” və “Müslim”dəki, Qiyamətə yaxın enəcəyini bildirən hədisi-şərif nəql edilmişdir. “Bunun haqqında səhih başqa xəbərlər də var” qeyd edilir. (“Qurani-hakim və məali-kərim” c.1, s.92)

“Zuhruf” surəsi 61-ci ayəsinin təfsirində isə, Həzrəti İsanın enməsinin qiyamət əlamətlərindən olduğu bildirilmişdir. Qeyd hissəsində bu məlumatları Beydavi, Cəlaleyn və Mədarikdən götürüldüyü bildirilir. İbni Abbas həzrətlərinin, “Həzrəti İsanın nüzulü (yerə enməsi) qiyamət əlamətlərindəndir” ifadəsinə də yer verilmişdir. “Buxari” və “Müslim”dəki Həzrəti İsanın enəcəyini bildirən hədisi-şərif də əlavə edilmişdir. (“Qurani-hakim və məali-kərim”  c.3, s.900)

İmam Qurtubi, “Əl-camiu li-ahkamil Quran” adlı əsərində deyir ki: “Zuhruf” sürəsi 61-ci ayəsində “O mütləq bir qiyamət bilgisidir, əlamətidir, ondan şübhə etməyin” buyurulur. İbni Abbas, Mücahid, Dahhaq, Əlsədiy və Qatadə yenə buyurdu ki: Dəccalın da qiyamət əlamətlərindən olduğu kimi ayəti-kərimə Həzrəti İsanın çıxışının da qiyamət əlamətlərindən olduğunu bildirir. Çünki Allahü təala onu qiyamətin qopmasından əvvəl səmadan endirəcək. İbni Abbas, Əbu Hüreyrə, Katadə, Malik ibn Dinar və Dahhaq əlamət olaraq bildirdilər. İbni Məsud dedi ki: Rəsulullah meraca çıxarkən Həzrəti İsanı gördü. Həzrəti İsa “Qiyamət əlaməti Dəccalın çıxmasıdır, mən enib onu öldürəcəyəm” dedi. Dəccal çıxdığı an Allahü təala İsanı göndərəcək, onu qoxlayan kafirin nəfəsi kəsilib öləcək və Dəccalı öldürəcək. (Müslim, İbni Macə, Əbu Davud, İ. Əhməd, Tabərani, Suyuti, İ. Münavi, Nəvəvi, Kənzil ummal, Məcmul zəvaid)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину