Facebook Twitter WhatsApp

Həzrəti İsa səmadan enəcək

Sual: Bir yazıçı, “İsa ölmüşdür, təkrar gələ bilməz” deyir. Bu haqda məlumat verə bilərsizmi?
CAVAB
Təfsirlərə keçmədən əvvəl, “Nisə” surəsindəki iki ayənin məalinə nəzər yetirək:
“Allahın rəsulu Məryəm oğlu İsanı öldürdük dedikləri üçün yəhudiləri lənətlədik. Halbuki onlar İsanı öldürmədilər, asmadılar. Öldürülən adam onlara İsa kimi göstərildi.
 Onun haqqında ixtilafa düşənlərin tam bir qərarsızlıq içində, bu mövzuda zəndən başqa heç bir bilgiləri yoxdur və dəqiqdir ki, onu öldürmədilər. Əksinə, Allah İsanı Öz dərgahına qaldırmışdır, yəni himayəsinə götürmüşdür.” [“Nisə” 157-158]


Allahü təala bu ayələrdə Həzrəti İsanın öldürülmədiyini dəqiq bildirir. Gələcəkdə zühur edəcək. Öz dərgahına, nəzdinə ifadəsində məqsəd, göyə qaldırılmasıdır. Yoxsa Allah məkandan münəzzəhdir, göydə deyildir. Göyləri də O yaratmışdır. Yaradılan şey yaradana məkan ola bilməz.

Ən yaxşı təfsir, əlbəttə Rəsulullah əfəndimizinkidir. Bunun haqqında  hədisi-şəriflərdən bir neçəsi belədir:
“On əlamət çıxmadan qiyamət qopmaz. Biri İsanın göydən enməsidir.” [Müslim, Ə. Davud, Tirmizi, İbni Macə, Nəsai, İ.Əhməd, Tabərani, İ.Hibban, İ.Cərir]
“İsa, adil bir hakim olaraq səmadan enəcək, xaçı qıracaq
[xristianlığı ləğv edəcək], donuzu öldürəcək [donuz ətini qadağan edəcək], İslamdan başqa hər şeyi qadağan edəcəkdir.” [Buxari, Müslim, Əbu Davud, Tirmizi, İbni Əbi Şeybə]
“İsa yerə endikdə evlənəcək, bir oğlu olacaq, təxminən qırx il yaşayıb öləcək və mənim yanıma dəfn ediləcəkdir.” 
[Tirmizi, Məvahib]
“Mənim dinim üzərinə İsa gələcək, Dəccalı öldürəcək, sonra qiyamət qopacaq.’’ 
[İ.Əhməd]
“İsa gəldikdə Dəccalı öldürəcək.” 
[Müslim, İ.Əhməd, Tabərani, Ruyani, Ziya əl makdisi]
“İsa, Dəccalı öldürdükdən sonra, artıq iki nəfər arasında düşmənlik qalmayacaq.” 
[Müslim]
“Bir ümmət ki, başında mən, sonunda İsa gələcək. Allah onları xor etməz.” 
[Hakim, Əbu Nuaym]
“Nə məsuddur İsa endikdən sonrakı həyat...” 
[Ə.Nuaym]
“Axır zamanda İsa endikdən sonrakı həyat nə gözəldir. Yağış yağdırması üçün göy üzünə, bitki bitirməsi üçün yer üzünə izn veriləcək. Toxumu düz bir daşa əksən yetişəcək. Bir adam aslanın yanından keçsə, aslan ona zərər verməyəcək. İlanı bastalayanı, ilan sancmayacaq. İnsanlar arasında mənfəət mübarizəsi, qarşılıqlı həsəd və kin olmayacaq.” 
[Əbu Said-ən-Nəqqaş]
“İsa, adil bir hakim olaraq endiyi zaman kin, nifrət və həsəd olmayacaq.”
 [Müslim]
“İsa mənim yanıma dəfn ediləcək.” 
[Tirmizi]

Yəhudi dönməsinin sualları

Milliyətcə polyak olan, yəhudi dönməsi M.Əsədin internetdəki bu suallarına bir cavab verə bilərsinizmi?
Sual: 1- İsanın təkrar dünyaya gəlməsi, Quranla ziddiyyət təşkil etmirmi? Son peyğəmbər olan Muhamməddən sonra İsa gələ bilməz. Əgər gəlsə son peyğəmbər İsa olmayacaqmı? Əgər İsa peyğəmbər olaraq gəlməyəcək deyilsə, o zaman da İsanın peyğəmbərliyi inkar edilmiş sayılacaq?
CAVAB
Bir Müsəlman İsa və ya Muhamməd deyə danışmaz. Aleyhissəlam deyər və ya ən azından həzrət kəliməsindən istifadə edər. Bu ifadələr dönməmiş olduğunu, yəni yəhudiliyə davam etdiyini göstərmirmi? Həzrəti İsa son peyğəmbər olaraq deyil, son peyğəmbər Muhamməd əleyhissalamın dininə xidmət etmək üçün peyğəmbər olaraq gələcəkdir. Bir peyğəmbər başqa peyğəmbərin dinini yaya bilər. Məsələn, Harun əleyhissalam, Musa əleyhissalamın dinini, Yəhya aleyhissaləm Həzrəti İsanın dinini yaymaq üçün peyğəmbər olaraq göndərilmişdir.


Sual: 2-
 İsa gəldikdə Quranı inkar etməyəcəyinə görə, onun peyğəmbər olduğunu bildirən ayələrə də inanacaqdır. Bu halda Muhammədin son peyğəmbər olduğunu inkar etmiş sayılmazm?

CAVAB
Haşa, Həzrəti İsa, özünün peyğəmbər olduğunu niyə inkar etsin ki? “Mən Allahın peyğəmbəri İsayam, son peyğəmbər Muhamməd əleyhissalamın dininə xidmət etmək üçün Allahü təala məni göndərmişdir” deyəcək.


Sual: 3-
 Hədis kitablarınızın iddia etdiyi kimi İsa dünyaya təkrar gəlsə, onun peyğəmbər olduğuna dair Quran ayələrinə inanacaqmı?

CAVAB
Hədis kitablarınız deyirsiniz, hədis kitabları sizin deyilmi? Allahı qəbul edən, Rəsulunun sözlərini qəbul etməzmi? Sənin həqiqətən dönmə olmadığın anlaşılmışdır. Haşa, Həzrəti İsa Quran ayələrinə niyə inanmasın ki? Onları yaymaq üçün gələcəkdir.


Sual: 4-
 İsa peyğəmbər dünyaya təkrar gəlsə, Muhamməd son peyğəmbər ünvanını qoruya biləcəkmi?

CAVAB
Daha da qüvvətlənəcək. Son peyğəmbər Muhamməd əleyhissalamın dinini yaymaq üçün gəldim deməsi, İslamiyyətə xidmət etməsi, ona, anasına və uca Allaha edilən iftiralara şəxsən cavab verməsi, Qurani-kərimin doğruluğunun təyin edilməsinə səbəb olacaq.


Sual: 5-
 İsa gəldiyində bəzi haramları halal edəcəyi haqqında hədislərə nə deyirsiniz?

CAVAB
Elə bir hədis yoxdur. İslamiyyətlə hökm edəcək. Dinimizdəki dörd dəlildən ikincisi olan hədisi-şərifdə buyurulur ki:

“Allaha and içirəm ki, Məryəmin oğlu İsa adil bir hakim olaraq aranıza enəcək, xaçı qıracaq [xristianlığı ləğv edəcək], donuzu öldürəcək [donuz ətini qadağan edəcək], İslamdan başqa hər şeyi qadağan edəcəkdir.” [Buxari]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину