Facebook Twitter WhatsApp

Qiyamətin böyük əlamətləri

Sual: Qiyamətin böyük əlamətləri nələrdir?
CAVAB
Müslim
İbni MacəƏbu DavudNəsai, Tirmizi, İ. Əhməd, Tabərani, İbni Cərir və İbni Hibbandakı hədisi-şərifdə bu on əlamətin çıxacağı bildirilmişdir:


1- Həzrəti Mehdi gələcək

Hədisi-şəriflərdə buyuruldu ki:

“Qiyamət qopmadan əvvəl Allahü təala mənim övladımdan birini yaradar ki, adı mənim adım kimi, atasının adı mənim atamın adı kimi olar. Ondan əvvəl dünya zülümlə dolu olarkən, onun dövründə ədalətlə dolar.” [Tirmizi]

“Mehdinin başının hizasında bir bulud olacaq, buluddan bir mələk, 
“Bu Mehdidir, sözünü dinləyin” deyəcəkdir.” [Əbu Nuaym]


2- Dəccal gələcək

Hədisi-şərifdə buyuruldu ki:
“Dəccal çıxacaq, tanrı olduğunu söyləyəcək. Onun tanrılığına inanan kafir olacaq.” [İ. E. Şeybə]

3- Həzrəti İsa göydən enəcək:
Qurani-kərimdə məalən buyurulur ki:


“Allahın Rəsulu Məryəm oğlu İsanı öldürdük dedikləri üçün yəhudiləri lənətlədik. Onlar İsanı öldürmədilər, asmadılar da. Öldürülən onlara İsa kimi göstərildi.” [Nisə 157]

“Həzrəti İsa göyə qaldırılmışdır.” (Nisə 158)

“Əlbəttə o 
[Həzrəti İsanın Qiyamətə yaxın göydən enməsi], Qiyamətin yaxınlaşdığını göstərən məlumatdır. Əsla bunda şübhə etməyin!” [Zühruf 61, Beydavi]


Hədisi-şəriflərdə də buyuruldu ki:
“İsa, adil bir hakim olaraq göydən enəcək, xaçı qıracaq, [xristianlığı ləğv edəcək] donuzu öldürəcək, [donuz ətini qadağan edəcək] İslamdan başqa hər şeyi qadağan edəcəkdir.” [Buxari, Müslim, Əbu Davud, Tirmizi, İbni Əbi Şeybə]

 “İsa endikdə, hər yerdə sakitlik, təhlükəsizlik hökm sürər. Elə ki, aslanla dəvə, qurdla quzu sərbəst gəzərlər, uşaqlar ilanlarla oynayarlar.” [Əbu Davud]

“On əlamət çıxmadan qiyamət qopmaz. Biri İsanın göydən enməsidir.”
 [Müslim, Əbu Davud, Tirmizi, İ. Macə, Nəsai, İ.Əhməd, Tabərani, İ.Hibban, İ. Cərir]


4- Dabbətül-arz çıxacaq

Bunun haqqında hədisi-şəriflərdən birinin məali belədir:
“Dabbətül-arz, Musanın əsası ilə möminə toxunar, alnına Cənnətlik yazılar, üzü nurlanar. Kafirə, Süleymanın möhrü ilə vurar, Cəhənnəmlik yazılar, üzü qapqara olar.” [Tirmizi]

“O söz başlarına gəldiyi zaman, [Qiyamət əlamətləri zühur etdikdə], onlara yerdən bir heyvan çıxararıq, bu heyvan onlara insanların ayələrimizə tam iman etməmiş olduqlarını söyləyər.” [“Nəml” 82, Təfsiri-Kurtubi]

5- Yəcüc və Məcüc çıxacaq

Qurani-kərimdə buyurulur ki:
“Yəcüc və Məcüc, sədd yıxılacaq və hər təpədən axın edəcəklər.” [“Ənbiya” 96]

Hədisi-şərifdə buyurulur ki:
“Yəcüc və Məcüc qiyamətin ilk əlamətlərindəndir.” [İbni Cərir]

6- Duman çıxacaq

Qurani-kərimdə məalən buyurulur ki:
“Göydən bir duman çıxacağı günü gözlə!” [“Duhan” 10]

Hədisi-şərifdə də buyuruldu ki:
“Dumanın təsiri möminə burunaxma kimi gələr, kafirə isə çox şiddətlidir.” [Əbu Davud]

7- Günəş qərbdən doğacaq
Hədisi-şərifdə buyuruldu ki:
“Günəş qərbdən doğmadıqca qiyamət qopmaz. O zaman hər kəs iman edər, amma imanı fayda verməz.” [Buxari, Müslim]

Qurani-kərimdə məalən buyurulur ki:
“Rəbbinin bəzi ayələri [əlamətləri] gəldiyi gün, əvvəlcə iman etməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə, o günkü imanı fayda verməz.” [“Ənam” 158]

Alimlər, bu ayədəki əlamətlərdən birinin də günəşin qərbdən doğması olaraq bildirmişdirlər. Yuxarıdakı hədisi-şərif də bunu açıq bildirir.

8- Od çıxacaq

Hədisi-şərifdə buyuruldu ki:
“Hicazdan çıxan alov, Bəsrədəki dəvələrin boyunlarını aydınladacaq.” [Müslim]

9- Yer batması görüləcək

Hədisi-şərifdə buyurulur ki:
“Qərb, Şərq və Cəzirətül-Ərəbdə yer batışı görüləcək.” [Müslim, Əbu Davud, Tirmizi, İbni Macə]

10- Kəbə dağıdılacaq

Hədisi-şərifdə buyuruldu ki:
“Bir həbəşli Kəbəni təxrib edəcək. Onu bu anda qara əlləri ilə Kəbənin daşlarını bir-bir sökən halda görürəm.”
 [Buxari, Müslim]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину