Facebook Twitter WhatsApp

Qiyamətin kiçik əlamətləri

Sual: Qiyamətin kiçik əlamətləri hansılardır?
CAVAB
Qiyamətin qopmasına yaxın əvvəlcə kiçik əlamətlər çıxacaq. Sonra da böyük əlamətlər çıxacaq. Qiyamətin kiçik əlamətləri haqqında hədisi-şəriflərdən bəziləri bunlardır:

“İnsanlar məscidlərlə və məscidlərin bəzəkləriylə öyünmədik qiyamət qopmaz.” [İbni Macə]

“Kişi ilə kişi, qadınla qadın yetinmədikcə, qiyamət qopmaz.” [Xatib]

“Fitnələr artmadıqca, qiyamət qopmaz.” [Buxari]

“İnsanlarda xəsislik artacaq və qiyamət pislərdən başqasının üzərinə qopmayacaq.” [İ.Nəccar]

“Əxlaqsızlıq və fühuş açıq-aşkar olmadan, qonşular pisləşmədən, xainlər əmin, əminlər xain sayılmadan, qohumlar arasında soyuqluq olmadan qiyamət qopmaz.” [İ. Əhməd]

“And içirəm ki, xəsislik, fühuş meydana çıxmadıqca, əmin insana xəyanət edilib, xainə güvənilmədikcə, yaxşılar həlak olub, pislər qalmadıqca qiyamət qopmaz.” [Hakim]

“Yağışların bərəkəti qaldıqca qiyamət qopmaz.” [Əbu Ya’la]

“Yer üzündə Allah deyən Müsəlman qaldıqca qiyamət qopmaz.” [Müslim]

“Zamanda yaxınlıq olmadıqca, bir il bir ay kimi, bir ay bir həftə kimi, bir həftə bir gün, bir gün bir saat kimi qısa gəlmədikcə qiyamət qopmaz.” [Tirmizi]

“Elm aradan qalxmadıqca, zəlzələlər, qətliamlar çoxalmadıqca qiyamət qopmaz.” [Buxari]

“Mal çoxalıb artmadıqca qiyamət qopmaz. Elə ki, zəkat veriləcək adam tapılmasın. Birinə zəkat təklif etdikdə, “Mənim buna ehtiyacım yoxdur” deyəcək.” [Buxari]

“İki böyük tayfa, məqsədləri bir olduğu halda, vuruşmadıqca, onlara Allahın rəsuluyam [peyğəmbərəm] deyən yalançılar çıxmadıqca qiyamət qopmaz.” [Buxari]

“Müsəlmanlar yəhudilərlə döyüşmədikcə, daşlar belə, “Ey Müsəlman bu arxamda gizlənən yəhudini öldür” deyə xəbər vermədikcə qiyamət qopmaz.” [Buxari]

“Yetmiş nəfər rəsulam deyən yalançı çıxmadıqca qiyamət qopmaz.” [Tabərani]

“Kişilər azalacaq, qadınlar çoxalacaq.” [Buxari]

“Bir oğlan uşağı bir qadın kimi qısqanılmadıqca qiyamət qopmaz.” [Deyləmi]

“Livata mübah sayılmadıqca, göydən daş yağmadıqca qiyamət qopmaz.” [Deyləmi]

“Uşaqlar əsəbi olmadıqca, böyüyə hörmətsizlik olmadıqca qiyamət qopmaz.” [Haraiti]

“Qiyamət qopmadan yüz il əvvəl, yer üzündə Allaha  ibadət edən qalmayacaq.” [Hakim]

“Kaş ki, bu qəbirdəki mən olardım” deyilmədikcə qiyamət qopmaz.” [Müslim]

“Zəlzələ, fitnə, qatillik artmadıqca, qiyamət qopmaz.” [Buxari]

“Qardaşlar fərqli dindən olmadıqca qiyamət qopmaz.” [Deyləmi]

“Pislər dünyaya hakim olmadıqca qiyamət qopmaz.” [Tirmizi]

“Qiyamət ancaq pis insanların başına qopacaq.” [Müslim, İbni Macə]

“Qurani-kərim aradan qalxmadıqca qiyamət qopmaz.” [Əbu Nuaym]

Qiyamət yaxınlaşdığı zaman bunların da olacağı bildirilmişdir:
“İnsanlar təmizlikdə və dində həddi aşıb vasvası olacaqlar.” [Əbu Davud]

“Müxtəlif adlarla şərablar çıxacaq, halal sayılacaq.” [İ. Əhməd]

“Ortalıq pozulacaq, dinə tabe olmaq ovucda atəş tutmaq kimi çətin olacaq.” [Hakim]

“İt saxlamaq, övlad böyütməkdən daha cazib olacaq.” [Hakim]

“Bir cəmiyyət içində pis qadınlar çoxalıb, fühuş yayılarsa, xalq, əvvəl görülməmiş [siflis, aids kimi] yoluxucu xəstəliklərə məruz qalacaq. Ölçüdə, tərəzidə hiylə edəcəklər və dolanışıq darlığı baş qaldıracaq.” [Beyhəqı]

“Çalgı hər yerə yayılacaq, təhlükəsizlik qüvvələri çoxalacaq.” [Beyhəqı]

“İşlər, əhli olmayana veriləcək.” [Buxari]

“Bu dinin başlanğıcı kimi, sonu da qərib olacaq!” [Tirmizi]

“Quran [Radio, TV kimi] çalğı alətlərindən oxunacaq.” [Tərgib-üs-salat]

“Sadəcə tanışlara salam veriləcək və yazıçılar çoxalacaq.” [Hakim]

“Zənginə malı üçün təzim ediləcək, fühuş yayılacaq, biclər çoxalacaq. Böyüyə hörmət, kiçiyə də mərhəmət edilməyəcək. Qurdlar, quzu postuna bürünəcək.” [Hakim]

“Təhıyyətül-məscid namazı qılınmaz olacaq.” [Tabərani]

“Elm itəcək, cəhalət, anarxiya və ölüm çoxalacaq.” [İbni Macə]

“Üləma, xalqın istədiyi istiqamətdə fətva verəcək, halala haram, harama halal deyəcəklər, Quranı ticarətə, mənfəətə alət edəcəklər.” [Deyləmi]

“İnsanlar, yalnız malın, pulun gəlməsini düşünəcəklər, halalını, haramını düşünməyəcəklər.” [R.Nasıhin]

“Bir məsciddə mindən çox insan namaz qılacaq, ancaq aralarında bir nəfər mömin olmayacaq.” [Deyləmi]

“İcazəsiz ticarət olmayacaq.” [Müslim]

“Vəhşi heyvanlar insanlarla danışmadıqca qiyamət qopmaz.” [Tirmizi]

“Qiyamət əlamətləri bir ipdəki muncuqların dalbadal qopması kimi bir-birini təqib edər.” [İ.Əhməd, Tabərani]

“Qiyamət Cümə günü qopacaqdır.” [Buxari]

Hədisi-şəriflə bildirilən qiyamətin digər əlamətlərindən bəziləri də bunlardır:
1- Əmanətə riayət olunmayacaq.
2- Vələdi-zina çoxalacaq.
3- İçki çox içiləcək.
4- Zəkat verilməyəcək.
5- Kişi xanımının sözüylə hərəkət edər, anaya üsyan edilər.
6- Kişilər ipək geyinəcək.
7- Zərərindən qorunmaq üçün insanlarla müdara edilər.
8- Gənclər fasiq olacaq.
9- Keçmişdə yaşamış alimlər cahilliklə təqsirləndiriləcək.
10- Sələmçilik, faiz açıq-aşkar iş olacaq.
11- Bilikli və ya alim olanlarda belə zərrə qədər iman qalmayacaq.
12- İslama tabe olmaq ayıb sayılacaq.
13- Hər kəsə yaxşılıq edən Müsəlman axmaq sayılacaq.
14- İslama riayət etmək, atəşi əldə tutmaq kimi çətin olacaq.
15- Məscidlərdə, məclislərdə fasiqlərin səsi yüksələcək.
16- Cihad tərk ediləcək.
17- Bidətlər yayılacaq.
18- Günaha təşviq artacaq.
19- Yaxşılığa mane olunacaq.
20- Əmri-bil məruf və nəhyi-anil münkər tərk olunacaq.
21- Qonşuluq münasibətləri pisləşəcək.
22- Məscidlərdə Qurani-kərim təğənni ilə oxunacaq.
23- Alçaq kəslər söz sahibi olacaq.
24- Zərərindən qorunmaq üçün insanlara ikram olunacaq.
25- Çalğı alətləri çoxalacaq. Hər yerdə çalğı çalınacaq.
26- Anarxiya çoxalacaq.
27- Adam öldürmək artacaq.
28- Dinə riayət etmək, gözəl əxlaqlı olmaq ayıb sayılacaq.

29- Cansızlar da danışacaq.

Yalançılar alqışlanar
Sual:
 Müasir dövrdə dinsizlər və yalançılar niyə çox rəğbət qazanırlar?

CAVAB
Bu, qiyamət əlamətidir. Axır zamanda pislərə, fasiqlərə, imansızlara rəğbət olunacağını Peyğəmbər əfəndimiz xəbər vermişdir. Bir hədisi- şərif:
“Qiyamət yaxınlaşdıqca, doğru danışan Müsəlmanlar yalanlanar, yalançılar isə təsdiq olunar. Xaini güvənilən, əmin olan, Müsəlmanı isə xain qəbul edərlər.” [Tabərani]

Sual: Qiyamətə yaxın İslamiyyətin tamamilə ortadan qalxacağı sözü doğrudurmu?
Cavab:
 Mövzu haqqında imam Qurtubi həzrətləri buyurur ki:

“İslamın unudulması, İsa əleyhissalamın göydən enib, öldükdən sonra olacaqdır. Ondan əvvəl Müsəlmanlar qərib olacaqlar. Qurani-kərimə riayət olunmasa da, tamamilə unudulmayacaq.”


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину