Sual: Qəbir əzabından qurtulmaq üçün nə etmək lazımdır?
CAVAB
Qəbir və ya Cəhənnəm əzabından qurtulmaq üçün etiqadı düzgün bir Müsəlman olmaq və dinimizin əmrlərinə riayət etmək, qadağan etdiklərindən çəkinmək lazımdır.
Qəbir əzabı ən çox, üstünə nəcasət sıçradan və Müsəlmanlar arasında söz gəzdirənə olur. Cümə günü və ya gecəsi ölənlər, hər gecə “Təbarəkə” [və “Səcdə”] surəsini oxuyanlar və ölüm xəstəliyində “İxlas” surəsini oxuyanlara qəbir sualı olmaz. Hədisi-şəriflərdə buyuruldu ki:
“Namaz qılmayanın qəbri odla dolar. Gecə-gündüz onu yandırar. Bir tinnin, hər namaz vaxtında onu sancar.” [Kurrətül-uyun]
“Təbarəkə” surəsini oxumaq qəbir əzabından qoruyur.” [İbni Mürdəveyh]
“Cümə günü və ya gecəsi ölən möminə qəbir əzabı olmaz.” [Tirmizi, Əbu Nuaym]
“Sədəqə, qəbir əzabından qoruyur.” [Bəyhəqı]
“Söz gəzdirmək, qəbir əzabına səbəb olur.” [Bəyhəqı]
“Qəbir əzabının çoxu, üzərinə nəcasət sıçratmaqdan olacaq.” [İ.Macə, Nəsai, Hakim, Darə Qutni]
“Cümə gecəsi "Fatihə" və 15 dəfə "İza zülzilət" oxuyaraq iki rükət namaz qılan, qəbir əzabından qurtular.” [Deyləmi]
“Fisəbilillah mühafizəçi kimi çalışaraq vəfat edən qəbir əzabı görməz”. [İ. Əhməd]
“Rəcəbin ilk Cümə gecəsini ehya edən [hörmət edən], qəbir əzabından qurtular.” [Səadəti-Əbədiyyə]
“Qəbir, axirət dayanacaqlarının ilkidir. Bundan qurtulan insan üçün sonrası asandır. Qurtula bilməyənə isə, sonrası çox çətindir.” [Tirmizi]
“Bir möminin qəbrini ziyarət edərkən, “Allahümmə inni əs-əlükə-bi-hurməti Muhamməd aleyhissəlam ən la tüazzibə hazəlmeyyit” deyərsə, o ölünün əzabı qiyamətə qədər dayandırılar.” [Ətfal-ül müslimin]
Həzrəti Əlidən gələn bir rəvayətdə qəbir əzabından qurtulmaq üçün bunlar tövsiyə edilmişdir:
1- “Ayətəl-kürsi”ni çox oxumaq.
2- Cümə günləri iki rükət namaz qılmaq. [Birinci rükətdə “Fatihə” ilə “Təbarəkə”, 2-ci rükətdə “Fatihə” ilə İxlas oxunur. Qəza namazı borcu olan nafilə namaz qıla bilməz].
3- Hər gün yüz “İxlas” surəsi oxumaq. (Zührə-tür-Riyaz)
Qəbir əzabından qurtulmaq üçün
Sual: Qəbirdə əzab vardırmı və əgər qəbirdə varsa bu əzabdan qorunmaq, qurtulmaq üçün nə etmək lazımdır?
Cavab: İslam alimlərinin böyüklərindən olan İmam Rabbani həzrətləri mövzu haqqında buyurur ki:
“Qəbirdə əzabın olması səhih və məşhur hədislərlə, hətta Qurani-kərimdəki ayələrlə bildirilmişdir. Ölülərin halı, dünyadakı dirilərin həyatı kimi deyil. Dünyanın nizamı üçün, buradakı həyatda həm hiss, həm də istək və iradə ilə birlikdə hərəkət var. Qəbir həyatında ölülərin əzab və acını hiss etmələri kifayət edir. Qəbirdə ruhun bədənə bağlanması, diri ikən bağlanmasının yarısı qədərdir. Elə bunun üçün ölülər, əzabı hiss etdikləri halda, hərəkət edə bilməz və tərpənə bilməzlər.
Qəbir əzabı yuxu kimi deyil. Qəbir əzabı əzabın görüntüsü deyil, əzabın özüdür. Qəbir əzabı axirət əzablarındandır. Dünya əzabları axirət əzabları yanında heçdir. Əgər axirət əzablarından bir qığılcım dünyaya gəlsə, hər şeyi yandırar, yox edər.”
Peyğəmbər əfəndimiz qəbir həyatı haqqında:
“Qəbir, dünya dayanacaqlarının sonu, axirət mənzillərinin ilki olub, ya Cənnət bağçalarından bir bağça, yaxud Cəhənnəm çuxurlarından bir çuxurdur.” buyurmuşlar.
Qəbir əhli də acı və əziyyət çəkdiyi üçün Peyğəmbər əfəndimiz, ölünün sümüklərini qırmağı qadağan etmişdir. Qəbrin üstünə oturan bir adama:
“Ölüyə qəbirlərində əza etməyin! Dirilər evlərində ələm, əziyyət hiss etdikləri kimi, ölü də eləcə qəbrində ələm və əzanı hiss edər” buyurmuşdur.
Meyit qəbrə qoyulanda, nə qədər saleh, yaxşı insan olsa da, qəbir onu sıxar. Əshabı-kiramdan Sad ibn Muaz həzrətləri saysız fəzilət və kəramətlər sahibi bir şəxs idi. Hətta vəfat edərkən Ərşi-rəhman onun üçün titrəmişdi. Buna baxmayaraq qəbrə qoyulanda torpaq onu sıxmışdı. Peyğəmbər əfəndimiz:
“Torpaq Sad ibn Muazı elə sıxdı ki, iki tərəfindəki sümüklər bir-birinə girdi.” buyuraraq xəbər verdi.
Qəbir, Əshabı-kirama belə olursa, görəsən bizə necə olacaq! Bəs imansız ölənlərin halı necə olur?
Əbülleys Səmərqəndi həzrətləri buyurur ki:
“Qəbir əzabından qurtulmaq istəyən, namaza davam etməli, sədəqə verməli, Qurani-kərim oxumalı, Allahü təalanı çox təsbeh etməli, xainlikdən, dedi-qodudan və üzərinə nəcasət sıçratmaqdan çəkinməlidir.”
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0