Facebook Twitter WhatsApp

Qəbir hər kəsi sıxar

Sual: Qəbir sıxması deyə bir şey vardırmı?
CAVAB
Əlbəttə vardır. Qəbir əzabı və qəbrin sıxmasına inanmayan bidət sahibidir. Haqqında hədis olsa da, olmasa da, qəbir əzabına inanmaram deyən adam dindən çıxar.

İmam Əzəm həzrətləri buyurdu ki:
Qəbirdə ruhun cəsədə geri gəlməsi, qəbrin sıxması və əzab verilməsi haqdır. (Qavl-ül fəsl)

İmam Rabbani həzrətləri buyurur ki:
Qəbrin bədəni sıxması vardır. (3/17)

İmam Qəzali həzrətləri də buyurur ki:
Qəbir əzabı ruha və cəsədə birlikdə olacaq. (Ehya)

Quruda və dənizdə ölənə də sorğu-sual olacaq. (Nuhbət-ül-ləali s.116, Bidayə s.91)

Axirətdə peyğəmbərlər daxil hər kəsə sorğu-sual olacağı kimi, qəbir sıxması da hər kəsə olacaq. Kafirləri və fasiqləri lap çox şiddətli sıxacaq. Peyğəmbər, səhabə və salehləri isə yüngülcə sıxacaq. Hədisi-şəriflərdə buyurulur ki:

“Qəbrin sıxmasından qurtulan biri olsaydı, Sad ibn Muaz qurtulardı.” [İ.Əhməd]

“Zəkəriyyə oğlu Yəhyanı qəbrin sıxması, yediyi bir arpa səbəbi ilə olmuşdur.” [İ. Rafii]

“Qəbrin sıxması bir möminin əfv edilməmiş günahlarına kəffarədir.” [İ. Rafii]

“And içirəm ki, Qiyamətə qədər 99 əjdəha kafirə qəbrində əzab verəcək.” [Əbu Yala]

“Namazı üzrsüz qılmayana Allahü təala 15 sıxıntı verir. Bunlardan altısı dünyada, üçü ölüm anında, üçü qəbirdə, üçü qəbirdən qalxarkən olur. Qəbirdə çəkəcəyi acılar bunlardır:
1- Qəbir onu sıxar. Sümükləri bir-birinə keçər.
2- Qəbri atəşlə doldurular, gecə-gündüz onu yandırar.
3- Allahü təala qəbrinə çox böyük bir ilan göndərər. Dünya ilanlarına bənzəməz. Hər gün, hər namaz vaxtında onu sancar, bir an buraxmaz.” 
[Kurrətül-uyun]


İmam Rabbani həzrətləri buyurur ki:
Yaxşı və bəxtəvər bir insan qüsurları, günahları lütf və ehsanla əfv olunan və üzünə vurulmayan kimsədir. Günahı üzünə vurulan və bunun üçün mərhəmət olunan, yalnız dünya sıxıntıları çəkdirilib günahları beləcə təmizlənən kəs də çox bəxtiyardır. Bununla da təmizlənməyib, geri qalan günahları üçün qəbir sıxması və qəbir əzabı çəkərək günahları bitən, Qiyamətdə, məhşər meydanına günahsız halda aparılan da, necə də xoşbəxtdir. Əgər belə olmasa, axirətdə də cəzalandırılarsa, yenə ədalətdir. Lakin o gün günahı olan və başı aşağı, üzləri qara olan necə də çətin vəziyyətdədir. Amma bunlardan Müsəlman olanlara yenə acınacaq, onlar sonunda yenə mərhəmətə qovuşacaq, Cəhənnəm əzabında sonsuz qalmaqdan qurtulacaqlar. Bu da böyük bir nemətdir. (1/266)

Ölü qəbrə qoyulduqda, bilinməyən bir həyat ilə diriləcək, rahatlıq və ya əzab görəcək. Münkər və Nəkir adlı iki mələyin, bilinməyən qorxunc insan şəklində məzara gəlib, sorğu-sual edəcəkləri, hədisi-şəriflərdə açıq-aşkar bildirilmişdir. Doğru cavab verənlərin qəbri genişlənəcək, buraya Cənnətdən bir pəncərə açılacaq. Səhər-axşam Cənnətdəki yerlərini görüb, mələklər tərəfindən yaxşılıqlar olunacaq, müjdələr veriləcək. Doğru cavab verə bilməyənlərə, dəmir çəkiclərlə elə vurulacaq ki, bağırtısını, insandan və cindən başqa hər məxluq eşidəcək. Qəbir o qədər daralar ki, sümükləri bir-birinə keçirər. Cəhənnəmdən qəbrə bir pəncərə açılar. Səhər-axşam Cəhənnəmdəki yerini görüb, məzarda məhşərə qədər acı əzablar çəkər. (Hər kəsə Lazım Olan İman)

Sual: Qəbrin sıxması, Müsəlmanların yaxşı olanlarına əzab şəklində, yoxsa nemət şəklində olacaq?
Cavab:
 Qəbir sıxması, kafirlərə əzab, möminlərə isə, ikram üçündür. Məsələn, bir ana itkin uşağını tapsa, sevincdən onu necə bağrına basarsa, qəbir də salehləri elə sıxar. Peyğəmbər əfəndimiz:

“Ölü imansızdırsa, qəbir onu elə sıxar ki, qabırğaları bir-birinə keçər. Qəbirdən qalxana qədər əzab içində qalar.” buyurmuşdular.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину