Facebook Twitter WhatsApp

Ölü qəbrə qoyulduğu zaman

Sual: Hər hansı bir şəxs ölüb qəbrə qoyulduğunda, onu nələr gözləyir və orada ilk nə ilə qarşılaşacaq?
CAVAB
İmam Qazali həzrətləri “Dürrə-tül Fahirə fi-kəşf-i ulum-il-axirə” kitabında mövzu haqqında buyurur ki:
“Ölü qəbrə qoyulduqdan sonra, üzəri torpaqla örtüldükdə, qəbir meyitə deyəcək ki, mənim üzərimdə olanda fərəhli idin. İndi altımda məhzun olarsan. Mənim üzərimdə yeməklər yeyərdin. İndi də səni mənim altımda qurdlar yeyər. Qəbir doldurulub, torpaqla üzəri örtülənə qədər belə çox acı sözlər söyləyər. Əshabı-kiramdan İbni Məsud həzrətləri danışır. Bir gün Peyğəmbər əfəndimizdən soruşub ki:
-Ya Rəsulallah, ölü qəbrə qoyulanda, ilk qarşılaşdığı şey nədir? Peyğəmbər əfəndimiz buyurub ki:
-Ya İbni Məsud, məndən bunu səndən başqa heç kim soruşmadı. Ölü qəbrə qoyulduğu vaxt, öncə bir mələk səslənir. O mələyin adı Rumandır. Qəbirlərin arasına girər. Deyər ki, Ya Abdellah, əməlini yaz! O şəxs deyər ki, mənim burada nə kağızım, nə qələmim var, necə yazım? O mələk deyər ki, bu sözün qəbul edilməz. Sənin kəfənin kağızındır, tüpürcəyin mürəkkəbindir, barmaqların qələmindir. Mələk kəfənindən bir parça kəsib verər. O qul dünyada hər nə qədər yazı yazmağı bilməsə də, orada savabını və günahını, o bir gündə etmiş kimi yazar. Bundan sonra mələk, o yazdığı kəfən parçasını, o ölünün boynuna asar. Bundan sonra Rəsulullah əfəndimiz:
“Hər insanın etdiyi işləri göstərən səhifələrini biz boynunda qıldıq” məalindəki “İsra” surəsinin 13-cü ayəti-kəriməsini oxudular.”

Sual: Ölü qəbrə qoyulduğunda nə ilə qarşılaşır?
Cavab:
 Bir hədisi-şərifdə bu hal belə xəbər verilmişdir:

“Ölü qəbrə qoyulduqda, arxasından gələnlərin ayaq səslərini eşidər. Məzardan başqa onunla danışan olmaz. Məzar deyər ki:
-Mənim necə olduğumdan və məndəki qorxu və sıxıntılardan sənə söylənilənlər azdır, mənim üçün nə hazırladın?
-Heyfslər olsun sənə ey insanoğlu! Mən varkən nə ilə qürurlandın? Mənim sıxıntılı, qaranlıq, yalnız və böcəklərlə, qurdlarla dolu bir yer olduğumu bilmirdin?
-Üzərimdən keçərkən, bir ayağın arxada, bir ayağın irəlidə çaş-baş halda durduğun zaman nəyə aldanmışdın?
Əgər o şəxs salehlərdən idisə, bir səs deyər ki:
-Ey məzar, nələr danışırsan, o doğruluq üzərində idi. Əmri-məruf, nəhyi-münkər edərdi. Ona əlbəttə yaşıl bağçalar hazırladım. Sonra o şəxsin bədəni nura çevrilər, ruhu göyə çıxarılar.”

Sual: Bir insan öldükdə, qəbirdə və qəbrə girənə qədər nə ilə qarşılaşır?


CAVAB

Bu mövzuda "Mizraqlı Elmihal" adı ilə tanınan “Miftah-ül-Cənnəh” kitabında yazılmış hədisi-şərifdə buyurulur ki:
“Bir insanın ruhu bədənindən ayrıldıqda:
-Ey insanoğlu, sənmi dünyanı, yoxsa dünya səni tərk eylədi? Sənmi dünyanı, yoxsa dünya səni topladı? Sənmi dünyanı, yoxsa dünya səni öldürdü? Deyə səs gələr. 
Cənazəni yumağa başladıqda:
1-Hanı sənin qüvvəli bədənin? Səni nə zəiflətdi?
2-Hanı sənin gözəl nitqin, səni nə susdurdu?
3-Hanı sənin sevgili dostların, səni niy
ə qoyub getdilər? Deyə səslər gələr. Cənazə kəfənə büküldükdə:
-Azuqəsiz yola çıxma! Bu səfərin geriyə dönüşü yoxdur, geri qayıda bilməzsən. Çatacağın yer əzab mələkləri ilə doludur deyə səs gələr. Tabutun içinə qoyulduqda:
-Əgər Haqq təalanın rizasını qazandınsa, necə də bəxtiyarsan, böyüklük və səadət sənindir. Əgər cənab Haqqın qəzəbini qazandınsa, təəssüflər olsun sənə, deyə səs gələr. Cənazə məzarının yanına çatdıqda:
-Ey insanoğlu! Dünyada qəbir üçün nə hazırladın? Bu qaranlıq məzar üçün hansı nuru gətirdin? Zənginlik və şöhrətindən nə gətirdin? Bu çılpaq qəbri döşəmək və zinətləndirmək üçün nə gətirdin? Deyə səs gələr. Cənazəni məzara qoyduqları zaman qəbir deyər ki:
-Arxamda söyləyərdin, indi qarnımda sükut edəcəksən. Nəhayət cənazənin dəfni bitib oralarda xidmət göstərən insanlar da çıxıb gedəndən sonra, Haqq təala o kimsəyə:
-Ey mənim qulum, yalnız qaldın bu qaranlıq məzarda, səni qoyub getdilər. Onlar sənin dostların, qardaşların, övladların və adamların idi. Halbuki, heç birinin sənə faydası olmadı. Ey qulum, sən Mənə asi oldun, əmrimi tutmadın, heç bu halını düşünmədin buyurur.
Şayət, ölən kəs imanlı idisə ümüd edilir ki, cənab Haqq o kimsəni əfvinə məzhər qılar və buyurar ki:
-Ey mömin qulum! Səni qəbirdə qərib qoymaq şanıma yaraşmaz. İzzətim haqqı üçün, sənə bir mərhəmət edim ki, dostların təəccüb etsin, sənə bir şəfqət göstərim ki, ana-atanın oğluna olan şəfqətindən artıq olsun. Lütfüylə o qulun günahını əfv edib, qəbri Cənnət bağçası olar və Cənnət nemətləri ilə dolar.
Allahü təala elə mərhəmətlidir ki, günahkar qullarını əfv edər. O qədər mərhəmətlidir ki, gündə neçə dəfə qullarının ayıblarını görüb örtər, üzlərinə vurmaz.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину