Facebook Twitter WhatsApp

Məhkəməsiz ölüm hökmü?

Sual: Bəzi insanlar, “Qiyamətdən öncə əzab yoxdur. Axirətdə günahlar savablar aydın olmadan, təqsirlər meydana çıxmadan qəbirdə əzab çəkdirmək, Məhkəməsiz ölüm hökmüdür. Məhkəməyə çıxmadan polis şöbəsində döyülməyə bənzəyir. Bu isə ilahi ədalətə ziddir” deyirlər. Qəbir əzabı haqq deyilmi?
CAVAB
Belə danışmaq dini heç bilməmək deməkdir. Çünki kimin təqsiri olduğunu, kimin Cənnətə, kimin Cəhənnəmə gedəcəyini Allahü təala əlbəttə bilir. Hətta insanlar doğulmadan əvvəl də bilirdi. Hafizə mələkləri, insanların yaxşı-pis əməllərini təsbit edir. Kimin təqsiri nədirsə bəllidir. Qəbirdə məhkəməsiz ölüm hökmü verilmir. Günahlarına qarşılıq əzaba məruz qalır. Qəbirdə sıxıntı çəkən möminin günahları azalır, hesab yerinə günahsız gedə bilir.
Dində ağlı ölçü qəbul edən Mötəzilə firqəsi qəbir həyatını və qəbir əzabını inkar etdi. Əhli-sünnət alimləri isə qəbir əzabının haqq olduğunu dəlillərlə bildirdilər.

Hər ölüyə qəbir sualı olur
Sual: İbni Səbəci bir tanışım, “Qəbir əzabı olmur. Bu, məhkəməyə çıxmadan polis bölməsində döyülməyə bənzəyən məhkəməsiz ölüm hökmü kimidir. Həm də çürüyüb torpaq olmuş ölüyə qəbir əzabı ola bilməz” dedi. Başqa bir tanış da, “Mumiyalanan və ya yanıb kül olan ölüyə də qəbir sualı və əzabı olmur” dedi. Qəbir sualı və əzabı haqq deyilmi?
CAVAB
Azğın firqələrdən Mötəzilə qəbir əzabına inanmır. İbni Səbəcilər də Mötəzilə etiqadında olduqları üçün qəbir əzabını inkar edirlər. Əhli-sünnət etiqadına görə qəbir sualı və qəbir əzabı haqdır. Qəbir əzabı ruh və bədənə birlikdə olur.
Bəzi alimlərə görə kafirə qəbir sualı olmadan əzab verilir. Bəzi Müsəlmanlara da ikram olması üçün qəbirdə sual soruşulmur.
İmam Rabbani həzrətləri buyurur ki: Dəfn edilməyən ölü də qəbir həyatını yaşayır. Lakin hərəkət və titrəmə olmur. (3/36) Qəbir əzabı vardır, qəbir bədəni sıxır. (3/17)
Yanıb kül olan, dənizdə çürüyən, canavar və ya başqa bir vəhşi heyvanlar yemiş adama, qəbir sualı olur, qəbir əzabına və ya qəbir nemətinə qovuşur. (Əmali şərhi)
İmam Əzəm həzrətləri buyurdu ki: Qəbirdə ruh cəsədə geri gəlir və qəbir əzabı haqdır. (Qavl-ül fəsl)
İmam Qazali həzrətləri buyurur ki: Qəbir əzabı ruha və cəsədə birlikdə olacaq. (Ehya)
İmam Muhamməd Şeybani həzrətləri buyurdu ki: Qəbir əzabıəm ruha, həm bədənə olacaq. (Əqaidi-Şeybaniyyə)
Hədisi-şəriflərdə də buyurulur ki:
“Ölən adam mömindirsə, qəbri genişlənir, dirildilənə qədər qəbri xoş ətirlərlə doldurulur. Kafirdirsə, dəmirdən bir toxmaqla başına vurulur. Elə bir nalə çəkir ki, cin və insan xaric hər canlı eşidir.” [Buxari, Müslim]
“Qəbir əzabı vardır, haqdır.” [Buxari]
“Qəbir, ya Cənnət bağçası və ya Cəhənnəm çuxurudur.” [Tirmizi]
“Namaz qılmayanın qəbri atəşlə doldurulur.” [Kurrət-ül Uyun]
“Şəhid qəbir əzabından qorunur.” [İbni Macə, Bəyhəki, imam Əhməd]
“Qəbir əzabından Allaha sığının!” [Müslim, İ.Əhməd, İ.E.Şeybə]
“Gizləyə bilsəydiniz, qəbir əzabını eşitməniz üçün Allaha dua edərdim.” [Buxari, Müslim]

Sual: Dənizdə batan və vəhşi heyvanların parçaladığı insanlara da, qəbirdə əzab və ya nemət olurmu?
Cavab: Əhməd Asim əfəndi, “Əmali” şərhində deyir ki:
“Bir insanı canavarlar parçalayıb yesə, yaxud odda yandırsalar, dənizdə çürüsə, sual olunacaq, qəbir əzabını və ya nemətini görəcək. Kafirlərə və tövbəsiz ölən fasiqlərə qəbirdə əzab verilir. Hədisi-şəriflərdə;
“Qəbir, Cənnət bağçalarından bir bağça, yaxud Cəhənnəm çuxurlarından bir çuxurdur.”

“Qəbir əzabından Allaha sığınırıq.”

“Üzərinizə nəcasət sıçratmayın! Çox insana qəbir əzabı bundan olacaq.”

“Meyid, ailəsinin, övladının ağlamalarından əzab çəkər” buyuruldu. Rəsulullah əfəndimiz, iki qəbrin yanında durub;
“Bunlardan biri nəcasət sıçramasından çəkinmədiyi üçün, digəri isə Müsəlmanlar arasında söz gəzdirdiyi üçün qəbir əzabı çəkirlər” buyurdu.”

Qəbir əzabı  qəbrin sıxması vardır

Sual: “Ölü qəbrə qoyulduqdan sonra orada ona əzab verilmir”, deyərək qəbir əzabını inkar edənlərin imanı gedərmi?
Cavab: Qəbir əzabı və qəbrin sıxması vardır. Buna inanmayan kafir olmaz, amma bidət sahibi olar. Çünki, məşhur olan hədislərə inanmamış olur. Bunlar, bu hədislərin doğru hədis olmasında şübhə etdikləri üçün qəbir əzabına inanmırlar. Hədis olduqlarını qəbul etsəydilər, inanardılar. Buna görə kafir olmurlar, lakin Əhli-sünnədən ayrılmış olurlar. Halbuki, hədis olsa da, olmasa da qəbir əzabına inanmaram, ağıl və təcrübə bunu qəbul etmir, deyənlər, belə inanmayanlar kafir olurlar.

Qəbir, dünya ilə axirət arasında keçid olduğuna görə qəbir əzabı dünya əzabları kimi müvəqqətidir və axirət əzabları cinsindəndir. Yəni, bir cəhətdən dünya əzablarına, bir cəhətdən də axirət əzablarına bənzəyir. Qəbir əzabı ən çox dünyada üstünə nəcasət sıçradanlara və Müsəlmanlar arasında söz gəzdirənlərə olacaq. Münkər və Nəkir adlı iki mələk qəbirdə sual soruşacaq. Bu suala cavab vermək bir dərddir.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину