Sual: Qəbir əzabı həqiqətən varmı?
CAVAB
Qəbir əzabının varlığını bildirən sübütlardan bəziləri bunlardır:
İmam Əzəm həzrətləri buyurdu ki:
Qurani-kərimdə “Onlar, səhər-axşam atəşə atılırlar. Qiyamətin qopacağı gündə, "Firon xanədanını əzabın ən çətininə salın!" deyiləcək” buyuruldu. (Mömin 46)
Səhər-axşam görəcəkləri əzab Qiyamətdən əvvəl olacaq. Ayənin davamında onların şiddətli əzaba salınacağı bildirilir. Birincisi qəbir əzabı, ikincisi isə Cəhənnəm əzabıdır. (Əl-Qavl-ül fəsl)
İmam Qazali həzrətləri də, “Bu ayəti-kərimə qəbir əzabını sübut edir” buyurdu. (Ehya)
“Nuh” surəsinin, “Günahları üzündən suda boğuldular, sonra da atəşə atıldılar” məalindəki 25-ci ayəti-kəriməsində keçən Fəüdhılu kəliməsindəki F hərfi, heç ara verilmədiyini göstərir. Yəni “Suda boğulduqdan dərhal sonra qəbirdəki əzaba məruz qaldılar” deməkdir. (Əl-Qavl-ül fəsl)
“Ali İmran” surəsinin, “Allah yolunda öldürülənləri [şəhidləri] ölü sanmayın! Əksinə, onlar diridirlər” məalindəki 169-cu ayəti-kəriməsi də qəbir həyatını bildirir. (Əl-Qavl-ül fəsl)
İmam Şarani həzrətləri buyurur ki:
“Taha” surəsinin 124-cü ayəti-kəriməsindəki "Mə-işətən dankən" qəbir əzabını bildirir. Çünki hədisi-şərifdə buyuruldu ki:
“Mömin qəbrində yamyaşıl bir bağçadadır. Ayın on dördü kimi aydınlıq içindədir. "Fəinnə ləhü mə-işətən dankən" ayəsi, kafirlərin qəbirdə görəcəkləri əzabı bildirir. 99 tinnin kafirləri qiyamətə qədər qəbrində sancıb əzab verər.” [Tirmizi]
“Təqasür” surəsinin 3-cü ayəsindəki, bu lovğalanmanızın pis aqibətini "Gələcəkdə biləcəksiniz!" demək, "Ölərkən" nəzərdə tutulur. 4-cü ayəsindəki "Yenə gələcəkdə biləcəksiniz" isə "Qəbirdə" deməkdir. (Cəlaleyn, Mədarik, M.Təzkirə-i Kurtubi)
“Bəqərə” surəsinin, “Sizi ölü ikən diriltdi. Təkrar öldürəcək və təkrar dirildəcək” məalindəki 28-ci ayəsində bildirilən, ikinci dirilmə qəbirdə olacaq. İmam Nəsəfi də bu ayənin qəbir əzabı və nemətinə işarə etdiyini bildirmişdir. (Təfsiri Şeyxzadə)
İmam Nəsəfi həzrətləri buyurur ki:
“Əraf” surəsinin, “Orada yaşayıb, orada öləcəksiniz, yenə oradan dirilib çıxarılacaqsınız” məalindəki 25-ci ayəsindəki "Orada"dan məqsəd, qəbir həyatıdır. (Şeyxzadə)
İmam Nəsəfi buyurdu ki:
“Casiyə” surəsinin, “Allah sizi dirildər, sonra öldürər” məalindəki 26-cı ayəsində, diriltmənin qəbirdə olacağını bildirir. (Şeyxzadə), “Tövbə” surəsinin, “Onları iki dəfə əzaba salacağıq” məalindəki 101-ci ayəsindəki əzabın biri qəbir əzabıdır. (Kadi Beydavi)
İmam Süyuti həzrətləri, “Qəbir əzabı” haqqında “Şərhussudur” adlı müstəqil bir əsər yazmışdır. Buxari, Müslim və digər hədis kitablarındakı qəbir əzabı haqqında hədisi-şərifləri nəql etmişdir. Hər hədis kitabında qəbir əzabı qeyd edilir. Qəbir əzabını inkar edən, bütün hədis kitablarını inkar etmiş sayılır.
Həzrəti Aişə validəmiz, “Ya Rəsulallah, bu ümmət, qəbirdə əzab görəcək, mənim kimi zəiflərin halı necə olacaq?” deyə sual etdikdə, Rəsulullah, “İbrahim” surəsinin, “Allah, iman edənlərə, dünya və axirətdə də sabit sözlərində səbat ehsan edər” məalindəki 27-ci ayəni oxudu. (Bəzzar), Bu ayədə, qəbir həyatının haqq olduğu, möminlərə qavli-sabit ehsan edildiyini bildirilir. (Təfsiri Cəlaleyn)
İslam alimləri, qəbir həyatının axirət həyatından olduğunu, qəbir əzabının da axirət əzablarından olduğunu bildirmişdirlər. (Məktubatı-Rabbani)
Yuxarıda ayəti-kərimələrlə qəbir əzabının haqq, yəni həqiqət olduğunu bildirdik. İndi də qəbir əzabı haqqında hədisi-şəriflərdən bəzilərini bildiririk. Peyğəmbər əfəndimiz buyurur ki:
“Qəbir əzabının çoxu üzərinə nəcasət sıçratmaqdan olacaq.” [İ.Macə, Nəsai, Hakim, Darə Kutni]
“Nəcasətdən çəkinin! Çünki qəbirdə ilk hesab bundan olacaq.” [Tabərani]
“Allahü təala bəzi insanları digər insanların ehtiyaclarını təmin etmək üçün yaratmışdır. İnsanlar, ehtiyacları üçün onlara müraciət edirlər. Onlar qəbir əzabından qurtulanlardır.” [Tabərani]
“Dünən gecə yuxumda bir nəfəri qəbri sıxarkən gördüm. Namazı gəlib onu qəbir əzabından xilas etdi.” [Hakim]
“Cümə gecəsi "Fatihə" və 15 dəfə "İza zülzilət" oxuyaraq iki rükət namaz qılan, qəbir əzabından qurtular”. [Deyləmi]
“Allah rizası üçün keşik çəkib vəfat edən, qəbir əzabı görməz.” [İ. Əhməd]
“Allahım, qəbir əzabından Sənə sığınıram.” [Müslim, Nəsai, Hakim, Haraiti]
“Allaha and içirəm ki, 99 tinnin Qiyamətə qədər kafirə qəbrində əzab edər.” [Əbu Yala, İbni Hibban, Tirmizi]
“Namaz qılmayanın qəbri atəşlə dolar. Gecə-gündüz onu yandırar. Bir tinnin, hər namaz vaxtında onu sancar.” [Kurrətül-uyun]
[Tinnin adlı ilan, dünya ilanı deyil. Kafirə və günahkara əzab etməsi üçün Allahın yaratdığı bir məxluqdur.]
Rəsulullah əfəndimiz iki qəbrin yanında dayanıb, “Bunlardan biri nəcasət sıçramasından qorunmadığı üçün, digəri isə, Müsəlmanlar arasında söz gəzdirdiyi üçün qəbir əzabı çəkirlər” buyurdu. (İbni Macə)
Əshabı-kiramdan Yala ibn Mürrə həzrətləri bir qəbirdə əzab olduğunu eşidib, Rəsulullah əfəndimizə xəbər verdi. Peyğəmbər əfəndimiz də, “Mən də eşitdim. Söz gəzdirdiyi və üzərinə nəcasət sıçratdığı üçün ona əzab verirlər” buyurdu. (Beyhəqı)
Peyğəmbər əfəndimiz iki qəbrin yanına gəldikdə, bir xurma budağı gətirilməsini əmr etdi. Xurma budağını iki yerə qırıb, yarısını bir qəbrə, yarısını da digər qəbrin üstünə qoydu, “Bu budaq yaş qaldığı müddətdə əzabları yüngülləşəcək. Bunlar qeybət və nəcasətdən dolayı əzab görürlər” buyurdu. (İ.Macə)
“Dörd nəfərin çəkdikləri şiddətli əzaba görə Cəhənnəmdəkilər narahat olar. Bunlardan biri, atəşdən qapalı bir tabut içində, biri bağırsaqlarını sürütləyər, biri də qan və irin qusar, o biri isə özü öz ətini yeyər. Tabutdakı, borclu vəziyyətdə ölmüşdür, üzərində qul borcu vardır. [Özündən sonra mal da qoymadığı üçün borcu ödənməmişdir.] Bağırsaqları sürünən nəcasətdən qorunmamışdır. İrin və qan qusan, müstəhcən danışmışdı. Öz ətini yeyən isə, qeybət və söz gəzdirmişdi.” [Tabərani]
Peyğəmbər əfəndimiz bir cənazədə, “Ya Rəbb, bunu qəbir əzabından qoru” deyə dua etmişdir. (Müslim, Nəsai, Tirmizi)
Əhli-sünnətin və hənəfi məzhəbinin rəisi olan imam Əzəm həzrətləri buyurdu ki:
“Qəbirdə ruhun cəsədə qaytarılması, kafirləri və bəzi günahkar Müsəlmanları qəbrin sıxması və əzab verilməsi haqdır.” [Qavl-ül fəsl
İslam alimlərinin ən böyüklərindən imam Rabbani həzrətləri, “Qəbrin bədəni sıxması vardır” buyurdu. (Məktubatı Rabbani 3/17)
Yenə İslam alimlərinin ən böyüklərindən imam Qazali həzrətləri də, “Qəbir əzabı ruha və cəsədə birlikdə olacaq” buyurur. (Əhyayi ulümiddin)
Quruda və dənizdə öləndən də sual soruşulur. Bu da ruhun bədənə qaytarılmasından sonra olur. [Nuhbət-ül-ləali s.116, Bidayə s.91]
Ruh və bədən birlikdə günah işlədikləri üçün, qəbir əzabı da hər ikisinə birdən olacaq. (Əl-Müstənəd)
İmam Süyuti həzrətləri “Şərh-us-Sudur”, Abdurrahman ibni Rəcəb Hənbəli həzrətləri “Əhval-ül-kubur” kitabında, İmam Şarani həzrətləri “Təzkirəyi-Qurtubi” Müxtəsərində bildirir ki:
Əshabı-kiramdan Abdullah ibn Ömər həzrətləri, “Yerdən boynu zəncirli birinin çıxdığını, bir adamın bunu döydüyünü, zəncirli adamın yerdə yoxa çıxdığını, beləcə torpağa girib-çıxdığını gördüm” dedi. Rəsulullah əfəndimiz, bu şəxsə, “O gördüyün adam Əbu Cəhildir, qiyamətə qədər qəbrində belə əzab çəkər” buyurdu. (Tabərani)
İxtisarla qeyd etdiyimiz hədisi-şərifin mətnində Əbu Cəhlin İbni Ömər həzrətlərindən su istədiyi də yazılıdır. Deməli, Əbu Cəhlin sadəcə ruhuna deyil, bədəninə də əzab verilir. Cəhənnəmdə çürüyən bədənin yerinə yeni bir bədən yaradılacaq, Cəhənnəmkilərin beləcə həm ruh, həm də bədənləri əzab görəcək. Əzabı görən və çürüyən bədən deyil. Ruhun əmri altında olan bədən əzab görəcək.
İmam Süyuti həzrətləri buyurur ki:
Hər ölünün ruhu cəsədinə bilmədiyimiz bir halda bağlıdır. Ruhların öz cəsədlərinə təsir və istifadə etmələrinə, qəbirdə olmalarına izn verilmişdir. Ölü qəbirdə çürüsə də ruhun bədənlə olan bağlılığı pozulmaz. (Əl-mütəqaddim)
Günahları ikisi birlikdə işlədiyi üçün, yalnız ruha əzab verilməsi, hikmətə və ilahi ədalətə uygun deyil. Bədən qəbirdə çürüsə də, Allahü təalanın elmində vardır. Allahü təalanın, ölüləri diriltməyə gücü çatdığı kimi, bədənə də əzab verməyə gücü çatır. Allahü təala hər şeyə qadirdir, Onun qüdrətindən şübhə edən kafirdir. (M. Nəsihət)
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0