Facebook Twitter WhatsApp

Ölüm əzabını kimlər hiss etməz?

Sual: Ölüm acısını hər kəs hiss edirmi?
CAVAB
Ölüm əzabı dünya əzablarının hamısından daha ağırdır. Bir kafir yuxu dərmanı içərək və ya narkozla hər tərəfi uyuşduqdan sonra ölsə də, çox şiddətli ölüm əzabını hiss edər. Lakin saleh mömin güllə yağışına tutulsa, bu əzabı hiss etməz. Hədisi-şəriflərdə buyuruldu ki:

“Allahü təalaya and içirəm ki, ölüm mələyini görmək, min qılınc zərbəsindən daha şiddətlidir. Yenə Allahü təalaya and içirəm ki, mömin bir qulun hər damarı ölüm əzabını hiss etmədikcə, canı çıxmaz.” [Əbu Nuaym]
“Şəhid, ölüm əzabını hiss etməz.” [Beyhəqı]
“Şəhid, öldürülməsinin əzabını, ancaq bir birənin dişləməsi qədər hiss edər.” [Nəsai]
Ölüm əzabı 70 dəfə qılıncla doğranmaqdan çoxdur, amma Allahü təala, sevdiyi qullarına bu əzabı hiss etdirməz. Ölüm əzabı qəbir əzabının yanında heç qalır. Qəbir əzabı məhşər əzabı yanında heçdir. Məhşər əzabı da, Cəhənnəm əzabının yanında heçdir. Saleh mömin, nə ölüm əzabını, nə qəbir əzabını, nə də Cəhənnəm atəşini hiss etməz. Sirat, Cəhənnəm üzərində qurulmuşdur. Sirat körpüsündən hər kəs keçər. İki hədisi-şərif məali:
“Yaxşı-pis, hər kəs [Cəhənnəm üzərində qurulmuş Siratdan] keçər. Yalnız möminə, sərin və salamat olar. İbrahim əleyhissalama atəşin sərin olduğu kimi. Belə ki, möminlərin soyuqluğundan Cəhənnəm, “Möminin nuru narımı söndürür” deyə bağırar. Bundan sonra Allahü təala, təqva əhlini xilas edər, zalımları isə orada üzü üstə qoyar.” [İbni Macə]
“Qiyamətdə Cəhənnəm möminə, “Tez keç, ey mömin! Nurun narımı [atəşimi] söndürəcək” deyə bağırar.” [Tabərani]
Saleh mömin ruhunu təslim edəcəyi vaxt, rəhmət mələklərini və Rəsulullah əfəndimizi görüb, can vermə əzabını hiss etməz. Bu təəccüblü bir şey deyil. Belə ki, Misir qadınları, Yusif əleyhissalamın gözəlliyinə heyran olub, özlərini elə itirmişdilər ki, əllərini kəsdiklərindən xəbərləri belə olmamışdı.

Ölüm acısının şiddəti
Sual: Ölüm acısının min qılınc zərbəsindən daha şiddətli olduğu, hədislə bildirilir. Bu, Müsəlmanlar üçün də eynidir?
CAVAB
Bəli, eynidir. Ancaq mömin bu acını hiss etməyəcək. Allahü təala, hər Müsəlmana ölərkən, Rəsulullah əfəndimizi göstərəcək və Onun gözəlliyi qarşısında, ruhunu necə təslim etdiyinin fərqinə varmayacaq. Yusif əleyhissalamı görən qadınların, onun gözəlliyi qarşısında barmaqlarını bıçaqla kəsdikləri halda, xəbərləri olmadıqları kimi, Müsəlmanlar da ölüm əzabını hiss etməyəcəklər. O halda doğru imanla ölməyə çalışmaq lazımdır.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину