Sual: “Ərəb hərfləri də, Kiril, Latın və Çin hərfləri kimi insanlar tərəfindən əmələ gətirilmişdir. Ərəbcə də rus, ingilis və çin dili kimi bir irqin dilidir, müqəddəsliklə bir əlaqəsi yoxdur. Ona görə də namazda hər kəs Quran məalini öz dilində oxumalıdır” deyirlər. Bu səhv deyildirmi?
CAVAB
Əlbəttə səhvdir. Ərəblərin, farsların və bundan min il əvvələ qədər Osmanlıların istifadə etdiyi hərflər ərəb hərfləri deyil, İslam hərfləridir. Ərəbcə Cənnət dilidir. Cənnətdə istifadə olunan yazı da ərəblərin istifadə etdiyi İslam hərfləridir. Ərəb, lüğətdə gözəl deməkdir. Ərəbi [ərəbcə], gözəl dil deməkdir. Ərəb irqi ilə əlaqəsi yoxdur.
Hər dil insanlar tərəfindən meydana çıxarılmışdır. Ərəb dili isə, insanlar yaradılmadan əvvəl də var idi. İlk insan olan Adəm əleyhissalam Cənnətin hər yerində “La ilahə illəllah” yazılı olduğunu gördü. Yəni, insanlar hələ yox ikən də bu hərflər, bu dil var idi. (Miratı-Mədinə, Ruh-ül-bəyan təfsiri)
Adəm əleyhissalam Cənnətin hər yerində və Ərşin üzərində İslam hərfləri ilə yazılı “La ilahə illəllah Muhammədün Rəsulullah” yazısını gördü. O hərflər, insan kəşfi deyildir. Dünya və Adəm əleyhissalam hələ yox ikən, o hərflər var idi. (Səadəti-Əbədiyyə)
“Ruhul-bəyan” təfsirində, “Maidə” surəsinin 18-ci ayəsinin təfsirində, Həzrəti Ömərin xəbər verdiyi bu hədisi-şərif bildirilir:
“Adəm əleyhissalam, “Ya Rəbb! Muhamməd əleyhissalamın haqqı üçün məni əfv et!” deyə dua etdikdə, Allahü təala “Onu daha yaratmadım. Haradan bildin bunu?” buyurdu. “Ya Rəbb! Ərşdə, La ilahə illəllah Muhammədün Rəsulullah yazısını gördükdə, anladım” dedi” [Bu hədisi-şərif, imam Beyhəqınin “Dəlail” kitabında və hədis alimlərindən Hakimi- Nişapurinin “Müstədrək” kitabında yazılıdır.]
İbni Həcəri-Məkki həzrətləri buyurur ki:
Müshafı ərəbcədən başqa hərflə yazmaq və başqa dilə tərcümə edib, Qurani-kərim yerinə bunu oxumaq haramdır. Ərəbcədən başqa hərflə yazmaq və bu cür yazılmış Müshafı oxumaq haramdır. Qurani-kərimi başqa dilə tərcümə edib, Qurani-kərim yerinə bunu oxumaq və Müshafı ərəb hərfləri ilə oxunduğu kimi yazmaqla dəyişdirmək belə söz birliyi ilə haramdır. Qurani-kərimi belə yazarkən və başqa dilə tərcümə edərkən, Allah kəlamının ecazı [möcüzəvi xüsusiyyəti] pozulur, nəzmi-ilahi dəyişir. Bunun kimi bir çox səbəbdən Quran tərcüməsini namazda oxumaq olmaz. (Fətavai-fiqhiyyə)
Namazda hər şey ərəbcə oxunsa sadəcə iftitah təkbiri Allahü əkbər yerinə bunun hər hansı bir dildəki tərcüməsi söylənsə namaz yenə də səhih olmaz. (Rəddül-muxtar)
Salamdan əvvəl oxunan duaları belə ərəbcə oxumaq şərtdir. Ərəbcədən başqa hər hansı bir dildə namaz qılmağın səhih olmadığını bütün alimlər ittifaqla bildirmişlər. (Hindiyyə)
Dəyanətin hazırladığı Quran məalinin ön sözündə deyilir ki:
“Qurani-kərim, yalnız türkcəyə deyil, heç bir dilə haqqıyla çevrilə bilməz. Quranın yalnız mənasını ifadə edən sözləri Quran hökmündə tutmaq, namazda oxumaq caiz olmaz. Heç bir tərcümə əslinin yerini verə bilməz.”
Din İşləri Yüksək Heyətinin 4.12.1997 gün və 103 saylı qərarı da ixtisarla belədir :
“Qurandan sizə asan gələni oxuyun!” məalindəki ayəsində olduğu kimi, Rəsulullah da namaz qılmağı tərif edərkən, “Qurandan yaddaşında asan qalanı oxu!” buyurmuşdur. Beləliklə namazda Quran oxumaq, Kitab, Sünnət və İcma ilə sabit bir fərzdir. Quran, sadəcə məna olaraq deyil, Rəsulullahın qəlbinə əlfazı [sözləri] ilə endirilmişdir. Bu əlfazdan başqa ləhcələrlə ifadə edilən məna Quran deyildir. Çünki nazil olunan əlfazın xaricində, hətta ərəbcə belə olsa, başqa sözlərlə ifadə edilən məna Quran deyildir. Quran qavramında sadəcə məna deyil, bir rüknü olaraq onun əlfazı da vardır. Buna görə tərcüməsinə Quran demək olmaz və tərcümə Quran hökmündə deyil.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0