Sual: Cənnətin açarı nədir?
CAVAB
Cənnətin açarları çoxdur. Birinci açarı iman və namazdır. Bir neçə hədisi-şərif məali belədir :
“Dua, rəhmətin açarı, dəstəmaz namazın açarı, namaz da Cənnətin açarıdır.” [Deyləmi]
“Cənnətin açarı namazdır.” [Deyləmi, Darimi]
“Lə ilahə illəllah, Cənnətin açarıdır.” [İ. Əhməd]
“Qılınc, Cənnətin açarıdır.” [İ. Asakir]
“Cənnətin açarı “Lə ilahə illəllahü vəhdəhü la şərikə-ləh” deməkdir”.
“Hər şeyin bir açarı vardır, Cənnətin açarı da yoxsulları sevməkdir.” [İbni Lal, İ. Süyuti]
Səkkiz Cənnətin səkkiz qapısı və səkkiz də açarı vardır. Birincisi, beş vaxt namaz qılan möminlərin imanıdır. İkincisi, Bəsmələyi-şərifədir. Digər altısı da, “Fatihayi-şərifənin” içərisindədir. (İslam Əxlaqı)
“Fatihə” surəsində altı ayəti-kərimə var. Hər namazda “Fatihayi-şərifə” oxuyuruq. Müsəlman namaza durduqda Cənnətin səkkiz qapısı açılır. Namazda hər rükətdə Bəsmələ oxunur. Bəsmələ də açardır. Digər altısı da “Fatihayi-şərifədə” gizlidir. Hər namazda və hər rükətdə “Fatihayi-şərifə” var. Müsəlman namaza durduğu zaman səkkiz Cənnətin səkkiz qapısı açılır. Namaz qılmadan Cənnətə girəcəyini düşünmək ağıl işi deyil.
Sual: “Cənnətin açarı ibadət deyil, imandır” deyirlər. Halbuki “İslam Əxlaqı” kitabındaki bir hədisdə, “Cənnətin açarı namazdır” buyurulur. Başqa bir hədisi-şərifdə, “Yoxsulları sevmək Cənnətin açarıdır” və “Qılınc Cənnətin açarıdır” buyurulur. Namaz qılmaq və yoxsulları sevmək ibadət olduğuna görə, “Cənnətin açarı imandır” demək düzgündürmü?
CAVAB
Dinimizdə bir qayda var. Şərtsiz bildirilən şeylərin də bəzi şərtləri var. Xüsusilə hədisi-şəriflər izahları ilə birlikdə götürülməzsə səhvlərə gətirib çıxarar. “Lə ilahə illəllah, Cənnətin açarıdır” və “Cənnətin açarı “Lə ilahə illəllahü vəhdəhü lə şərikə-ləh” deməkdir” hədisi-şərifləri də, Cənnətin açarının iman olduğunu göstərir.
Mizraqlı elmihalin adı “Miftahül-Cənnət”, yəni Cənnətin açarıdır. Bu kitabda iman və əməllər haqqında məlumatlar var. Yalnız imanla Cənnətə girilsə də, yalnız əməllə Cənnətə girilməz. Əməlsiz iman məqbul, imansız əməl isə məqbul deyildir. Peyğəmbər əfəndimiz, “Heç kim ibadəti səbəbilə Cənnətə girməz” buyurur. İmanı olan kimsənin ibadəti az olsa da, çox olsa da Cənnətə, Allahü təalanın lütfü və ehsanı ilə girə bilər. Lütf və ehsana qovuşmaq üçün imanlı olmaq şərtdir. İmanı mühafizə edə bilmək üçün ibadətə də ehtiyac vardır. İbadət etməyərək günaha girən insanın imanını qoruması, imkansız deyiləcək qədər çox çətindir.
Namaz qılmamaq ən böyük günahlardan biridir. Ona görə Peyğəmbər əfəndimiz, “Cənnətin açarı namazdır” buyurur. “Qılınc, Cənnətin açarıdır” buyurulması da, dinin və imanın mühafizəsi üçün cihadın, əmri-mərufun fərz olduğunu göstərir. Yoxsulu, yoxsul olduğu üçün sevməmək də təkəbbürdəndir. Təkəbbürün yeri Cəhənnəmdir. Şeytan təkəbbürləndi, kafir oldu. Müşriklər, təkəbbürlərindən ötrü iman etmədilər. Təkəbbür, hər xeyrə manedir.
Yuxarıda bildirilən namaz, təkəbbürsüzlük və cihad, əməllə əlaqəli olsalar da, dolayı olaraq imana aid olduğu üçün və imanı təhlükəyə salıb kafir edəcəyi üçün, bunlara Cənnətin açarı deyilmişdir.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0