Sual: İslam İlahiyyatı Mərkəzinin Başçısı Beyrutlu Prof. Dr. Muhannət Xurşid adlı bir nəfər Alman ictimaiyyətinin də qəbul edə biləcəyi bir İslam dini əmələ gətirmək üçün, “Allaha inanmayan bir ateist, yaxşı əxlaqlıdırsa, Müsəlman sayılır” deyir. Ərəb ölkələrindəki ilahiyyatçılar bu qədər pozuldularmı?
CAVAB
İlahiyyatçıların başçısının elə söyləməsi, bütün ilahiyyatçıların eyni fikirdə olduğunu göstərməz. Bir ateist heç vaxt pislik etməsə və hər kəsə yaxşılıq etsə də, hətta yüzlərlə məscid tikdirsə, imanı olmadığı üçün heç bir dəyəri yoxdur. Bir ayəti-kərimə məali belədir :
“Kafirlərin məscid tikdirmələri və digər bütün [yaxşı] işləri, boşa gedəcək, Cəhənnəmdə sonsuz qalacaqlar.” [“Tövbə” 17]
Ateistlərə yaltaqlanmaq üçün dinə zidd olan belə şeylər danışmaq, özünü alim deyə təqdim edənlərin nə qədər pozulduğunu göstərir.
Sual: Quranda, “Zərrə qədər xeyir iş görən savabını, zərrə qədər şər iş görən də cəzasını görəcək” deyilərkən, müsəlman-kafir, saleh-fasiq ayrıseçkiliyi edilmir. Bu ayrıseçkilik etmək lazımdırmı?
CAVAB
Əlbəttə lazımdır. Hər bir yaxşılığa və ibadətlərə görə savab qazana bilmək üçün imanlı olmaq şərtdir, çünki imansızın əməli məqbul deyil. İmanın da düzgün, yəni Əhli-sünnət etiqadında olması şərtdir. Bidət əhli axirətdə bu dünyada etdiyi ibadətlərə, xeyir-həsənata savab ala bilməz. Fasiq Müsəlmanlar, yəni etiqadı Əhli-sünnət olub, amma günahkar olanlar, kafirlər kimi deyildir, ancaq onların günahları savablarından çox olsa, onlar da zərərə uğrayanlardan olacaqlar. Savabları çox olsa Cənnətə gedərlər.
Azərbaycan Respublikasında səsvermə yaşı 18-dir. Millətvəkili seçilmə yaşı 25-dir. İndi 17 yaşındakı bir gəncin, “18 yaşındakı gənclər səsvermə hüququna malikdirlər, bəs mən nə üçün səs verə bilmərəm. Bu nə ədalətsizlikdir” deməyə haqqı vardırmı? 20 yaşındakı bir gəncin də, “25 yaşındakılar deputatlığa namizəd ola bilir, mən niyə ola bilmirəm” deməsi normaldırmı? Bir vəkilin, “Mənə nə üçün həkimlik etməyə icazə vermirlər?” deməsi, bir həkimin də, “Mənə nə üçün vəkillik etməyə icazə vermirlər. Belə ədalət olmaz” deməsi normaldırmı? Bir çox ölkə, pasportu olmayan şəxsləri geri göndərir, ölkəsinə buraxmır. Pasportsuz birinin, “Hər kəs gedir, məni niyə buraxmırlar? Bu nə ədalətsizlikdir” deməsi əlbəttə səhvdir. İman pasportu olmayan, nə qədər yaxşılıq edir-etsin, Cənnətə girə bilməz. Dinin sahibi Allahü təaladır. Qaydanı qoyan Odur. Allahü təalanın nemətləri, yaxşılıqları, hər an insanların yaxşısına, pisinə, kafir-Müsəlman hər kəsə gəlir. Hər kəsə mal, övlad, ruzi, salamatlıq və hər yaxşılığı ayriseçkilik etmədən göndərir. Çalışanın əməyini zay etmir. Mal və övlad sahibi çox kafir vardır. Kafirlərə, etdikləri yaxşılıqların qarşılığı sadəcə dünyada verilir. Bir neçə ayəti-kərimə məali:
“Kafirlərin faydalı işləri fırtınalı bir gündə küləyin sovurduğu küllər kimidir. Axirətdə o işlərin heç bir faydası olmaz.” [“İbrahim” 18]
“De ki: Ən çox ziyana uğrayanlar, dünya həyatında yaxşı işlər etdiklərini zənn etdikləri halda, zəhmətləri boşa gedənlərdir. Elə onlar, Rəblərinin ayələrini və Ona qovuşmağı [dirilməyi, hesabatı, cəza və mükafatı] inkar edən, buna görə əməlləri boşa gedən kəslərdir. Onlar üçün Qiyamət günü, heç bir tərəzi qurmayacağıq. [Yaxşılıqları ilə pisliklərini ölçməyəcəyik, çünki əməlləri boşa getmişdir, tərəziyə qoyulacaq məqbul əməlləri qalmamışdır.]” [“Kəhf” 103, 104, 105]
“Kafirlərin yaxşı işləri ucsuz-bucaqsız çöllərdə görünən illüziyaya bənzəyir. Susayan kimsə onu uzaqdan su zənn edir, amma yanına yaxınlaşdıqda, umduğunu tapa bilmir.” [“Nur” 39]
Bununla yanaşı, dünyada hər kəsə yaxşılıq etmiş səxavətli kafirlə, hər kəsə zülm etmiş bir kafir eyni cəzaya məruz qalmayacaq. Cəhənnəmin yeddi təbəqə olması da bunu göstərir. Bir münafiqlə, bir mürtədlə, dünyada yaxşılıqları görülən kafirlər eyni yerdə əzab görməyəcəklər. Bir hədisi-şərif məali belədir :
“Qiyamətdə ən şiddətli əzabı zalım hökmdar görəcək.” [Əbu Nuaym]
Zalım deyilsə, səxavətlidirsə, insanlara yaxşılıq edibsə, zalımla müqayisədə daha yüngül əzab görər. Bir hədisi-şərif məali belədir :
“Allahü təala, Cəhənnəm gözətçisinə səxavətli kafir üçün, “Bunu səxavətliliyi dərəcəsində yüngül yerə qoy” buyurar.” [Deyləmi, Əbuş-şeyx]
Nəticədə hər kəs etdiyi yaxşılığın da, pisliyin də qarşılığını görəcək.
Fasiq müsəlmanlar, yəni etiqadı Əhli-sünnət olan, amma günah işləyən müsəlmanlar, kafirlər kimi deyildir, ancaq onların günahları savablarından çox olsa onlar da zərərə uğrayanlardan olacaqlar. Savabları çox olarsa, Cənnətə gedərlər.
Əhli-sünnət və ixlaslı kimsənin işlədiyi savablar isə çox dəyərlidir. Bir fasiq Uhud dağı qədər qızıl sədəqə versə, saleh müsəlmanın ixlasla verdiyi bir ovuc arpadan dəyərli ola bilməz. Bidət əhlinin isə heç bir yaxşılığına savab verilməz.
Sual: Müsəlman olmadıqları halda, İslamiyyətin bildirdiklərinə uyğun iş görənlər bu etdiklərinin qarşılığını axirətdə görəcəklərmi?
Cavab: Qeyri-müsəlmanların bəzi əməllərinə qovuşmaq üçün, İslamiyyətə uyğun işlər görmələri, dünyada faydalı olur, beləcə rahat, xoşbəxt yaşamalarına səbəb olsa da, qiyamət günündə fayda verməz. Çünki onlar, imanla şərəflənməmişlər. İbadətlərin qəbul olması, yaxşılıqlara savab qazana bilmək üçün, iman sahibi olmaq lazımdır.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0