Sual: Bir tanrıya inansa da, inanmasa da bütün qeyri-müsəlmanlar Cəhənnəmə gedəcəklərmi? Bu mövzu haqqında ayə varmı?
CAVAB
Bir çox ayə və hədis vardır. Ayəti-kərimələrdən bəzilərinin məalləri bunlardır:
“Kafirlər üçün hazırlanan, yanacağı ini-san və daş olan atəşdən çəkinin.” [Bəqərə 24]
“Ayələrimizi yalanlayan kafirlər Cəhənnəmlikdirlər, orada əbədi qalacaqlar.” [Bəqərə 39]
“İnkarcının [kafirin] az bir müddət ruzisini verər, sonra onu Cəhənnəm əzabına məruz qoyaram. Ora necə də pis yerdir.” [Bəqərə 126]
“Allahdan qorx deyildikdə işlədiyi günahlar səbəbiylə daha çox qürura qapılan kəsə Cəhənnəm bəs edər. Necə də pis yataqdır ora.” [Bəqərə 206]
“İnkarcıların [kafirlərin] dostları tağutdur, onları aydınlıqdan qaranlığa salar. Elə bunlar Cəhənnəmlikdirlər, orada əbədi qalacaqlar.” [Bəqərə 257]
“[Mübah bilib] təkrar faizçilik edənlər Cəhənnəmlikdirlər, orada daimi qalacaqlar.” [Bəqərə 275]
“İnkarcıların [kafirlərin] malları da, övladları da Allah qatında bir fayda verməz [onları cəzadan qurtara bilməz.] Onlar Cəhənnəm yanacağıdır.” [Ali İmran 10]
“İnkarcılara de ki: Məğlub olacaq və Cəhənnəmə sürüləcəksiniz. Ora necə pis bir yerdir!” [Ali İmran 12]
“Allahın, haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Ona ortaq qoşmaları səbəbiylə, kafirlərin qəlblərinə qorxu salacağıq. Gedəcəkləri yer də Cəhənnəmdir. Zalımların çatacağı yer necə də pisdir!” [Ali İmran 151]
“İnkarcıların diyar-diyar [rəfah içində] gəzib-dolaşmaları səni [ümmətini] aldatmasın! Bu [tez gəlib keçən] az bir mənfəətdir, sonunda onların çatacaqları yer Cəhənnəmdir. Ora necə də pis yerdir!” [Ali İmran 196, 197]
“Ayələrimizi inkar edib kafir olanları sabah [əlbəttə] atəşə salacağıq.” [Nisə 56]
“Bir mömini [mömin olduğu üçün] qəsdən öldürənin cəzası, içində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb etmiş, onu lənətləmiş və onun üçün böyük bir əzab hazırlamışdır.” [Nisə 93]
“ Onların [Allahı qoyub şeytanı dost edənlərin] yeri Cəhənnəmdir, ondan qaçıb qurtulacaq bir yer də tapa bilməzlər.” [Nisə 121]
“İnkar edib ayələrimizi yalanlayanlar Cəhənnəmlikdirlər.” [Maidə 86]
“Ayələrimizi yalanlayıb lovğalananlar Cəhənnəmlikdirlər, orada daimi qalacaqlar.” [Əraf 36]
“Kafirlikdə israr edənlər Cəhənnəmə toplanacaqlar.” [Ənfal 36]
“Müşriklərin Allahın məscidlərini emar etməyə səlahiyyətləri yoxdur. [Bəyəndikləri] bütün işləri boşa gedəcək, əbədi atəşdə qalacaqlar.” [Tövbə 17]
“Cəhənnəm kafirləri mütləq əhatə edəcəkdir.” [Tövbə 49]
“Bu həqiqəti anlamırlarmı? Allaha və Rəsuluna qarşı çıxana mütləq içində əbədi qalacağı Cəhənnəm atəşi vardır.” [Tövbə 63]
“Allah, qadın-kişi münafiq və kafirlərə əbədi qalacaqları Cəhənnəm atəşini hazırladı. O atəş onlara yetər. Allah onlara lənət etdi. Onlara bitməz-tükənməz bir əzab vardır.” [Tövbə 68]
“Müşriklərin Cəhənnəmlik olduqları bəlli olduqdan sonra, qohumları belə olsa, artıq onlar üçün Peyğəmbər də, möminlər də istiğfar edə bilməzlər.” [Tövbə 113]
“Şağılər [azaba məruz qalanlar] atəşdədir, orada fəci şəkildə inləyib, solurlar.” [Hud 106]
“Təəccüblənəcəksən, onların, "Biz torpaq olduqdan sonramı yenidən yaradılacağıq?" demələrinə təəccüblənmək lazımdır. Budur onlar, Rəblərini inkar edənlər, boyunlarına dəmir halqa vurulanlardır. Onlar Cəhənnəmlikdirlər, orada daimi qalacaqlar.” [Rad 5]
“Sağlam söz verdikdən sonra Allaha verdiyi sözdə durmayanlara, Allahın əmr etdiyi ipi qoparanlara [qohumluq əlaqələrini kəsənlərə] və yer üzündə fitnə-fəsad çıxaranlara lənət olsun, pis yurd [Cəhənnəm] onlaradır.” [Rad 25]
“Allahın nemətinə nankorluq edən və qövmlərini həlak yurduna [Cəhənnəmə] sürükləyənlər [müşriklər] oraya girəcəklər. Ora necə də pis bir qərargahdır.” [İbrahim 28, 29]
“Biz Cəhənnəmi kafirlərə qalmağa bir yer olaraq hazırladıq.” [Kəhf 102]
“Allahdan başqa sitayiş etdikləriniz [bütlər] ilə birlikdə siz Cəhənnəm yanacağı olacaqsınız.” [Ənbiya 98]
“Ayələrimizi korlamaq üçün mübahisə edənlər, fitnə-fəsad çıxaranlar, Cəhənnəmlikdirlər.” [Həcc 51]
“Səndən bir an öncə əzabın gəlməsini istəyən kafirləri Cəhənnəm hər tərəfdən mühasirə edəcək.” [Ənkəbut 54]
“Allah kafirləri lənətləmiş və onlara çılğın bir atəş hazırlamışdır.” [Əhzəb 64]
“Kafirlər, zümrələr halında Cəhənnəmə sürüləcək. Orada gözətçilər, “Sizə, Rəbbinizin ayələrini bildirən və bu günə gələnəcəyinizi bildirən rəsullar gəlmədimi?” deyəcəklər. Onlar, “Bəli gəldi” deyəcəklər, amma əzab vədi [Əlbəttə Cəhənnəmi (kafir olan) cin və insanlarla dolduracağam vədi] kafirlərin üzərinə həyata keçmişdir.” [Zümər 71]
“Yoldan çıxanlar [kafirlər] Cəhənnəmə odun olmuşdur.” [Cin 15]
“Biz, kafirlər üçün zəncirlər, dəmir halqalar və alovlu bir atəş hazırladıq.” [İnsan 4]
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0