Facebook Twitter WhatsApp

Müsəlmanlar Cəhənnəmə girəcəkmi?

Sual: “Möminun” surəsinin Tərəzidə yüngül gələnlər, özlərini hədər edənlərdir, Cəhənnəm əbədi qalarlar” məalindəki 103-cü ayəsi, Cəhənnəmə girən Müsəlmanların da əbədi Cəhənnəmdə qalacağını göstərmirmi?
CAVAB
Xeyr, Cəhənnəmdə daimi qalan kafirlərdir. Günahı çox olan Müsəlmanlar əfvə və şəfaətə qovuşa bilməsələr, cəzası qədər Cəhənnəmdə qalacaqlar. Bu yanlış düşüncə, məal oxumağın, Qurani-kərimə şəxsi görüşünə göre məna verməyin nəticəsidir.

Hər kəs Cəhənnəmə girəcək, kimisi heç əzab çəkmədən çıxacaq, kimi az, kimi çox, kimi də sonsuz olaraq qalacaqdır. Bir ayəti-kərimə məali:
Aranızda Cəhənnəmə düşməyəcək heç kim yoxdur. Bu, Rəbbinin dəqiq hökmüdür. Allahdan çəkinənləri oradan xilas edər, zalımları [kafirləri] də dizi üstə çökmüş halda orada qoyarıq.” [Məryəm 71, 72]

“İman edib imanlarını şirklə qarışdırmayanlar, Cəhənnəmdə əbədi qalmaqdan əmindirlər. Onlar üçün bu qorxu yoxdur” [Ənam 82]

Cəhənnəmə girib, oradan çıxan kimsə əbədi Cənnətlikdir. Bir ayəti-kərimə məali də belədir :
“Hər insan ölümü dadacaqdır. Qiyamət günü əcirləriniz sizə mütləq ödəniləcəkdir. Cəhənnəm atəşindən uzaqlaşdırılıb Cənnətə qoyulan kimsə artıq qurtulmuşdur.” [Ali İmran 185]

Ayəti-kərimələri açıqlayan Peyğəmbər əfəndimiz buyurur ki:
“Allahü təala iman sahiblərinə Cəhənnəmdə günahları qədər əzab edər. Sonra imanları səbəbilə əbədi olaraq Cənnətə köçürülər.” [Əbu Nuaym]

“Qəlbində zərrə qədər imanı olan Cəhənnəmdə sonsuz qalmayacaq, Cəhənnəmdən çıxarılacaqdır.” [Buxari, Müslim]

“Cəhənnəm əhlinin bir qismi nə ölər, nə əzabdan qurtular, nə də həyata qovuşar. Bir qismi də ölər, kömür halını alar. O zaman şəfaət izni çıxar. Onlar Cənnət sahillərinə qədər gətirilər, Cənnət əhlinə “Bunları həyat bulaqlarında yuyun” deyilər. Yuduqdan sonra yeni bitmiş təzə ot kimi həyat taparlar.” [Müslim, İbni Macə, Darimi]

“Tövhid əhlindən bəziləri günahları səbəbilə Cəhənnəmə girdikdə, bütə sitayiş edənlərin onlara, “Allaha inanmanız sizə xeyir vermədi” demələrinə görə Allahü təala qəzəblənər. İman əhlini Cəhənnəmdən çıxarıb həyat bulağında yuduzdurar. Təmiz halda Cənnətə girərlər.” [Əbu Nuaym]

“Yaxşı-pis hər kəs Cəhənnəmə girər. Yalnız möminə, sərin və salamatlıq olar, İbrahimə atəşin sərin olduğu kimi. Allah təqva əhlini xilas edər, zalımları isə orada üzü üstə qoyar.” [İbni Macə]

“Şəfaət etməyə davam edərəm və şəfaətim də qəbul olunar. Ya Rəbb lə iləhə illəllah Muhammədün Rəsulullah deyən hər kəsə şəfaətimi qəbul et, deyərəm. Beləcə zərrə imanı olan heç kim Cəhənnəmdə qalmaz.” [Deyləmi]

“Saysız insan Cəhənnəmə girər. Mənə də şəfaət izni verilər. Səcdəyə qapanıb şəfaət istəyərəm. O zaman “Qaldır başını, şəfaətin qəbul olundu” buyurular.” [Tabərani]

“Vallahi Cəhənnəmə girən mömin, orada 80 il qalmadıqca çıxa bilməz.” [Deyləmi]

İmam Rabbani həzrətləri də, “İman əhli günahlarından ötrü Cəhənnəmə girdikdə üzləri qara olmaz və zəncirə vurulmaz. Cəzalarını çəkdikdən sonra Cəhənnəmdən çıxarılar” buyurdu. (2/67)

Cəhənnəm yandırmazmı?
Sual:
 “Etiqadı düzgün mömin Cəhənnəmə girsə də əzab görməz” deyirlər. Bu doğrudurmu?

CAVAB
Bəli, doğrudur. İmam Rabbani həzrətləri, etiqadı düzgün, yəni Əhli- sünnət etiqadında və küfrə girməmiş möminlərin günahı çox olsa da, Cəhənnəmə heç girməyəcəyini bildirir. (1/266)

“Heç girməyəcək” demək, “Girsə də əzab görməyəcək” deməkdir. Üç hədisi-şərif:
“Yaxşı-pis hər kəs [Cəhənnəm üzərinə qurulmuş Siratdan] keçər. İbrahim əleyhissalama atəşin sərin olduğu kimi, yalnız möminə sərin və salamat olur. Cəhənnəm, “Möminin nuru narımı söndürür” deyə bağırar. Bundan sonra Allahü təala təqva əhlini xilas edər, zalımları isə orada üzü üstə qoyar”. [İbni Macə]

“Qiyamətdə Cəhənnəm möminə, “Tez keç ey mömin! Nurun narımı [atəşimi] söndürəcək” deyə bağıracaq.” [Tabərani]

“Cəhənnəmin istisi möminlərə hamam istiliyi kimi olacaqdır.” [Əbu Nuaym]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину