Facebook Twitter WhatsApp

“Aləm, belə gəlib, belə də gedər” demək!

Sual: Bəzi insanlar, “aləm belə gəlib, belə də gedər” deyərək, axirəti, öldükdən sonra dirilməyi inkar edirlər. İmanın şərtlərindən olan axirəti, öldükdən sonra dirilməyi inkar etmək, imanı aparmazmı?
Cavab: Peyğəmbərlərin yekdilliklə bildirdikləri və İslam alimlərinin bizlərə çatdırdıqları biliklər onun-bunun düşüncələri, xəyalları ilə yox edilə bilməz. “Aləm belə gəlib, belə də  gedər” sözü aləmin qədim, sonsuz olduğunu göstərir ki, belə inanmaq küfürdür, imanı aparar, aləmin yox olacağını inkar etməkdir. Halbuki Qurani-kərim hər şeyin yox olacağını açıq-aydın bildirir. İnsanların yox olacağına və təkrar var olacaqlarına inanırıq deyənlər arasında, bəziləri, “İnsan, torpaq maddəsindən əmələ gəlmişdir. Öldükdə çürüyüb, yenə torpaq, su və qaz halına qayıdacaq. Bu maddələrdən bitkilər və bitkilərdən heyvanlar əmələ gəlir, bunları insanlar yeyərək ət, sümük, sperma halına çevirir və beləliklə başqa insanlar əmələ gəlir. Qiyamətin qopması, insanların təkrar yaradılması, belə olur” deyirlər.

Bu sözdəki maddə dəyişmələri əlbəttə doğrudur. Çünki Allahü təalanın adəti- ilahiyyəsi belədir. Lakin insanların təkrar yaradılması belə olur demək, səhvdir. Çünki Həşri, Nəşri və Qiyaməti inkar etməkdir. Qiyamət gününün gəlməsi və ölülərin məzarlarından qalxacaqları, bütün canlıların bir meydanda toplanacaqları, mələklərin yazdığı kitabların ortaya çıxarılacağı, hesab veriləcəyi, tərəzinin qurulacağı, möminlərin Sirat körpüsündən keçəcəkləri, kafirlərin, inkar edənlərin Cəhənnəmə düşəcəkləri və sonsuz əzabda qalacaqları, Qurani-kərimdə və hədisi-şəriflərdə bildirilmişdir.

Sual: Qiyamət qopub, insanlar yenidən dirildildikləri zaman, öldükləri zamankı yaşlarında olacaqlar?
Cavab: Qadın da olsa, kişi də olsa bir insan, ölərkən neçə yaşında olur-olsun, Cənnətdə kişilər də, qadınlar da, həmişə otuz üç yaşında olacaqlar.

Sual: Ölən insanın bədəni çürüyüb təkrar dirildildiyində, yenə dünyadakı çürüyən bədənin maddələrinin birləşməsi ilə olacaqdır?
Cavab:
 İnsan bədənində olan maddələr, torpaqdan, sudan və havadan əmələ gəlir. Canlıların ehtiyac maddələri, bu üç qaynaqdan əmələ gəlir. İnsan çürüdükdə, hasil olan maddələr, yenə bu üç yere paylanır. Qiyamətdə təkrar dirilmək, bu maddələrin və ya bənzərlərinin təkrar bir yerə gəlmələri ilə olacaq.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину